Müsavatçının qəzası


Müsavatçının qəzasıNə olacaq cəzası?

Necə deyərlər, iraq-iraq olsun ölüm-itim hadisələrindən ən rahatı maşın qəzalarıdır.
Yəni kimsə maşınla adam vurursa, yaxud yaralayırsa, bir molla, bir ağsaqqal, bir az da polislə halallıq iş tamam olur. Bu şərtlə ki, həmin qəzanı törədən müxalifətçi olmasın. Həmin vaxt işi elə böyüdürlər ki, sanki dovşan ölüb, başı qızıldan.


Belə bir giriş verməyim səbəbsiz deyil.
Bu yaxınlarda Müsavat Partiyası Masallı Rayon Təşkilatının başına gələn qəzavü-qədərdir.



Hadisəni elə Xasay bəyin dilindən sizə təqdim edirik:

“Bu il aprelin 5-də Masallı rayonunun Bədalan kənd ərazisində yol nəqliyyat hadisəsi törətdim. Belə ki, 90 CN 759 nömrə nişanlı Mersedes markalı maşınımı idarə edən həmin kəndin sakini, 13 yaşlı Tağıyev Rauf Rafiq oğluna gözlənilmədən xəsarət yetirmişdim. Xəsarət nəticəsində uşağ ağır yaralanaraq Bakı 1 saylı Klinik Xəstəxanaya yerləşdirilmişdir. Onun xəsarətinin ağır olmasına baxmayaraq xəstəni vəziyyətdən çıxarmaq mümkün olmuşdur.

Ötən müddət ərzində polisin apardığı araşdırmaların sonucu olaraq mənə Cinayət Məcəlləsinin 263.1.1 (Ehtiyyatsızlıqdan ağır xəsarət) maddəsi ilə cinayət işi açılmışdır. Yaxın günlərdə işin məhkəməyə göndəriləcəyi bildirilir.

Hər şey bir anın içində baş verdi. Gecə 9 radələrində həmin yolda müəyyən olunmuş sürət həddində hərəkətdə idim. Qarşı tərəfdə- yolun üstündə dayanmış Qazel markalı maşının arxasından- yolun sol tərəfindən sağ tərəfinə iti sürətlə bir nəfər qaçaraq idarə etdiyim maşına çırpıldı.

Özümü itirmədim. Dərhal maşını saxlayıb xəstəni ən qısa zamanda maşınıma yerləşdirdim. Və hətta həyatımı təhlükəyə ataraq xəstəni qısa vaxt ərzində Masallı rayon xəstəxanasına çatdırdım. Orda 1 sutka qaldıqdan sonra xüsusi ambulansla Bakı 1 saylı klinik xəstəxanaya apardıq. Qısası əlimdən gələni etdim.

1 aya yaxın intensiv müalicənin nəticəsi olaraq indi xəstə öz evində tam normallaşma mərhələsindədir.

Cinayət işinin açılmasına gəlincə isə öncə önəmli olan xəstənin sağalması idi. Xəstənin sağalması üçün bütün etdiklərim də insan taleyinə olan münasibətimdən qaynaqlanıb. Lakin istintaqın gedişi zamanı avto və tibbi ekspertizaların rəyindən heç də razı deyiləm və narazılığımı yazılı şəkildə bildirmişəm.

Yəqin ki, məhkəmədə vəsatət verəcəyik".


Abdul
R4suloffR4suloff

OXUNMA SAYI :863

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff