Lənkəranda şadlıq sarayında həkim döyülüb


Lənkəranda şadlıq sarayında həkim döyülübLənkəranda Təcili Tibbi Yardım Stansiyasının həkimi döyülüb.

Hadisə Lənkərandakı şadlıq saraylarının birində qeydə alınıb.

Toyda qonaq qismində iştirak edən bir qadının qəfildən halı pisləşib. Ona yardım etmək üçün təcili yardım çağırılıb. Həkimlərin səylərinə baxmayaraq Xeyransa adlı qadının həyatını xilas etmək mümkün olmayıb. Bundan qəzəblənən mərhumun yaxınları hadisə yerinə gələn Təcili Tibbi Yardım Stansiyasının həkimi Vüsal Həsənovu döyüb, “təcili yardım” maşınına isə qismən ziyan vurublar.

Məlumata görə, həyatını itirən qadın ürək çatışmazlığından əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.
(APA)R4suloffR4suloff

OXUNMA SAYI :888

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff