Masallıda 2 Məmmədov ərazi nümayəndəsi vəzifəsini tərk etdi||--||


Masallıda 2 Məmmədov ərazi nümayəndəsi vəzifəsini tərk etdi||--||

Masallı rayonunda 2 ərazi nümayəndəsi vəzifəsi ilə vidalaşıb. Əvvəllər Masallı İcra Hakimiyyəti Başçısının Tikinti və Arxitektura şöbəsinin müdiri işləmiş Cəmil Məmmədov polis generalı Oqtay Əsədovun Masallıya rəhbərlik etdiyi ilk illərdə daşıdığı vəzifədən azad edilmişdi. O bir neçə il işsiz qaldıqdan sonra, 2007-ci ildə, Qəzənfər Ağayevin Masallıya icra başçısı təyinatından bir neçə ay sonra yenidən həmin vəzifəsinə qayıdıb. Bir il öncə isə bir daha həmin vəzifədən azad olunub və bir neçə aydan sonra boya-başa çatdığı Qəriblər kəndinə Ərazi nümayəndəsi təyin edilib. Bu günlərdə isə o yeni vəzifəsini də tərk etməli olub. Rəsmi məlumata görə “öz ərizəsi ilə vəzifəsindən azad edilib” bildirilsə də, alt qatda digər səbəbin olduğu şübhə doğurmur.

Onunla eyni gündə Masallı Rayonun Şıxlar (Muğam Şıxları) Ərazisinin nümayəndəsi Gülağa Məmmədov vəzifəsindən azad edilib. Xatırladırıq ki, şıxlarlıların kütləvi şikayətindən sonra həmin ərazi nümayəndəsinin müavini Elxan Baabazadə müəammalı vəziyyətdə daşıdığı vəzifədən azad edilmişdi, indi isə ərazi nümayəndəsi özü “ərizəsinə əsasən” vəzifəsindən kənarlaşdırılıb.

Hər iki post hazırda boşdur. Onu da xatırladaq ki, Tüklə Ərazi nümayəndəsi vəzifəsinə də 1 ildən artıqdır ki, kadr tapılmır.

 

R4suloffR4suloff

OXUNMA SAYI :910

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff