Masallıdandır - rəhbər işlərdə çalışıb||--||


Masallıdandır - rəhbər işlərdə çalışıb||--||

Əhmədzadə Əli Əhməd oğlu Masallı rayonunun Masallı şəhərində anadan olub. Hələ məktəb illərindən yüksək savadı və təşkilatçılığı ilə seçilən Əli Əhmədzadə müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində nazir müavini vəzifəsinə qədər yüksəlmişdir.

Əli Əhmədzadə bir müddət Zəngilan rayonunda MTS-də çalışmış, xüsusi nailiyyətlərinə görə onun adı SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Fəxri Kitabına yazılmışdır.

1942-ci ildə, müharibə dövründə hərbi xidmətə getmiş və Krım döyüşlərində itkin düşmüşdür.

Əli Əhmədzadə haqqında əlimizdə olduqca az məlumat var. Məlum olan odur ki, onun Ofeliya adlı qızı olmuşdur. Ali təhsil alan Ofeliya ailə həyatı ilə əlaqədar bir müddət Əlcəzairdə, Vyetnamda yaşamışdır. Onun 3 övladı və 4 nəvəsi olmuşdur ki, onun da biri hazırda ABŞ-da yaşayır. Əli bəyin bütün övladları, nəvələri, nəticələri ali təhsillidir.

Qeyd: Əli bəy Əhmədzadə və digər belə tanınmışlar barədə məlumatı olanlardan redaksiya ilə əlaqə saxlamalarını xahiş edirik.


 

R4suloffR4suloff

OXUNMA SAYI :998

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff