Jurnalistin ailəsi bələdiyyəçilər tərəfindən niyə hədələnir?


Jurnalistin ailəsi bələdiyyəçilər tərəfindən niyə hədələnir?
Jurnalist Vasif Əlihüseynin Cəlilabadda yaşayan valideynləri yenicə bələdiyyə seçilmiş Maşlıq kənd sakini Rasif Həsənov tərəfindən mütəmadi olaraq hədələnir.
Bu haqda qəzetimizə Vasif Əlihüseynin özü məlumat verib. Ailəsinin təhlükəzisliyi üçün narahatlıq keçirdiyini deyən jurnalist bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib: “Bir neçə gün öncə Muğan kəndində yaşayan 75 yaşlı babam Ağapaşa Allahverdiyev Rasif Həsənov tərəfindən hədələnib. Rasif Həsənov babama mənim yazılarıma görə əsəbiləşərək, yazılarıma son qoymağımı tələb edib.
55 yaşlı atam Əlifağa Əlihüseynov isə dükandan gələrkən R.Həsənov öz şəxsi avtomobili ilə onun qarşısını kəsərək yanına çağırıb. Atamın üstünə qışqıraraq bildirib ki: oğluna denən özünü yığışdırsın, yoxsa onun üçün pis olacaq”.
Xatırladaq ki, Rasif Həsənov “Təzadlar”ın 19.12.2014-cü il sayında dərc olunan “Cəlilabadın korripsioner bələdiyyə sədri barədə şok fakt” http://www.tezadlar.az/gundem2/2504-clilabadn-korrupsioner-bldiyy-sdri-bard-ok-fakt.html adlı araşdırma yazıdan sonra bu addımı atıb.
Onu da bildirək ki, 2013-cü ilin mart ayının 28-də Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinə cinayət işi açılıb.
Baş prokurorluğun mətbuat xidmətindən “Təzadlar”a daxil olan məlumatda bildirililirdi ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəyib. http://www.aznews.az/index.php?c=news&id=18315
Amma bu ilki bələdiyyə seçkilərində Rasif Həsənov yenidən YAP-nın namizədləri sırasından Muğan kəndinə bələdiyyə üzvü seçilib. Hətta R.Həsənovun yenidən bələdiyyə sədri olmaq üçün digər həmkarları ilə çəkişdiyi də bildirilir.R4suloffR4suloff

OXUNMA SAYI :1048

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az