Deputatın oğlu və özü ittihamlara cavab verdi 2-ci yazı


Deputatın oğlu və özü ittihamlara cavab verdi 2-ci yazıMilli Məclisin deputatı Elmira Axundova bəzi sayt və qəzetlərdə özü və oğlu Həbib Axundov barədə yazılanlarla bağlı bəyanat verib.
Modern.az saytının məlumatına görə, deputat bəyanatda qeyd edib ki, iş adamı Fərman Məmmədovun dedikləri tam cəfəngiyyatdır və həqiqətə uyğun deyil. “Bunun təfərrüatına varmaq və onların səviyyəsinə düşmək istəmirəm. Azərbaycan hüquqi dövlətdir və hüquq-mühafizə orqanları var. Fərman Məmmədov da hüquq-mühafizə orqanlarına müraciət etsin. Eyni, zamanda bildirmək istəyirəm ki, ailəmizə qarşı bu iddiaların yalan olduğunu hər zaman sübut etməyə hazırıq.
Çox təəssüf edirəm ki, bir çox saytlar dəqiqləşdirmə aparmadan, qarşı tərəfin fikrini öyrənmədən ailəmiz barədə yazılar veriblər. Bununla da birtərəfli şəkildə yalan və böhtana yer ayırıblar. Belə böhtanlar bizim ailəyə yapışan deyil. Ancaq bu, mətbuatımızın nüfuzuna xələl gətirir. Mən də jurnalistəm və mətbuatımızın bu hala düşməsinə üzülürəm.
Biz jurnalistlər mətbuatımızın 140 illik yubileyi ərəfəsindəyik. Mən bu tarixi gün, tarixi bayram münasibətilə bütün jurnalistləri ürəkdən təbrik edirəm.
Ona da əminəm ki, bir sıra saytlar Fərman Məmmədovun dedi-qodu fikirlərinə bəzi qüvvələrin sifarişilə bu qədər canfəşanlıqla yer ayırır. Mən üzümü həmin kol arxasında gizlənən sifarişçi qüvvələrə tutaraq deyirəm ki, quyruğunuz görünür, adınızı kişi qoymusunuz, ancaq bir xanıma qarşı arvad kimi oyun oynayırsınız. Seçkiqabağı ərəfədə belə iyrəncliyi özümə qarşı qarayaxma kampaniyası kimi qiymətləndirirəm.
Əgər doğrudanda kişi kimi mübarizə aparmaq istəyirsinizsə, ortaya çıxın, kimliyinizi özünüz cəmiyyətə tanıdın. Sizin bu cür anormal fəaliyyətiniz məni tutduğum yoldan çəkindirə bilməz. Ağlınız özünüzə getməsin. Bu cür iyrənc əməliniz özünüzü ifşa edəcək. Əgər seçkilərə qatılmaq istəyirsinizsə, buyurun, bu meydan, bu da siz.
Sadəcə, bilirsiniz ki, açıq mübarizədə uduzacaqsınız. Ona görə də mənə qarşı qarayaxma, şər-böhtanla məşğulsunuz”.
http://modern.az/articles/81273/1









R4suloffR4suloff

OXUNMA SAYI :3745

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az