Yenə gəldi seçki dəmi


Yenə gəldi seçki dəmi
YAP-ın siyahısı açıqlandı
Artıq 3 həftədir ki, Azərbaycanda parlament seçkilərinə start verilib. Masallıda öncüllər sırasında 70 saylı DSK-da Ədalət Həşimov (Masallının keçmiş məhkəmə sədri) və ərkivanlı İldırım Nəzərov, 71 saylı DSK-dan isə Müsavat partiyasının Rayon Təşkilatının sədri Xasay Fərzulla, VHP-nin Masallı təmsilçisi Faiq Ağayev və bir neçə nəfər digər partiyaların təmsilçilərinin adı imza vərəqələri götürülənlərin siyahısındadır.
Əksəriyyət isə gözün YAP-ın həmin siyahıya dikilib. Sentyabrın 15-i axşamüstü açıqlanan siyahıdan bəlli olub ki, cənub bölgəsindəki 13 seçki dairəsindən hazırda parlamentdə əyləşən deputatların sırasında ciddi dəyişiklik olmayacaq. Belə ki, hazırda millət vəkilləri olan Hadı Rəcəbov (Lənkəran), Cavanşir Paşazadə (Lənkəran), Ziyafət Əsgərov (Astara-Lənkəran), Malik Həsənov (Cəlilabad, Kərəm Həsənovun qardaşı), Mirkazım Kazımov (Cəlilabad), Nəriman Əliyev (Masallı), İqbal Məmmədov (Lerik) yenidən YAP-ın siyahısında yer alıb.
Astaradan ötən seçkilərdə YAP-ın namizədi iş adamı Aslan Səfərov olmuşdu. Bir millət vəkili kimi parlamentdə yaddaqalan çıxışı olmasa da, deyilənlərə görə, iş adamı kimi ona Astarada YAP RT üçün yeni qərargah və bir neçə məktəb binası tikdirilmişdi. YAP-ın yeni siyahısında isə Astaradan məşhur ürək cərrah Mahmudov Rəşad Məmmədqulu oğlunun adı bu partiyanın namizədi kimi yer almışdır. Xatırladaq ki, bu cərrahın qardaşı hazırda Astarada İHB-nin 1-ci müavinidir və onun elə bu rayonda icra başçısı olacağı haqqında söhbətlər dolaşır.
Ötən seçkilərdə bir neçə nəfər cənubdan parlamentə VHP-nin namizədi və müstəqil deputat kimi düşmüşdü. Onlar sırasında lənkəranlı Rüfət Quliyev Elmira Axundova da var idi. Bu dəfə E. Axundovanın seçildiyi dairədən Qafarov Raqif Qafar oğlunun adı YAP-ın namizədi kimi göstərilib. Raqif Novruzov əvvəllər E. Axundovanın köməkçisi olmuş rəhmətlik Novruz Novruzovun qardaşıdır, hazırda isə E. Axundovanın rayonda qeyri rəsmi köməkçisi kimi fəaliyyət göstərir. Yəqin ki, bu dairədən yenə də E. Axundova namizəd olacaq. Həmin dairədən Əlimməd Nuriyev, Teymur Yəhyayev, Vəsadət Əzizov və başqalarının da adı namizədlər sırasında hallansa da, bunlar hələ ki real görünmür. Rüfət Quliyev ötən il seçildiyi dairədən isə məktəb direktoru Mansur Ağayev YAP-ın namizədi kimi siyahıya daxil edilib.
69 saylı Biləsuvar-Cəlilabad-Masallı dairəsindən ötən seçkilərdə əslən yardımlılı, VHP-nin təmsilçisi Fəzail İbrahimli olmuşdur. YAP-ın yeni siyahısında həmin dairədən Sadıqov Etibar Sadiq oğlunun (Göytəpə peşə məktəbinin direktoru) adi hakim partiyanın namizədi kimi göstərilmişdir. Yardımlıdan (uzun illər Sabir Rüstəmxanlının millət vəkili olduğu dairədən ötən seçkilərdə olduğu kimi Yardımlıda YAP Gənclər Təşkilatın sədri Qaraqayıt kəndinin direktoru Sərvər Məmmədovun adı YAP namizədi kimi göstərilmişdir).
Bütün bunlar deməyə əsas verir ki, cənub bölgəsindən Elmira Axundovaya, Fəzail İbrahimliyə, Sabir Rüstəmxanlıya və Rüfət Qulyevə alternativlər formal xarakter daşıyır.
Cəlal Əliyevin adı namizədlər sırasında yoxdur
Ciddi seçicilərə son illərin təcrübəsindən bəllidir ki, nağıllara inanmaq lazım deyil, hakimiyyətdən dəstəyin yoxdursa, demək seçki məsələsində işin fənadır.
Digər namizədlər haqqında isə fikir belədir ki, bunlar ya özlərini reklam etmək, ya da əsas namizəddən pul qopartmaq üçün meydana giriblər. Belə bir məlumat da var ki, əsas namizədlərin bu dəfə heç kimə pul verib, onu mübarizədən uzaqlaşdırmaq fikirləri yoxdur. Necə deyərlər, “12 imam”a yalvarınca, elə bir “Allah”a yalvarmağı üstün tuturlar.
Əhalinin seçkilərdə passivliyi açıq-aşkar hiss olunur. Milli Şuranın seçkilərə qoşulmaması isə prosesi daha da maraqsız edib.
Məlum olduğu kimi Masallıda fəaliyyət göstərən DSK-ların sədrləri yaxın vaxtlarda dəyişib. Hər 2 DSK sədri saxtakarlıqları yaxşı ört-basdır edə bilmədiklərinə görə vəzifələrindən kənarlaşdırılıb. 70 saylı DSK sədri İlkin müəllimdən məlumat almaq nə qədər rahatdırsa, 71 saylı DSK-ın sədri (Qızılavardakı Əzizovların darta-darta vəzifədən-vəzifəyə daşıdığı) İlkin Əzizovun naşılığı göz deşir. Bu adam necə deyərlər “toy” başlamamış qapı-pəncərəni bağlayıb deyir ki, mən nəyi deyib-deməyəcəyimi öz düşüncəmə görə müəyyən edirəm. Bəs onda Seçki Məcəlləsi kimin üçündür? Eh, hörmətli professorumuz Vəsadət Əzizov, vəzifəyə qohumların yerləşdirəndə onlara heç ədəb-ərkan öyrətmirsən? Əmisi Əmanət Əzizov da belə elədi, axırda Telekom partladı.
Bax beləcə, bu şəxslərlə seçkiyə gedirik. Siyahıda adlar çoxala da bilər. Bəzi zarafatcıl seçicilərin isə təsəllisi odur ki, seçki meydanı qızışsaydı, bəlkə də 1-2 aylığa kredit borclarını unudardıq.
Tural

Qeyd: Seçki öncəsi təbliğat aparmaq istəyən deputatlığa namizədlər ödənişli əsaslarla qəzetimizin səhifəsində və saytımızda yer ala bilərlər.

R4suloffR4suloff

OXUNMA SAYI :3562

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az