Elmira Axundova:


Elmira Axundova:
Sizə xidmət edən namizədə səs verin!

Tanınmış ictimai-siyasi xadim, görkəmli yazıçı-publisist Elmira Hüseyn qızı Axundova 1953-cü il may ayının 26-da anadan olmuşdur. Atası Hüseyn Qafarov (el arasında Fərman kişi kimi tanınan) Masallı rayonunun Mollaoba kəndində doğulub, öz yüksək insani keyfiyyətləri və nəcib xeyriyyəçilik işləri ilə Masallı əhalisi arasında böyük hörmət qazanmışdır. Elmira Axundovanın uşaqlıq və gənclik illəri də Mollaoba kəndində keçmişdir.
Elmira Axundovanın həyat yoldaşı Ramiz Həbib oğlu Axundov tanınmış kinorejissor, Prezidentin fəxri təqaüdçüsüdür. Ramiz müəllimin babası Mirzə Axund Abu Turab oğlu məşhur din xadimi olub, bütün Yaxın Şərqdə tanınıb.
Elmira Axundova 1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1977-1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsinin rus redaksiyasının müxbiri işləmiş, yerli və ümumittifaq televiziyası üçün reportajlar, verilişlər hazırlamışdır.
O, 1980-1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində çalışıb. 1983-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. 1988-1990-cı illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsində böyük elmi işçi kimi çalışıb.
1991-ci ildə yazıçıların qurultayında Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Rəyasət heyətinin üzvüdür.
Keçən əsrin 80-90-cı illərində Elmira Axundova aktiv şəkildə bədii tərcümə ilə məşğul olub. Bakı, Moskva və Leninqradda Elmira Axundovanın tərcüməsində Azərbaycan yazıçılarının xeyli sayda kitab və nəsr topluları işıq üzü görüb. Filologiya elmləri namizədidir (1984), Cəlil Məmmədquluzadə haqqında monoqrafiyanın, həmçinin ali məktəblər üçün jurnalistika nəzəriyyəsinə aid bir sıra dərsliklərin müəllifidir.
1990-2002-ci illərdə Elmira Axundova Azərbaycanı Rusiyanın bir sıra tanınmış kütləvi informasiya vasitələrində təmsil edib. O cümlədən 10 il müddətində, 1993-2002-ci illərdə “Svoboda” (“Azadllıq”) radiosunun rus xidmətinin müxbiri olub. O, yerli və xarici mətbuatda dərc edilmiş yüzlərlə məqalə və oçerkin müəllifidir.
Elmira Axundova Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında böyük xidmətlər göstərmiş, ermənilərin azərbaycan xalqına qarşı təcavüzünü, yurd-yuvasından qaçqın və köçkün düşmüş bir milyondan çox soydaşımızın faciəsini ürək ağrısı və vətəndaş qeyrəti ilə qələmə almış, suveren, müstəqil Azərbaycanın maraqlarını daima qorumuşdur. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev 2003-cü ildə Elmira Axundovanı “Şöhrət”ordeni ilə təltif edəndə ona ünvanladığı şəxsi təbrik məktubunda bunları qeyd edirdi:
“"Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri olarkən, eləcə də Rusiyanın kütləvi informasiya vasitələrində çalışarkən Siz Azərbaycanı həmişə ləyaqətlə təmsil etmisiniz. "Azadlıq" radiostansiyasında müxbir kimi çoxillik fəaliyyətiniz isə Azərbaycanın milli maraqlarının qorunması işinə xidmət və xalqımızın haqq işinin dünyaya çatdırılması baxımından mənalı və yaddaqalandır”.
Son 10 ildə isə Elmira Axundova bədii publisistika janrında məhsuldar fəaliyyət göstərib, 15 kitabın müəllifidir. Ümummilli lider Heydər Əliyevin ilk bioqraflarından olan Elmira Axundova ömrünün 10 ilini “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatın yazılmasına sərf edib. 2014–cü ildə bu əsərə görə E.Axundova ədəbiyyat sahəsində ilk Dövlət mükafatına layiq görülüb.
2002-ci ildən Elmira Axundova həm də Bakı Slavyan Universitetinin dosentidir.
1995-ci ildən Prezident yanında Əfv Komissiyasının üzvüdür.
Elmira Axundova Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Respublika Yazıçılar Birliyinin “Nəcəf Nəcəfov” və Beynəlxalq Ədəbiyyat Fondunun “Rəsul Rza” mükafatlarına layiq görülüb.
2003-cü ildə Elmira Axundova Azərbaycan publisistikasının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib, 2005-ci ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2013-сi ildə Elmira Axundova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.
Elmira Axundova III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Sosial Siyasət Komitəsinin üzvüdür. Bir neçə il Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil etmişdir. Hal-hazırda respublikanı MDB Parlamentlərarası Assambleyasında təmsil edir. O, Mədəniyyət, İnformasiya və Turizm Komissiyasının sədr müavinidir. Azərbaycan-Lüksemburq parlamentlərarası işçi qrupunun rəhbəridir.
Evlidir, 2 övladı və iki nəvəsi var.

* * *

2010-cu ildə Sizlərin etimadını qazanaraq millət vəkili seçilən Elmira Axundova 5 illik deputatlıq fəaliyyəti boyunca mütəmadi olaraq seçiciləri ilə qarşılıqlı ünsiyyət halında fəaliyyət göstərib. Seçicilərə xidmət göstərməyi ən ali məqsəd kimi qarşısına qoyan deputatınız həm Milli Məclisdə, həm Masallı rayonundakı ofisində, həm də Masallının ayrı-ayrı kəndlərinin ərazi nümayəndəliklərində seçiciləri ilə 150-dən çox qəbul günü keçirib, hər birində 100-300 sakinin iştirak etdiyi 40 böyük görüş təşkil edib. Bu görüşlərdə Sizinlə birlikdə müxtəlif məsələlər müzakirə edilib, deputatınız gördüyü işlər və qarşıda duran məsələlər barədə Siz seçicilərə daima ətraflı məlumat verib. Sizin səsləndirdiyiniz fikirləri və qarşıya qoyduğunuz problemləri diqqət mərkəzində saxlayaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırıb, Sizlərin tələb və təkliflərini ən yüksək vəzifəli hökumət nümayəndələrinin diqqətinə çatdırıb. Cənab Prezident İlham Əliyevin dəstəyi və qayğısı, həmçinin deputatınız Elmira Axundovanın Masallı İcra Hakimiyyəti ilə qurduğu səmimi işgüzar münasibətlərin nəticəsi olaraq Masallıda böyük quruculuq işləri həyata keçirilib. Masallı rayonunun bir sıra kənd yolları çəkilib, körpülər salınıb, iki kənd xəstəxanası, bir neçə kənd məktəbləri və bağçaları təmir olunub, idman mərkəzləri açılıb.
Elmira Axundova öz seçicilərini heç zaman unutmur, o, şəxsi vəsaiti ilə bir neçə kənd məktəbini idman ləvazimatları ilə təmin edib, hər bayramda yüzlərlə ailəyə bayram hədiyyəsi göndərməklə və maddi yardım etməklə onlara bayram sevinci bəxş edib.
Həmçinin o, Sizlərin yazılı müraciətlərinizə də həssaslıqla yanaşır, belə ki, bu 5 illik müddət ərzində 1500-ə yaxın ərizə və şikayətlərə baxılıb və aidiyyəti qurumlara göndərilib. Həmin müraciətlər içində pensiyaların düzgün təyin olunması, ünvanlı sosial yardım və əlillik dərəcəsinin verilməsi, kənd və əhalinin qazla təmin olunması, Masallıda mövcud olan köhnə işıq xətlərinin və dirəklərinin yenilənməsi, artezian quyusunun qazılması, qəzalı evlərin təmirinə kömək olunması, xəstə vətəndaşların müayinə və müalicə məsələləri üstünlük təşkil etmişdir. Elmira Axundovanın şəxsi nəzarəti və köməyi nəticəsində müraciətlərin böyük qismi öz müsbət həllini tapıb.

Deputatınız Elmira Axundova həmçinin Milli Məclisdə də məhsuldar fəaliyyət göstərib, orada Siz Masallıları daima ləyaqətlə təmsil edib. 5 illik deputatlıq fəaliyyəti boyunca onun Milli Məclisin Plenar və Komitə iclaslarında 200-ə qədər çıxışı olub. Mütəmadi olaraq mətbuat orqanlarında, kütləvi informasiya vasitələrində, Milli Məclisin tribunasında Siz seçiciləri narahat edən sosial, ictimai məsələlər haqqında, doğma yurdu Masallının problemləri barədə məsələlər qaldırıb, yuxarı instansiya orqanlarına bu barədə məlumat verib. Elmira Axundovanın səsləndirdiyi hər bir fikir və təklifləri həmişə cəmiyyətdə əks-səda doğurub, bütün ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Onun səsləndirdiyi bir sıra fikirlər daha sonradan qanunvericilik aktlarında öz əksini tapıb.
Elmira Axundova həmçinin dəfələrlə qanunvericilik təşəbbüsü ilə də çıxış edib, nəticədə onun təklifləri onlarla qanun layihələrinə əlavə və dəyişikliklərin edilməsinə, yeni qanun layihələrinin qəbul edilməsinə səbəb olub.

Bütün bunlarla yanaşı Elmira Axundova beynəlxalq təşkilatlar çərçivəsində də məhsuldar fəaliyyət göstərib. Belə ki, o, MDB Parlamentlərarası Assambleyanın Mədəniyyət, İnformasiya və Turizm Komissiyasının sədr müavinidir və həmin qurumun Azərbaycanda bir neçə tədbirinin təşkilinə və keçirilməsinə rəhbərlik edib. Hər zaman bu ali qurum tərəfindən onun fəaliyyətinə yüksək qiymət verilib, iki dəfə MDB Parlamentlərarası Assambleyası tərəfindən Elmira Axundova xüsusi orden və medallarla təltif edilib.

Yuxarıdakı fəaliyyəti ilə yanaşı Elmira Axundova yaradıcılıqla da məşğul olub. Onun “Heydər Əliyev: Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatı 2014-cü ildə Azərbaycanın müstəqillik tarixində ilk dəfə ədəbiyyat üzrə Dövlət mükafatına layiq görülüb. Əlbəttə ki, Elmira Axundova hər zaman bildirir ki, o, bütün uğurlarını Masallılara həsr edir. Fəxr edir ki, onun kitablarının ilk təqdimatı da məhz doğma yurdu Masallıda Siz masallılarla birlikdə keçirilib. O, hər yerdə və hər zaman Masallılı olması ilə fəxr etdiyini bəyan edir.
Bütün bu xeyirxah, nəcib, Azərbaycan dövlətçiliyi üçün faydalı olan işləri nəzərə alaraq müraciətin sonunda Sizləri Masallı qızı Elmira Axundovaya səs verməyə çağırırıq. Problemləriniz həlli üçün doğru seçim edin, seçkilərdə fəal olun, Sizə dəyər verən və hər zaman Sizin yanınızda olan, Sizi hər yerdə uğurla təmsil edən ən layiqli namizədi, sevimli deputatınız Elmira Axundovanı dəstəkləyin!
NÖVBƏTİ 5 İLDƏ DAHA BÖYÜK UĞURLAR BİZİ GÖZLƏYİR!

Yazı hazırkı millət vəkili və növbəti seçkilərdə 71 saylı DSK-dan deputatlığa namizəd Elmira Axundovanın seçki qərargah tərəfindən təqdim edilib və Seçki Məcəlləsinə uyğun olaraq ödənişli əsaslarla çap edilir.

Elmira Axundova:
Elmira Axundova:
Elmira Axundova:









































R4suloffR4suloff

OXUNMA SAYI :59913

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff