Ailə zorakılığı və erkən nikahlar yenidən gündəmdə


Ailə zorakılığı və erkən nikahlar yenidən gündəmdəBu layihə çərçivəsində ilk Dəyirmi Masalar 2016-cı il iyulun 8-i və 9-da Masallı və Astara rayonlarında keçirilib.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda məişət zorakılığı və erkən nikah probleminin aradan qaldırılması üçün maarifləndirici tədbirlərin təşkili”adlı layihə çərçivəsində tədbirlərin reallaşdırılmasına başlayıb. Layihə 5 ay müddətində həyata keçiriləcək.
Layihənin məqsədi regionlarda “Məişət zorakılığı haqqında” Qanunun təbliği və işləmə mexanizmlərinin tapılması, məişət zorakılığı və erkən nikah problemlərinin ictimailəşdirilməsidir.
Layihə çərçivəsində Masallı, Astara və Şamaxı rayonlarında dəyirmi masaların keçirilməsi planlaşdırılıb. Tədbirlərdə regionda yaşayan əhali (əsasən məişət zorakılığına məruz qalan qurbanlar və onların yaxınları, erkən nikaha məcbur edilənlər və onların yaxınları və digər iştirakçı qrupları), fəal insanlar, yerli icra hakimiyyəti, bələdiyyə, regional QHT, dini icma və KİV nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakçılara aşağıdakı mövzular haqda məlumat verilib və müzakirə edilib:
• dövlət tərəfindən qadın siyasətinin formalaşmasında qadınların rolu;
• əyalətlərdə gender ayrı-seçkiliyi;
• “Məişət Zorakılığı haqqında” Qanun- ümumi məlumat;
• Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları və problemin həlli üçün qanunda nəzərdə tutulmuş müddəalar, qanunun tətbiq edilməsi üçün mexanizmlərin olmaması;.
• erkən nikah problemi, onun mənfi nəticələr;problemin həlli yolları (təkliflər toplanacaq)
• erkən nikaha məcbur etmə və iştiraka görə qanunla müəyyən olunmuş cəzalar.

Bu layihə çərçivəsində ilk Dəyirmi Masalar 2016-cı il iyulun 8-i və 9-da Masallı və Astara rayonlarında keçirilib. Masallıda “Masallı” otelinin akt zalında keçirilən tədbirə 30-a yaxın qadın qatılmışdı. Tədbirdə məişət zorakılığı və erkən nikahlarla bağlı maraqlı məqamlara toxunulub. Öncə təbir zamanı keçirilən rəy sorğusunda kənd qadınlarının fikirləri öyrənilib. Tədbirdə çıxış edən qadınlar bu mövzuda konkret faktlar söyləməklə onların aradan qaldırılması yollarını təklif ediblər. Göyçək Məmmədova çıxışında bildirdi ki, boşanmalar artır, həm də acınacaqlıdır ki, boşanmış qadınlara alimentlerin verilməsində ciddi çətinliklər yaşanır. Yaxşı olar ki, problemli alimentləri dövlət ödəsin, sonra dövlət öz təsir vasittələrindən istifadə edib, pulu həmin çəxsdən alsın.
Bir xəstə uşağı ilə boşanmış İlhaə Əliyeva (Masallı) isə bildirdi ki, təkcə alimentlə iş bitmir. Xəstə uşağım var, müalicəsi xeyli pul tələb edir. Lakin nə iş tapa bilirəm, nə də ünvanlı sosial yardım ala bilirəm.

Astara şəhərində - “Turist”kafesində keçirilən tədbirdə də təxminən eyni problemlər qabardıldı. Qocaman muzey işçisi Kübra Səmədova belə tədbirləri reallaşdırdıqları üçün təşkilatçılara çox minnətdarlıqlarını bildirdilər. O qeyd etdi ki, qadınlarımızın maariflənməsinə, öz hüquqlarını dərindən bilməsinə çox ciddi ehtiyac var. Məişət zorakılığı ilə bağlı faktlar ictimailəşdirilməli, günahkarlar ciddi məzəmmət olunmalı, vacibdirsə cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Ailə zorakılığı və erkən nikahlar yenidən gündəmdə Camalə Əsədova (Astara) isə gənc qızlarla işin gücləndilməsi məsələsini önə çəkdi. Hamı danışır, nəsihət verir, məsləhət verir, lakin konkret nümunələr azdır. Çox istərdim ki, belə tədbirlərdə video görüntülərdən, kiçik metrajlı filmlərdən istifadə olunsun ki, konkret nümunə əsasında görək, və bilək ki, ölkədə, dünyada bu sahədə yaxşı işlər necə qurulur.






Ailə zorakılığı və erkən nikahlar yenidən gündəmdə
Çiçək Axundova da onun fikirlərinə şərik olaraq qeyd etdi ki, yaxşı nümunələr çox olmalıdır ki, onlara baxıb pis nümunələrdən əl çəksinlər. Qonşu rayon qadınlarının birgə tədbirlərini keçirtmək də maraqlı olardı.







Masallı vəAstara rayonlarında keçirilən tədbirdə razılaşdırılıb ki, əhali, yerli icra hakimiyyəti, bələdiyyələr, QHT-lər, dini icma və KİV nümayəndələri “Məişət Zorakılığı haqqında” Qanunla bağlı təbliğat işlərini daha da genişləndirsinlər.
Ailə zorakılığı və erkən nikahlar yenidən gündəmdə Sonda hər iki rayonda tədbir iştiraçılarına müvafiq qanunlar, bukletlər və mövzu ilə bağlı digər ədəbiyyatlar paylanıb. Növbəti tədbir Şamaxı rayonunda keçiriləcək.
Tədbirdə layihənin eksperti , tanınmış hüquq müdafiəçisi Novella xanım Cəfərova , layihənin koordinatoru Səltənət Qocamanlı, layihənin təlimçiləri Nabat Qəniyeva və Dilarə Əfəndiyeva iştirak etdilər.

Maraqlı diskussiya şəraitində keçirilən Dəyirmi Masada razılaşdırılıb ki, hər iki rayonun kitabxanalarında bu mövzuda məlumatlar toplanılıb paytaxta – bu problemi araşdıran “İnsan hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinə ötürülsün. Bu mərkəzlər əhalini erkən nikaha məcburetmə zamanı müvafiq cəza tədbirləri barədə məlumatlandırılacaq, müvafiq qurumların bu sahə ilə bağlı cəza tədbirlərinə əməl etmələrinə ictimaiyyətin nəzarətini artırmaq üçün əməli tədbirlər görəcək.

Məqalə Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb.



İlahə ƏləkbərliR4suloffR4suloff

OXUNMA SAYI :1124

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff