Qadınlar bələdiyələrdə fəallıqların artırır


Qadınlar bələdiyələrdə fəallıqların artırır
Novella xanım bələdiyyə üzvü olan qadınları maraqlı və səmərəli layihələrlə çıxış etməyə, bələdiyyə qurumlarında Qadın otaqları təşkil etməyə səslədi.

Yerli özünə idarəetmənin ən fəal strukturlarından olan bələdiyyələrdə qadınların sayı və fəallığı ilbəil artır. D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyətinin Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Bələdiyələrdə gender bərabərliyinin monitorinqi və ictimai vəkillik” adlı layihəsi də bu mövzuya həsr olunmuşdu. 6 ay müddətində ölkənin 5 rayonunda – Zaqatala, Balakən, Xaçmaz, Masallı və Astara rayonlarında bununla bağlı tədbirlər təşkil olundu.
Məlumat üçün bildirək ki, layihənin məqsədi, bələdiyyələrdə qadınların rəhbər vəzifələrdə sayının az olması səbəbini öyrənmək və gender bərabərliyinin təhlilinə imkan verən monitorinq və onun nəticələri əsasında qadın haqlarının inkişafı ilə bağlı ictimai vəkillik kampaniyasını apararaq, qadın haqlarının inkişafı sahəsində ictimai nəzarətin gücləndirilməsini həyata keçirmək və qərar qəbuletmədə onların hüquq və rollarının artırılmasna yardım etmək idi.

Layihə icrası zamanı aşagıdakı vəzifələr həyata keçirildi.
a) Bələdiyyələrdə qadınların sayının az olması səbəbini öyrənmək üçün gender bərabərliyinin anketlər vasitəsi il monitorinqi aparıldı və ona uyğun təklif və tovsiyyələr hazırlandı;
b) İctimai vəkillik kampaniyasının aparılması ilə bağlı hazırlanan təkliflər paketi aidiyyətli qurumlara - Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Rayon İcra Hakimiyyətləri, rayon və kənd yerli özünüidarə qurumlarına çatdırıldı;
c) Monitorinq aparılan rayon və kəndlərdə monitorinqin nəticələrinə əsaslanaraq marifləndirici və məlumatlandırıcı tədbirlər həyata keçirildi və qadın haqlarının inkişafı üçün ictimai nəzarəti həyata keçirən qadın nəzarət qruplarının yaradıldı. (layihənin bütün mərhələləri region KİV-də işıqlandırılır ;
d) Qadınlara qərar qəbuletmədə hüquq və rollarının artırılması məqsədi ilə (müvəqqəti dövr üçün) KVOTA verilməsinun ictimailəşdirilməsi.

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti növbəti tədbirlərini iyulun sonlarında Masallı və Astara rayonlarında keçirtdi.

Qadınlar bələdiyələrdə fəallıqların artırırHər iki rayonda keçirilən tədbirdə çıxış edən cəmiyyətin sədri, tanınmış hüquq müdafiəçisi Novella xanım Cəfərova bələdiyyələrin cəmiyyətin həyatında əhəmiyyətindən, qadınların bu qurumunda fəallığından söz açdı. Novella xanım öz çıxışlarında istər ölkəmizdə, istər dünya praktikasında, xüsusən İsraildə, Türkiyədə bələdiyyə sahəsində qazanılmış təcrübələrdən olduqca maraqlı nümunələr gətirdi Onun çıxışlarından bəlli oldu ki, inkişaf etmiş ölkələrdə bələdiyyələrin öz xəstəxanası, məktəbi, idman obyektləri və sair imkanları var. Həmçinin bildirdi ki, bələdiyyələr yerli imkanlardan lazımınca faydalanmırlar. Belə ki, yolboyu pomidor, xiyar, badımcan və sair məhsulların hədsiz bolluğu hiss olunur, lakin bu məhsulların paytaxtda və sair yerlərdə normal satışı təşkil olunmur ki, insanlar böyük zəhmətlə yetişdirdiyi məhsulları normal qiymətlərə sata bilsinlər. Tədbir zamanı çıxışlarda bəlli oldu ki, bələdiyyə qurumlarında nəinki qadınların sayı artır, eləcə də fəal-təşkilatçı, işgüzar, təşəbbüskar qadınların sırası nəzərəçarpacaq dərəcədə genişlənir.
Qadınlar bələdiyələrdə fəallıqların artırırİstər Masallıda, istər Astarada bələdiyyə sədrləri, eləcə də bələdiyyə üzvü olan qadınlar olduqca maraqlı təkliflərlə çıxış etdilər. Həmin təklifləri səsləndirmədən öncə bildirək ki, tədbir iştirakçıları bəzi qadınların bələdiyyə qurumlarına formal şəkildə seçildiyindən gileyləndi. Onlar bildirdi ki, bir sıra yerlərdə qadınlar bu quruma formal şəkildə seçildiyindən, açıq desək, təyin olundundan tədbirlərə gəlmir, bələdiyyənin fəaliyyətinə heç bir kömək etmir, sadəcə bu yeri mənasız şəkildə məşğul edirlər. Lakin bununla yanaşı fəal, təşəbbüskar qadınların da bələdiyyələrdə çox olduğu vurğulanda. Ərkivan bələdiyyəsinin üzvü Mənijə Yəhyayeva çıxışında bildirdi ki, qadınlar çox olan bələdiyyələrdə fəallıq da, saflıq da, işgüzarlıq da çox olur. Onlar azyaşlıların nikahı, boşanmalar və digər neqatif hallara qarşı daha ciddi mübarizə aparır, tənha, eləcə də əlil qadınlar arasında daha güclü əlaqələr yaradıb iş birliyi təşkil edirlər.
Həsənli bələdiyyəsinin üzvü Nazılə Hüseynova çıxışında bildirdi ki, sahibkar qadınlar az deyil. Onların təcrübəsi lazımınca təbliğ olunmur. Nazilə xanım bu sahədə öz təcrübəsində-vaxtilə tütünçülük, tərəvəzçilik sahəsində əldə etdiyi uğurlardan danışdı. O həmçinin qeyd etdi ki, qanundakı bəzi boşluqlar, eləcə təsərrüfat sahəsindəki güzəştlərdə yubanmalar ciddi problemlər yaradır. Nümunə kimi qeyd etdi ki, ötən ildən bəri taxıl əkilsə də, biçilsə də, yeni mövsüm üçün şum vurulsa da, hələ də taxıl əkin-biçininə görə veriləsi subsidiyalar gəlib çıxmır.
Təklə bələdiyyəsinin sədri İrfan Bədəlov yerli çətinliklərdən- əhalinin hələ də bələdiyyənin nə olduğunu bilməməsindən, bu sahədə maarifləndirmənin aşağı səviyyədə təşkilindən, məhsul üçün normal satışın olmamasından, əkin sahələrini subasmalardan xilas etmək üçün səmərəli tədbirlərin qeyri-qənaətbəxş təşkilindən söz açdı.
Qızılağac bələdiyyəsinin sədri Şamil Məmmədov isə bələdiyyənin imkanlarında maksimum səmərəli istifadə etdiklərini, onlarla adamı işlə təmin etdiyini, yerli təşəbbüslərə geniş yer verdiyini nümunə kimi göstərdi.
Astara şəhərində keçirilən tədbirdə isə Ərçivan qəsəbə bələdiyyəsinin sədri İradə xanım öz çıxışı ilə çoxlarının marağına səbəb oldu. O uğurlu işlərindən danışmaqla yanaşı bələdiyyələrin problemlərini, qayğıların çox dəqiqliklə incələdi və onları aradan qaldırmaq üçün konkret yollar təklif etdi. İradə xanım bildirdi ki, nə qədər gözəl ideyalarımız, planlarımız olsa da, son anda hər şey gəlib pula dayanır. Əksər bələdiyyələr vəsait çatışmazlığından əziyyət çəkir. Torpaq vergilərini yığmaq mümkünsüz olub. Biz bütün seçicilərimizi məhkəməyə verə bilmərik. Bunun üçün heç texniki imkan da yoxdur. Çünki hər borclu məhkəməyə ayrı-ayrılıqda verilməlidir. Məhkəmə xərcləri, itirilən vaxtın dəyəri həmin vergidən çox olur. Təklif edirəm ki, torpaq vergisi verməyənə subsidiya verilməsin, belələri maşınını texniki baxışdan keçirəndə, ölkədən çıxanda, arayış alanda onlar üçüün məhdudiyyət qoyulsun.
Qadınlar bələdiyələrdə fəallıqların artırırAstaranın Kişəbə bələdiyyəsinin sədri Ağadadaş Qənbərov bildirdi ki, o bütün həyatını bələdiyyəyə həsr edib. Yerli və xarici donorların imkanlarından istifadə edərək rəhbərlik etdiyi ərazidə onlarla sosial problemi həll edib və etməkdədir. Nəninki qadın bələdiyyə üzvlərindən, eləcə də ərazidəki bütün fəal qadınların imkanlarından faydalanırıq.
Layihənin koordionatu Nabat xanım Qəniyeva çıxışında xüsusi ilə vurğuladı ki, qadın kadrlar cəsarətlə irəli çəkilməli, onlara ciddi işlər etibar olunmalı, belə qadınları təcrübəsi geniş şəkildə yayılmalıdır. Bundan əlavə bələdiyyələr icmalar yaratmaqda, layihələr hazırlamaqda olduqca fəal olmalı. Yerli imkanları dəyərləndirib buna uyğun xarici donor təşkilatlara layihələr təqdim etməli, bütün mövcud resurslardan layiqincə faydalanmalıdır. Bu yerlərdə əl işləri ilə, xalçaçılıqla və sair sahələrlə məşğul olan qadınlar var, onların imkanların daha səmərəli məcraya yönəltmək olduqca faydalı olardı.
Nabat xanım həmçinin vəd etdi ki, belə layihələrin azırlanmasında yerlərdə bələdiyyələrə yardımçı olacaqlar. Hər iki tədbirdə çıxış edən onlarla qadın belə tədbirlərin təşkilinə görə öz minnətdarlıqlarını, təşəkkürlərini bildirdilər. Tədbirdə verilən təkliflərə münasibət bildirən tədbirin rəhbəri Novella xanım təklif etdi ki, hər bələdiyyədə qadınlar üçün ayrıca otaq təşkil edilsin. Bu Qadın otaqlarına təcrübəli qadınlar cəlb olunsun. Burada Qadınlar bələdiyələrdə fəallıqların artırırqadınların, xüsusən gənc qızların problemləri öyrənilsin, ümumləşdirilsin və lazımı təşkilatlara çatdırılsın. Qadınlar sosial şəbəkələrin imkanlarılndan istifadə edib problemlərini, təşəbbüslərini daha çox ictimailəşdirsinlər. Novella xanım həmçinin təklif etdi ki, bələdiyyələrin bir neçəsi birləşib birlik yaratsınlar, ortaya güc qoyub daha böyük layihələrin reallaşmasına nail olsunlar.
Layihənin təşkilatçılardan biri Dilarə Əfəndiyeva isə qadınların daha çox təşəbbüskar olmağa, bu sahədə beynəlxalq təcrübədən istifadə etməyə çağırdı.
Tədbir zamanı monitorinqin nəticələrinin təhlilinə aid sənəd haqda məlumat verildi .Sorğu anketində qoyulan sualların nəticələri iştirakçıların nəzərinə çatdırıldı. Sənəddən 1 nüsxə rayon icra hakimiyyətinə göndərildi. Tədbir iştirakçılarına bu sahədə qanunçuluğa aid sənədələr paylandı.

“Avrasiya Əməkdaşlıq Fondu”

İlahə ƏləkbərliR4suloffR4suloff

OXUNMA SAYI :1349

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff