Nəsir Muxtarlı 3-cü dəfə müavin oldu


Nəsir Muxtarlı 3-cü dəfə müavin oldu
O binada son 10 ildə sonadək “istifadə” olunmamış bir müavin ştatı da var - 1-ci müavinlik
Nəsir Muxtarlı bu günlərdə Masallıda yeni yaradılmış kənd təsərrüfatı idarəsinin müdirliyinə təyinat almış Seymur Nuriyevin yerinə İHB-nin iqtisadi məsələlər üzrə müavini təyin edilib.
Xatırladıq ki, Masallı rayonunun Həsənli kəndində anadan olmuş, Nəsir Muxtarlı Masallı icra hakimiyyətinə məsləhətçi kimi gəlsə də sonradan Humanitar məsələlər üzrə müavin vəzifəsinə yüksəldi. Daha sonralar bu vəzifəyə qadın təyinatı məcburi olduğundan vəzifəni tərk etdi. Bir qədər sonra o, IHB-nin kənd təsərrüfatı işlərinə baxan müavini oldu. Bu vəzifə də ixtisara düşəndən sonra N. Muxtarlı RİH-nin iqtisadiyyat şöbəsinin müdirinin müavini oldu.
N. Muxtarlının vəzifəsi bir neçə dəfə gözlənilməz “qəzalarla” üzləşsə də, əmək haqqı və vəzifəsi aşağı-yuxarı qalxsa da, onun İHB-dəki nə otağı, nə maşını, nə də səlahiyyətləri dəyişmədi. N. Muxtarlı orada başçıdan sonra əsas söz sahibi oldu.
N. Muxtarlı həm “düşmən”, həm “mehriban düşmən”, həm də dost-yoldaşı kimi davranışlarında ardıcıl, həm işində, həm maraqlarında bacarıqlı və maraqlı adamdır (oyunçu da demək olar) – bütün fəaliyyətində dəqiq, prinsipial və qətiyyətlidir.
Bu günlərdə isə Nəsir Müəllim 3-cü dəfə müavin olub - İHB-nin iqtisadi məsələlər üzrə müavini.
Xatırladaq ki, Masallı İcra hakimiyyətində son 10 ildə axıra qədər “istifadə” olunmamış 1-ci müavinlik ştatı da olub - közü olub, odu olmayan 1-ci müavinlik ştatı.
Bütün hallarda Nəsir müəllim yeni vəzifəsində təbrik edirik.R4suloffR4suloff

OXUNMA SAYI :2676

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az