“Vətən gözdür, biz kiprik Gözümüzn keşiyini şəkirik”


"Bənna külüngü, diplomat siyasəti, alim kəşfləri, yazarlar qələmə aldığı əsərləri, analar böyütdüyü nəcib övladlarla, övladlarımız isə mərdliyi, dəyərli əməlləri ilə vətənpərvərlik nümunəsi göstərə bilərlər".

“Vətən gözdür, biz kiprik  Gözümüzn keşiyini şəkirik”2016-cı il noyabrın 5-da Masallıda vətənpərvərlik mövzusunda olduqca maraqlı “Dəyirmi Masa” keçirildi. 30-a yaxın fəal gəncin, QHT, KİV nümayəndələrinin, hərbi və təhsil ekspertlərinin toplaşdığı tədbirdə vətənpərvərlik sahəsində dəyərli fikirlər, təkliflər, görülən işlərlə bağlı maraqlı təcrübələr paylaşılıb.
Dəyirmi Masanın kordinatoru Nabat xanım Qəniyeva bildirdi ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Demokratiya və İnsan Hüquqları Komitəsi” tərəfindən reallaşıb, Bakı, Şamaxı və Masallı rayonlarını əhatə edir.
Tədbirin mövzusu da çox dəyərli idi. “Vətənpərvər olmaq-hərbi vətənpərvərlik mövzusunda tədbirlərin təşkili”. Nabat xanım tədbirin açılış çıxışında həmçinin qeyd etdi ki, vətənpərvər olmaq təkcə silah götürüb döyüşə getmək deyil. Bənna külüngü, diplomat siyasəti, alim kəşfləri, yazarlar qələmə aldığı əsərləri, analar böyütdüyü nəcib övladlarla, övladlarımız isə mərdliyi, dəyərli əməlləri ilə vətənpərvərlik nümunəsi göstərə bilərlər. “Vətən gözdür, biz kiprik  Gözümüzn keşiyini şəkirik”Qısası, çalışdığın sahədə işini vicdanla yerinə yetirirsənsə, fəaliyyət məkanında öncülsənsə, bu elə vətənə xidmət deməkdir. Azərbaycan tarixi keçmişi ilə bağlı hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətənpərvərdir.
Təhsil eksperti kimi tədbirə qatılan qocaman təhsil işçisi Ə. Burhanov bildirdi ki, ölkəmizin qəhrəmanlıq tarixi, məşhur igidlərimizin əməllərin gənclərə vətənpərvərlik təbiyəsində əsil nümunədir.
Qarabağ veteranı, Masallının Seybətin kənd məktəbində çalışan Cəmaləddin müəlim isə öz çıxışında vurğuladı ki, Qarabağda döyüşmüş, şiksət olmuş, qəhrəmanlıq göstərmiş şəxslərə ciddi diqqət və qayğı göstərilməlidir ki, bu, digər gənclərə də nümunə olsun.
“Vətən gözdür, biz kiprik  Gözümüzn keşiyini şəkirik” Ərkivan qəsəbəsində “Nəcib qızlar” klubunun rəhbəri Fidan Abbaslı isə çıxışında qeyd etdi ki, ailədən, uşaq bağçalarından başlamış hər yerdə vətənpərvərlik tərbiyəsi daha orijinal, daha inandırıcı formada təbliğ olunmalı, bu sahədə nümunəvi insanlardan, eləcə də video görüntülərdən geniş istifadə edilməlidir.
Əslən Şuşa şəhərindən olan, hazırda Masallıda çalışan Rafiq Abbaslı Şuşa döyüşlərində etdiklərindən və gördüklərini, bildiklərini hərbi müəllim kimi şagirdlərə necə aşıladığından söz açdı. O qeyd etdi ki, bu sahədə formal, bürokratik formalardan uzaq olmalı, şagirdləri inandıra, həvəsləndirə, ruhlandıra bilən addımlara daha geniş yer verilməlidir.
“Vətən gözdür, biz kiprik  Gözümüzn keşiyini şəkirik”Gənc yazar Ziya Fəda isə çıxışında qeyd etdi ki, vətənpərvərlik elə bir duyğudur ki, onu sözlərlə ifadə etmək bir az çətindir. Vətənpərvər insanın hər addımında vətənpərvərlik hiss olunmalıdır. Vətənpərvərlik insanın ruhunda, canında olmalıdır. Canlı nümunələr lazımdır. Və biz bu nümunələri uşaqlara, gənclərə göstərməliyik ki, bax, sən də belə olmalısan. Şair demişkən, vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı. Unutmamalıyıq ki, hər vətəndaş vətənpərvər adlana bilməz. Vətənpərvər, dövlət rəmzlərimizə, milli - mənəvi dəyərlərimizə sədaqətli olmalıdır.
"Validə" Əlil Uşaq və Valideynlər Assosiyasının nümayəndəsi Əfrayıl Fərziey çıxışında qeyd etdi ki, bizim vətənpərvərlik duyğularımız əlil uşaqlara münasibətdə özünü daha çox büruzə verməlidir. Belə uşaqların və gənclərin cəmiyyətə daha sıx qaynayıb qarışması üçün səmərəli tədbirlərə indikindən çox qüvvə sərf etməliyik.
Jurnalist Zahir Əmənov çıxışını M. Aslanın “Vətən gözdür, biz kiprik, gözümüzn keşiyini çəkirik”. misraları ilə başladı. O qeyd etdi ki, bu sahədə tədbirlər çox, bürokratiya, formalizm isə ondan da çoxdur Vətənpərvərlik mövzusunda yazılan kitablar, çəkilən filmlər, rəsmlər, yazılan mahnılar arzu olunan səviyyədə təbliğ olunmur. Bir çox şagirdlər vətənpərvərlik, eləcədə hərbi vətənpərvərlik haqqında olduqca yayğın təsəvvürlərə malikdir. Bu sahədə həvəsləndirmələrin, müxtəlif müsabiqələrin, yarışmaların da əhəmiyyəti az deyil. Mütləq deyil ki, tədbirin adın vətənpərvərlik qoyasan. İşi elə qurmalısan ki, o duyğular bu adı tez-tez hallandırmadan da, konkret nümunələr əsasında gənclərin ruhuna hopsun.
Tədbirin sonunda Nabat xanım, Əntiqə xanım iştirakçıların çoxsaylı suallarını cavablandırdılar.

Məqalə Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.“Vətən gözdür, biz kiprik  Gözümüzn keşiyini şəkirik”R4suloffR4suloff

OXUNMA SAYI :1456

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az