Vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılımasına təşəbbüs


Bütün sahələrdə QHT-nin normal fəaliyyəti üçün münbit şərait yaradılsın. Mənfi reaksiya doğurduğu üçün Qeyri-Hökumət Təşkilatının deyilişində “qeyri” sözü daha müvafiq sözlə əvəz edilsin.
Vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılımasına təşəbbüs
11 mart 2017 ci il tarixində “VCT –nın fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına təşəbbüs” adlı xidmət çərçivəsində Masallı rayonunda tədbir keçirilib. Tədbirdə QHT nümayəndələrinin (rəsmi qeydiyyatdan keçən və keçə bilməyən təşəbbüs qruplarının), eləcə də təşkilatın mütəxəssisi və KİV nümayəndələri olmaqla 23 nəfər iştirak edirdi. Tədbirə Masallı rayonunda fəaliyyət göstərən QHT nümayəndələri ilə yanaşı Lerik, Yardımlı, Lənkəran və Cəlilabad rayonlarında fəaliyyət göstərən QHT təmsilçiləri də qatılmışdı.
Vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılımasına təşəbbüsToplantını Masallı rayonu üzrə regional koordinator, Regional İnkişaf və İnsan Hüquqları İB (təşəbbüs qrupu)-nin sədri Ələsgər Hüseynov açıb.
Daha sonra söz təşkilatın mütəxəssisi Nabat Qəniyevaya verilmiş və o layihə və donor təşkilat haqqında məlumat verərək bildirmişdir ki, bu layihə Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondunun “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını çərçivəsində layihənin icraçısı - Insan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin mütəxəssisi - Qəniyeva Nabat Şamxal qızı ilə Avrasiya Əməkdaşlıq Fondu arasında bağlanmış “VCT –nın fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına təşəbbüs” adlı xidmət çərçivəsində həyata keçirilir.
Layihə Masallını və Bakının 4 rayonunu əhatə edir.
N. Qəniyeva çıxışında qeyd etdi ki, 2014 cü ildə “Qeyri Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Qrant haqqında” qanunlara (xarici donor təşkilatların yerli QHT-lərə qrant ayırması üçün qeydiyyatdan keçmə məcburiyyətini nəzərdə tutan qanun) dəyişiklər haqda və bundan sonra qanunlarda edilən yumşaldıcı dəyişikliklərdən söz açıb. O xüsusi ilə vurğulayıb ki, Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə 11 yanvar, 2017-ci il tarixli qərarı xarici qrantların qeydə alınması istiqamətində irəliyə doğru atılmış addımdır.
Vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılımasına təşəbbüs Qaydalara edilmiş bir sıra dəyişikliklərə uyğun olaraq. Qrant müqavilələrinin Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması üçün tələb olunan sənədlərin sayı azaldılıb,. xarici donor olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnamənin (əsasnaməsinin) surətinin təqdim edilməsi kimi bürokratik tələbin ləğv edilib. Digər müsbət yenilik qrantın bağlandığı tarixdən sonra onun Ədliyyə Nazirliyinə təqdim olunması üçün tələb olunan müddətin 15 gündən 30 günədək uzadılmasıdır. Bu da tərcümənin və onun notariat qaydada da qeydiyyata alınmasına müsbət şərait yaradır. Qaydalara edilmiş daha bir dəyişiklik isə xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyatının mümkünlüyünü ifadə edir.
Vətəndaş cəmiyyəti üçün əlverişli mühitin yaradılımasına təşəbbüs N. Qəniyeva qeyd etdi ki, bu tədbirlərin keçirilməsində məqsəd 2014 cü ildə “Qeyri Hökumət Təşkilatları” və “Qrant haqqında” qanunlara dəyişikliklərin QHT-lərin fəaliyyətində yaratdığı problemlərin araşdırmaq, qanunda daha da müsbət dəyişikliklərə nail ola bilmək üçün onların təkliflərini öyrənmək, sonra bu fikirləri ümumiləşdirərək təkliflər paketinin hazırlanmasında istifadə etməkdir.
Müzakirələr zamanı İştirakşılardan Əfrayıl Fərziyev, Zahir Zahir Əmənov, Əbdül Əsgərli, Fidan Abbaslı və digərləri çıxış edərək ördükləri işlər barədə məlumat verməklə yanaşı müxtəlif təkliflər səsləndirdilər.
Bu təkliflərdə xüsusi ilə vurğulandı ki, Reyestr məsələləri, Qrant müqavilələrinin qeydiyyatı, QHT-lərin hesabatlılığı sadələşdirilsin, xarici donorlarla və QHT-lərlə bağlı qanunvericilikdə olan bir sıra müddəalar təkmilləşdirilsin, QHT –lərin qeydiyyatı məsələsində Gürcüstan variantı tətbiq edilsin; bütün sahələrdə QHT-nin normal fəaliyyəti üçün münbit şərait yaradılsın. Mənfi reaksiya doğurduğu üçün Qeyri-Hökumət Təşkilatının deyilişində “qeyri” sözü daha müvafiq sözlə əvəz edilsin.
QHT-lər haqda qanunvericilik 2014-cü ilə qədərki vəziyyətə qaytarılsın;

Tədbirin sonunda iştirakçılar hazırkı fəaliyyət durumlarını və təkliflərini qiymətləndirmə vərəqələrində əks etdirdilər. Həmçinin iştiraçılara qanunvericilikdə dəyişikliklərlə bağlı müxtəlif qanunların, sərəncamların, eləcə də ərizələrin nümunələri paylandı.

Yazı Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını çərçivəsində hazırlanıb.
R4suloffR4suloff

OXUNMA SAYI :1115

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff