Lənkəranda bələdiyyə sədri qardaşı ilə birlikdə həmkəndlisini vəhşicəsinə döyüb.


Yaxud, günümüzün “bələdiyyə bəlaları”nın sonu olacaqmı?


Elə həftə olmur ki, bələdiyyələrin, xüsusən bələdiyyə sədrlərinin saxtakarlığından, qudurğanlığından, qanunsuz əməllərindən, rüşvətxorluğundan, hətta əxlaqsızlığından mətbuatda məlumatlar dolaşmasın. Bələdiyyələrə seçkilər saxtalaşdırılsa belə, saxta yolla seçilmiş bələdiyyə üzvləri bələdiyyənin fəaliyyətinə yaxın buraxılmır.

Əksər bələdiyyələrin fəaliyyəti “bir aktyorun teatrı”na bənzəyir. Bir neçə bələdiyyəni çıxmaq şərti ilə əksər bələdiyyələr icra hakimiyyətlərinin ən itaətkar qulu kimi fəaliyyət göstərir, torpaq-alqı satqısında, digər qanunsuz əməllərdə icra başçılarının himayəsinə arxalanırlar.

Bələdiyyələrlə bağlı növbəti bəd xəbər isə Lənkərandan gəlib.

Lənkəranda bələdiyyə sədri qardaşı ilə birlikdə həmkəndlisini vəhşicəsinə döyüb.


APA-nın məlumatına görə, Lənkəranın Separadi Kənd sakini 1960-cı il təvəllüdlü İmamverdi Məmmədovu kəndin bələdiyyə sədri Ceyhun Cəfərov və qardaşı Azər Cəfərov təpiklə vəhşicəsinə döyüblər.

Lənkəranda bələdiyyə sədri qardaşı ilə birlikdə həmkəndlisini vəhşicəsinə döyüb.


Həmçinin bildirilir ki, İmamverdi Məmmədov yaxın günlərdə kor bağırsağından əməliyyat olunubmuş.

Lənkəranda bələdiyyə sədri qardaşı ilə birlikdə həmkəndlisini vəhşicəsinə döyüb.


Yaralı yaxınları tərəfindən ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Zərər çəkmişin oğlu Amid Məmmədov un cenubxeberleri.com-a bildirdiyinə görə, hadisəyə onlar arasındakı torpaq üstündə yaranan qalmaq səbəb olub.

Döyülmə nəticəsində İ.Məmmədovun 3 qabırğası sınıb, qapalı kəllə-beyin travması alıb, göz altından, kəllə sümüyündən ciddi zədələr alıb.

Ən qəribəsi isə odur ki, hüquq-mühafizə orqanları əvvəlcədən də onlara müraciət olunmasına baxmayaraq hadisəyə çox biganə yanaşırlar.
Məhz bu biganəliyin nəticəsidir ki, adi torpaq mübahisəsi belə ağır nəticələrə gətirib çıxarıb.

Mövzuya qayıdacağıq.

Hazırladı: AYNUR

R4suloffR4suloff

OXUNMA SAYI :1402

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az