Azərbaycana dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq (RƏSMİ)



Azərbaycana dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq (RƏSMİ)


“Bu il qış ötən ilkindən sərt olacaq”.
Bu sözləri metbuat.az-a açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirib
.


Onun sözlərinə görə, bu il ölkəmizin ərazisinə qar daha çox yağacaq: “İndi ölkəmizdə cənub küləyi əsir. Şimal küləyinə keçən kimi havalar soyumağa başlayacaq.
Qardan asılı olmayaraq, bu il qış sərt keçəcək. Hava şaxtalı olacaq.
Ölkə ərazisində 2-3 dərəcə isti olacaq. Bu da küləklə birləşən zaman, ölkə ərazisində soyuq havaların hökm sürəcəyini indidən proqnozlaşdırmaq mümkündür”.


Qeyd edək ki, oktyabrın 10-u axşamdan 14-dək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
(Qaynarinfo.Az)
R4suloffR4suloff

OXUNMA SAYI :527

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff