Pulsuz paltar aksiyası Boradigahda



Pulsuz paltar aksiyasından yararlanmaq üçün tədbirə

100-lərlə Boradigah sakini toplaşmışdı


Pulsuz paltar aksiyası Boradigahda


Məlum olduğu kimi əvvəllər Masallı Rayonunun Ərkivan qəsəbəsində 3 dəfə keçirilən paltar aksiyasında 300-ə yaxın imkansız bu fürsətdən faydalanmışdı.
Bu dəfə isə xeyriyyəçilər məkanı dəyişmiş - pulsuz paltar aksiyasını Boradigah qəsəbəsində təşkil etmişdilər.


Oktyabrın 10-da Boradigah qəsəbəsində keçirilən pulsuz paltar aksiyası olduqca izdihamlı olmuş, hətta polis işçiləri aksiyanın mühafizəsinə qoşulmuşlar.

Pulsuz paltar aksiyası Boradigahda


100-dən artıq imkansız bu aksiyadan faydalanmışdır. Tələbat o qədər yüksək olmuşdur ki, yardım məqsədilə verilmiş bütün ehtiyat paltarlar da imkansızlara paylanmışdır.

Pulsuz paltar aksiyası Boradigahda


Tədbir gənc xeyriyyəçilər Nigar BayramlıFidan Abbaslının təşkilatçılığı və Boradigah Ərazi nümayəndəliyinin və bələdiyyəsinin dəstəyi ilə keçirilmişdir.

Təşkilatçılar imkanı olan bütün şəxslərdən xahiş edir ki, istifadə etmədiyi paltarları və məişət avadanlıqlarını təşkilatçılara çatdırsınlar.

Aksiya növbə ilə bütün kəndlərdə keçiriləcəkdir.

Ünvan: Ərkivan qəsəbəsi, Qəsəbə Uşaq Bağçası


Abdul
R4suloffR4suloff

OXUNMA SAYI :994

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff