Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı günlərdə...


Nazirlik əhaliyə xəbərdarlıq etdi: qarşıdakı günlərdə...Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Lent.az xəbər verir ki, xəbərdarlıqda oktyabrın 16-sı gündüzdən, 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı qeyd edilib.
Bildirilir ki, bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

R4suloffR4suloff

OXUNMA SAYI :294

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff