Masallıda kadr dəyişikliyi||--||


Masallıda kadr dəyişikliyi||--||

Belə ki, Qəbələ rayon polis şöbəsinin rəisi Masallıya eyni vəzifəyə təyin edildi. Yeni rəis bura gələn kimi boş olan rəis müavinliyinə Qəbələdəki müavini, əslən lerikli olan Əlifağa Kazımovu gətirdi. Bundan əlavə Qəbələ polisinin daha 4 əməkdaşı Masallıya transfer edilib. Həmin şəxslərin rəsmi və qeyri- rəsmi vəzifələri haq qında növbəti sayımızda məlumat verəcəyik. Hazırda polis şöbəsində narahat günlər davam edir. Bir sıra məsul işçilər yerində olsa da, onlara aman kağızı verilməyib.

Polis şöbəsində əvvəllər kimi necə cərimələyirdilərsə elə də cərimələyirlər. Amma deyilənə görə, yığılan pulların bölgüsündə fərq var.

Masallı Hərbi Komissarlığına nəinki komissar tapılmır, hətta komissarı əvəz edən Tahir müəllimi də vəzifəsindən kənarlaşdırıblar. Hazırda həmin vəzifəni şöbə rəisi Emin Bağırov icra edir.

3-cü dəyişiklik Əhalinin Sosial və Müdafiə Mərkəzində baş verib. Bu sahəyə baxan nazirlik ünvanlı yardım məsələsindəki rüsvayçılığa görə 30-dan artıq şəxsi işdən çıxartdıqdan, bəzi rayonların işi ilə bağlı prokurorluq araşdırma aparmağa başladıqdan sonra Masallının ƏSMM direktoru Azər müəllim də vəzifəsi ilə könüllü şəkildə vidalaşıb. Əvvəllər onun nazirliyə məsul vəzifəyə, sonra isə Yasamal rayonu ƏSMM-nə sədr müavini getdiyi bildirilsə də, bu məlumatların heç biri təsdiqlənmədi.

Azər müəllimin Masallıda boş qalan vəzifəsinə isə rayonun ən məşhur stomatoloqlarından birinin, Nəsrulla doktorun oğlu Rəfail müəllim təyin edilib. Onun hansı keyfiyyətlərə görə bu vəzifəyə təyinatı dəqiq bilinməsə də icra başçısının bir neçə ay öncə dişlərinin Nəsrulla doktor tərəfindən

düzəldildiyi çoxlarına bəllidir. Bəziləri düşünür ki, iraq olsun icra başçının ürəyində problem olsa, gör ürək həkiminin övladı hansı vəzifəyə gedər. 

R4suloffR4suloff

OXUNMA SAYI :927

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff