Yersiz gəlib, yerli, qaç||--||


Yersiz gəlib, yerli, qaç||--||

0. 02 ha torpaq sahəsində tikilmiş 4 girişli, 411,0 kv.m ümumi, 370, 0 kv.m əsas, 40, 3 kv.m köməkçi hissədən ibarət ikimərtəbəli qeyri � yaşayış sahəm var. Bu tikiliyə aid bütün sənədlərim də tam qaydasındadır. Lakin bu yaxınlarda, daha doğrusu, 2010-cu il dekabrın 13-də Lənkəran Rayon Məhkəməsi Qətnamə çıxarıb ki, bu obyekti boşaldıb onu iddiaçı Rzaquliyev Nadir Bəyvələd oğluna təhvil verməliyəm.

Adıçəkilən qeyri � yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə mənim adıma Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran Ərazi İdarəsi tərəfindən 2 nömrəli reyestr kitabının 169 saylı vərəqində 2208006608 nömrəsi ilə qeydiyyata alınıb.

2010-cu il fevralın 4-də iradəmin ziddinə olaraq mülkiyyətimdə olan həmin obyekti �Nikoyl� İnvestisiya Kommersiya Bankının hüquqşünası Əliyev Adil İldırım oğluna 6 (altı) ay müddətinə ümumi formalı etibarnamə ilə vermişəm.

Etibarnamənin iradə sərbəstliyim olmadan verilməsinin əsas səbəbi mənim və atam Hüseynov Qəhrəman Şükür oğlunun həmin vaxt �Nikoyl� İKB � nin Lənkəran rayon filialında özəl məsləhətçi vəzifəsində işləməyimiz olub. Həmin günlərdə �Nikoyl� İKB-nin mikro-kreditlər üzrə şöbə müdiri Fariz Mahmudov dəfələrlə bizə, yəni həmin bankda özəl məsləhətçi işləyən atam Qəhrəman Hüseynovun evinə gəlib və bildirib ki, �Nikoyl� İKB-nin tabe olduğu Rusiya Federasiyasındakı rəhbərliyindən onlara yoxlama komissiyasının gələcəyi gözlənilir və onun bankdakı əyər-əskiyini sahmana salmaq lazımdır. Buna görə təkidlə xahiş etdi ki, mənə məxsus qeyri-yaşayış sahəsini müvəqqəti olaraq bankın baş idarəsinin hər hansı bir işçisinə etibarnamə ilə verim. Daha doğrusu, mülkü əvvəl öz adına sənədləşdirmək istəyirdi, daha sonra məsləhət oldu ki, bankın hüquqşünası Adil Əliyevin adına sənədləşdirilsin. Beləliklə, mənim, Azər Hüseynovun (bu şəxs də həmin bankda kənd özəl məsləhətçi işləyir) adına olan mülk atamın razılığı ilə onların çalışdığı bankın rəhbərliyini vəziyyətdən çıxartmaq üçün etibarnamə ilə Adil Əliyevə verildi.

Bir müddətdən sonra eşitdim ki, mülkü etibarnamə ilə verdiyimiz şəxs, Adil Əliyev obyekti bizim əlimizdən almaq istəyir. Belə işin mümkünsüz olduğunu düşünərək , gəzən şayiələrə heç əhəmiyyət vermədik. Çünki hamı bilirdi ki, biz bu əməliyyata görüntü üçün, formal şəkildə razılıq vermişdik. Obyektə isə faktiki özümüz rəhbərlik edirdik. Yəni arada kişi söhbəti olmuşdu.

Bütün bu şübhələrə son qoymaq üçün, hər ehtimala qarşı, 2010-cu il fevralın 4-də həmin şəxsə verdiyimiz etibarnaməni 2010-cu ilin aprelində Lənkəran rayon 1 saylı dövlət notariat kontorunda ləğv etdirdim. Lakin sonradan aydınlaşdı ki, Adil Əliyev etibarnaməni bizdən alandan 14 gün sonra, fevralın 18-də bu mülkü guya Xocalı sakini Nadir Rzaquliyev adlı şəxsə satıb.

2010-cu ilin sentyabr ayının əvvəllərində Lənkəran Rayon Məhkəməsindən atam Qəhrəman Hüseynovun adına gəlmiş məhkəmə bildirişinə əlavə edilən iddia ərizəsinin surətindən məlum olub ki, mülkiyyətimdə olan qeyri-yaşayış sahəsi guya Xocalı şəhər sakini Rzaquliyev Nadir Bəyvələd oğluna məxsusdur. O da lənkəranlı Şərifov Pərviz Rasim oğlunun adına etibarnamə verib ki, bu şəxsin hüquqlarını müdafiə etsin, yəni bu mülkü boşaltdırıb onlara verdirsin. Həmin şəxs də bununla bağlı Lənkəran məhkəməsində iddia qaldırıb və dərhal məsələ ilə əlaqədar araşdırma aparıb. Lakin bu barədə heç bir sənəd əldə edə bilməyib. Sonra hüquq məsləhətxanasına müraciət edib. Orada ona məsləhət bilinib ki, DƏDR � nin Lənkəran Ərazi İdarəsinə sorğu göndərsin. Belə də edib. Lakin idarədən sorğuya cavab verilməyib. O, məlumat almaq ümidilə yaşadığı Boladi Bələdiyyəsinə müraciət edib. Bələdiyyə həmin idarəyə sorğu göndərib. İdarədən Boladi Bələdiyyəsinin sorğusuna verilən cavabda qeyri � yaşayış sahəsinin yalnız əvvəlki və sonrakı mülkiyyətçiləri göstərilmiş, obyektin hansı notariat kontorunda və hansı alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirildiyi barədə heç bir məlumat verilməyib.


Beləliklə, Fariz Mahmudovun təşəbbüsü ilə başlayan, Adil Əliyevin adına sənədləşdirilən, sonra Xocalı sakininə satılan, ondan etibarnamə alaraq lənkəranlı Şərifov Pərviz vasitəsi ilə məhkəmə iddiası qaldırılan bir mülk oyununa düşdük.

Sonrakı araşdırmaların nəticəsində məlum olub ki, alqı-satqı Lənkəran Rayon 1 saylı Dövlət Notariat Kontorunda aparılıb. Kontora müraciətdən sonra müvafiq sənədlər oradan 18 dekabr 2010-cu il tarixdə alınıb. Həmin alqı-satqı müqaviləsindən məlum olub ki, Əliyev Adil İldırım oğlu aldadaraq bizə imzalatdırdığı 4 fevral 2010-cu il tarixli etibarnamədən (daha doğrusu, bu etibarnamədəki alqı-satqı hüququndan) sui-istifadə edərək, onu əldə etdikdən 14 gün sonra, yəni 18 fevral 2010-cu il tarixli alqı-satqı müqaviləsi ilə Xocalı şəhər sakini Rzaquliyev Nadir Bəyvələd oğluna 130. 000 (yüz otuz min) manata �satmışdır.�.

2010-cu ilin dekabrın 28-də atam Qəhrəman Hüseynovun adına Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2010-cu il tarixli məhkəmə iclasının qətnaməsi göndərilib. Məhkəmə Qətnaməsində qeyd edilib ki, guya cavabdeh, atam Hüseynov Qəhrəman Şükür oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilib, lakin buna baxmayaraq, o, məhkəmə iclasına gəlməyib və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməyib. (Məlumat üçün bildirim ki, həmin vaxt atam həbsdə olub, həmin xəbərdarlıq məktubu isə ailəyə bununla bağlı keçirilən məhkəmə iclasından bir ay sonra verilib).

Beləliklə, Lənkəran məhkəməsinin hakimi iş üzrə materialları toplamamış, tərəflərin izahatını dinləməmiş, lazımi araşdırma aparmamış, MPM � nin 185. 5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qətnamədə göstərilir ki, cavabdeh Hüseynov Qəhrəman Şükür oğlu və onun qohumları tərəfindən zəbt olunmuş qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı Rzaquliyev Nadir Bəyvələd oğluna təhvil verilməlidir.

Bu Qətnaməni məhkəmə tarixində görünməmiş biabırçılıqlardan biri saymaq olar.

Yuxarıda qeyd etdiyim kimi atam Qəhrəman Hüseynov 2010- cu ilin iyulun 28-də həbs olunub (bu barədə aşağıda daha ətraflı danışacağam) və hazırda onunla bağlı istintaq gedir. Belə olan təqdirdə, yəni həbsdə ola-ola Qəhrəman Hüseynov mülkiyyət hüququ ilə bağlı keçirilən məhkəmə iclasında necə iştirak edə bilərdi?

İkincisi, bu əmlak atamın yox, mənim adımadır. Məhkəmə heç bunu da araşdırmayıb, necə deyərlər, gözünü yumub, Qətnaməyə qol çəkib. Məşədi İbadın sözü olmasın, adam mülk haqqında qərar qəbul edəndə sənədə baxmaz ki, bu mülkün sahibi kimdir?


Bu işlərdə heç bir məntiq yoxdur. Belə ki, əgər mənim obyektlərimi satmaq fikrim olsaydı, bunu özüm də edə bilərdim və hər hansı vasitəçiyə ehtiyac yox idi. Digər tərəfdən, alqı-satqı müqaviləsində göstərilən 130. 000 manat həmin obyektin qiymətinin ən azı 50 % - ni təşkil edir. Obyektin real qiyməti ən azı 300-350 min manata yaxındır. Bundan başqa, �alıcı� həmin obyekti almamışdan əvvəl ən azı yerində Reyestr Xidməti ilə birgə baxış keçirməli idi, lakin bunu da etməyiblər. Alqı-satqı müqaviləsinin 4 və 5-ci bəndlərində daşınmaz əmlakın 130. 000 manata satılması, satıcının isə həmin məbləği bütünlüklə qəbul etməsi göstərilsə də, əslində bu da belə deyil. Həmin məbləğ satıcıya verilməmiş və bu yaxınlarda, yəni alqı-satqıdan bir neçə ay sonra, guya bizə bəlli olmayan depozit hesaba qoyulmuşdur. Elə bu, əməliyyatın özünün necə qondarma olduğuna əyani sübutdur.

Məhkəmə hakimi heç maraqlanmayıb ki, bunlar qohum deyil, dost deyil, nədən külli miqdarda dəyəri olan obyekti pulsuz-parasız kənar şəxsə veriblər.

Bütün bunlara görə Şirvan Apelyasiya Məhkəməsinə şikayət vermişəm ki, göstərdiyim səbəblərə görə yuxarıda qeyd etdiyim alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və iddiaçının adına DƏDR-də aparılmış qeyd ləğv edilsin və obyekt üzərində mənim mülkiyyət hüququm tanınsın.

Yuxarıda qeyd etdiyim kimi, atam Qəhrəman Hüseynov da bir neçə ay öncə həbs olunub. Belə ki, �Nikoyl�bankda sənəd hazırlayıblar ki, guya o, Bankdan 723 min manat kredit götürüb. Lakin biz müvafiq sənədlər əldə etmişik ki, atam bu pula görə heç bir mədaxil orderinə imza atmayıb. Ekspertiza da müəyyən edib ki, həmin sənədlərdəki imzalar ona məxsus deyil. İstintaq müddəti 2 dəfə 3 ay-3 ay uzadılsa da, əks tərəf heç nəyi sübut edə bilmir�.

Olayla bağlı Lənkəran Rayon Məhkəmə İcraçıları Bölməsinin rəisi Miri Kazımovun münasibətini öyrənərkən məhkəmə tərəfindən çıxarılan Qətnamənin icra olunacağını söylədi: �Məhkəmələrin çıxardığı hətta yanlış qərarlar belə bizim səlahiyyətimizə aid məsələ deyil. Bizim işimiz məhkəmələrin çıxardığı qərarları icra etməkdir. �.

Əmlak hüququnun kobud şəkildə pozulması ilə barışa bilməyən Azər Hüseynov haqqının bərpa olunacağına inanır.

Oxucularımıza isə arzumuz budur ki, �sən ölümə, mən ölümə� və digər �kişi sözünə� inanıb hər sənədə qol çəkməsinlər. Yoxsa, bir də görərlər ki, oturduqları ev də başqasına məxsusdur.

Hazırladı: Nizami Hüseynov 

R4suloffR4suloff

OXUNMA SAYI :913

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az