Məişət zorakılığı yenə gündəmdə


Məişət zorakılığı yenə gündəmdə

 

Lənkərandakı “Gənclər Evi”ndə bu mövzuda olduqca maraqlı təlim keçirildi

 

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi,   Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizə məqsədilə ictimai   müzakirələrin  keçirilməsi”  adlı layihə həyata keçirir.Layihənin  məqsədi regionlarda “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun təbliği və işləmə mexanizmlərinin tapılması, məişət zorakılığı  probleminin ictimailəşdirilməsidir. Eyni zamanda  müxtəlif  strukturların  problemin həlli istiqamətində birgə fəaliyyətlərinin  tənzimlənməsi vasitəsilə bu problemlərin aradan qaldırılmasına kömək  etməkdir. Layihə çərçivəsində Şəki  və  Qax  rayonlarında dəyirmi masalar keçirilmişdir.

 

Məişət zorakılığı yenə gündəmdə 

 

Lənkəran şəhərindəki “Gənclər Evi”ndə 2018-ci il sentyabrın 25-də keçirilən tədbirdə regionda yaşayan  fəal insanlar, yerli icra hakimiyyəti, bələdiyyə, regional QHT, dini qurum  , KİV və hüquq mühafizə orqanları  nümayəndələri təmsil olunmuşdu.

Lənkəranda layihə çərçivəsində  məişət zorakılığı ilə bağlı keçirilən tədbirdə aşağıdakı mövzular haqda geniş məlumat verildi  və  müzakirə aparıldı:

 

  • Ölkədə dövlət  qadın siyasətinin formalaşmasında qadınların rolu;                                                                                   
  • əyalətlərdə gender ayrı-seçkiliyi;
  • “Məişət Zorakılığının qarşısının alınması haqqında” Qanun- ümumi məlumat;
  • Azərbaycanda məişət zorakılığı problemi, onun fəsadları, və problemin həlli üçün qanunda nəzərdə tutulmuş müddəalar,qanunun tətbiq edilməsi üçün mexanizmlərin olmaması;.
  • qadınların regionun ictimai və siyasi həyatında iştirakı;
  • erkən nikah problemi, onun mənfi nəticələr;
  • erkən nikah problemini yaradan səbəblər;
  • problemin həlli yolları
  • erkən nikaha məcbur etmə və iştiraka görə qanunla müəyyən olunmuş cəzalar.

Məişət zorakılığı yenə gündəmdə

 

Tədbir zamanlı Lənkərandakı dini qurumun, gənclər idarəsinin, polis idarəsinin, KİV-in nümayəndələri, eləcə də məktəb müəllimləri, uşaq bağçası tərbiyəçiləri, kitabxanaçılar və digər əhali qrupunun nümayəndələri çıxış edərək maraqlı məlumatlar və təkliflər səsləndirdilər.

Dini  Qurumlarla iş üzrə  Dövlət  Komuitəsi təşkilatı Lənkəran  bolgə şöbəsinin əməkdaşı  Emin Həmidli, DİN Lənkəran ŞRPİnin  İTB polis kapitanı  Fazil Bağırov məişət zorakılığının və erkən nikahın aradan qaldırılması üçün  görülən proflaktik tədbirlərdən və bu sahələrdə əldə edilən  müsbət nəticələrdən  danışaraq, fəaliyyətlərini davam etdirəcəklərini dedilər. Eyni zamanda  onlar  məktəblərlə birlikdə  işlədiklərini və bunun  yaxşı nəticə  verdiyini də  nəzərə   çatdırdılar.  Hər iki qurmun nümayəndəsi  iştirakçıların suallarını  da  cavablandırdılar.

Tədbirdə xüsusi məmnunluqla vurğulandı ki, aparılmış ardıcıl maarifləndirmə işlərinin və əməli tədbirlərin nəticəsində cənub bölgəsində qızların  ail təhsilə meyli nəzərəçarpacaq dərəcədə artıb, azyaşlıların nikahı ilə bağlı rəqəmlərdə ciddi azalmalar var. Bununla yanaşı qeyd edildi ki,  regionda ucqar kəndlərdə vətəndaş cəmiyyətinin fəaliyyəti hələ də zəifdir. Ucqarlarda yaşayan qadınlar məişət zorakılığına daha çox məruz qalır, yerli mentalitet imkan vermir ki, onlar üzləşdikləri problemləri müvafiq polis idarələrinə bildirsinlər.

Həmçinin qeyd olundu ki, bu işə cavabdeh olan təşkilatlar əhali ilə daha çox  təmasda olmalı, ictimai qınağın təsirliyini artırmaq üçün mətbuatdan, yerlərdə keçirilən toplantılardan, mərasimlərdən maksimum faydalanmalıdırlar.

Minnətdarlıqla qeyd edildi ki, hökumətimiz  məişət zorakılığı ilə bağlı təsirli qərarlar qəbul edir və onların icrası üçün müvafiq tədbirlər görür.Lakin  bu hələ kifayət deyil , çünki qanunun işləmə mexanizmləri  daha çevik olmalıdır. “Məişət Zorakılığının qarşısının alınması haqqında”qanunun  yerlərdə real işləməsi üçün  bələdiyyələrin nəzdində  “Qadın Otağı” yaradılması və qurbanların bu  qurumda çalışan qadınlara  müraciət edə  bilməsi  bir çox problemlərin    müsbət  həlli  üçün  atılmış addım olardı.

Tədbirin təlimçisi Nabat Qəniyevə  bu mövzuda sual doğuran məqamlara aydın detallarla, maraqlı nümunələrlə aydınlıq gətirdi.

Tədbir iştirakçılarına müvafiq paylama materialları  verildi.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap edilir.

 

Məişət zorakılığı yenə gündəmdə

 

 

 

 

R4suloffR4suloff

OXUNMA SAYI :1347

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az