Bələdiyyələr fəaliyyətlərini  genişləndirmək üçün  maliyyə dayanıqlığını   möhkəmləndirməlidirlər.


Bələdiyyələr fəaliyyətlərini  genişləndirmək üçün  maliyyə dayanıqlığını   möhkəmləndirməlidirlər.

 

26 centyabr 2018-ci ildə Maasallı rayonunda Azərbaycan Respublikası   Prezidenti yanında Qeyri-Hökumət    Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının dəstəyi  və  D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının  Müdafiə Cəmiyyəti  Ictimai Birliyinin  təşkilatşılığı ilə “Regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin rolunun artırılması istiqamətində tədbirlərin  təşkili” adlı tədbir  keçirildi.

Tədbiri regional koordinator  Ələsgər Hüseynov açdı. Sonra tədbirin aparıcısı Nabat Qəniyeva donor və layihə haqda geniş məlumat verdi. Məlum oldu ki, layihənin  məqsədi - regionlarda bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, onlara    maliyyə mənbələrinin tapılması, (yerli sahibkarlarla əlaqələrin qurulması, layihələrin yazılması,  hesabatlarının hazırlanması yolu ilə), bələdiyyələrin regionun sosial-iqtisadi inkişafında rollarının  artımasına  dəstək  verməkdi.

 Məlumat üçün bildirək ki, layihə cərcivəsində   Masallı  və Qazax rayonlarında, Abşeron rayonunun Mehdiabad kəndində - hər birində 1 günlük olmaqla 3  seminar-trening hazırlayıb həyata keçirilməlidir.

Masallıda keçirilən tədbir    2  hissədən ibarət oldu.

 

Bələdiyyələr fəaliyyətlərini  genişləndirmək üçün  maliyyə dayanıqlığını   möhkəmləndirməlidirlər.

 

-1-ci hissə  seminar treninglər,

  - 2-ci hissə interaktiv  treninglər.                                                                                                                           

1-ci hissəədə aşağıdakı mövzular üzrə   məlumatlar verildi.Məlumatlar  slayd vasitəsi ilə həyata keçirilirdi.

  1. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ı haqda  ümumi məlumat və bələdiyyələrin bu proqramların əsas məqsədlərinin  həyata keçirilməsində 
  2. "Sosial xidmət haqqında" qanun və Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərmanla tanışlıq.
  3. Sosial xidmət sahəsində dövlət sifarişlərini bələdiyyələr  və QHT-lər  müvafiq olaraq  Əmək və Əhalinin  Sosial Təminat  Nazirliyindən də   ala  bilərlər. Bələdiyyələr  və  QHT-lər bu qurumlara  öz xidmətlərini  hansı formada  təklif etməlidirlər.
  4. Bələdiyyələrin problemləri və onların aradan qaldırılmasında -a) Bələdiyyə və yerli sahibkarlar arasında münasibətlərin qurulmasının rolu; b) bələdiyyə-vətəndaş münasibətlərinin rolu; v) layihələrdə iştirakın 

 

 

 

Tədbirdə iştirak edən bələdiyyə təmsilçiləri maraqlı fikirlər səsləndirdilər. Əsas fikir ondan ibarət oldu ki, bələdiyyələrin   maliyyə dayaqları çox zəifdir. Vergilərin toplanması üçün işlək mexanizm yoxdur.  Vergi və rüsum verməyən yüzlərlə insanı məhkəməyə vermək mümkünsüzdür. Həm də ki, bir nəfərin məhkəməyə verilməsi onun rüsumundan artıq xərc götürür.

  1. Abbaslı çıxışında qızların bələdiyyələrə daha çox cəlb edilməsindən, bu sahə və xeyriyyəçilərin, sahibkarların imkanlarından maksimum faydalanmağın zəruriliyindən danışdı.

Tədbirin təlimçisi Nabat xanım Qəniyevə maraq və mübahisə doğuran sualları komkret faktlarla, beynəlxalq və yerli təcrübədən nümunələr gətirməklə olduqca dolğun şəkildə cavablandırdı . Tədbirdə  iştirak edən bələdiyyələrin  bəziləri özlərinin hüquqi statusunun  dövlət orqanı olduğunu iddia edirdilər. Lakin təlimçi onların  qeyri hökümət  təşkilatı olduğunu və  tender və qrant müsabiqələrində  iştiraklarının  mümkünlüyünü  izah etdi.

Sonra  təlimçi  Layihə nə deməkdir və onların hazırlanması və hesabatlılıq.

Layihə büdcəsi  və maliyyə hesabatlarının hazırlanması.

Əmək və Əhalinin Sosial Təminat  Nazirliyinin qeydiyat və  müraciət formaları haqda məlumat

  Azərbaycan Respublikası  Prezidenti yanında QHT-lərə DDŞ-nın   təklif formaları haqda    məlumat.

 

Tədbir iştirakçıları 5 kiçik qrupa bölündü..                                                                                                          Kiçik qruplarla  iş zamanı qrup üzvləri seçdikləri  ideyanı layihələşdirmək imkanlarını araşdırdılar. Hər qrupdan seçilən  bir nəfər qrupun işini təqdim etdi. Təqdimatın sonunda   digət iştirakçıların suallarını  qrup üzvləri  cavablandırdılar. Təqdimatları   Ələsgər Hüseynov, Fidan Abbaslı,  İldirim Nəzərov, Tağıyev İdris və  Cəlilov Zahid  etdilər.

 

Bələdiyyələr fəaliyyətlərini  genişləndirmək üçün  maliyyə dayanıqlığını   möhkəmləndirməlidirlər.

 

 İştirakçılar  bələdiyyə, əhali və yerli sahibkarlardan ibarət qruplara  bölünərək təlimçinin yaxından dəstəyi ilə layihə hazırlamağın formalarına, əsas hədəflərə neçə nail olmağın yollarını öyrəndilər.

 Öyrədildi ki, əhali qrupu öz işlərini və məhsullarını bələdiyyə qrupuna  necə  təqdim edəcək (müqavilə  əsasında); bələdiyyələr sahibkarı  necə inandıracaq və əhalinin məhsullarını onlara  necə satacaq (müqavilə əsasında) .

 Məqsəd  bələdiyyələrin  əhali və sahibkar arasında  körpü  rolunu öz üzərlərinə  götürmələrinin  formasını  araşdırmaq  və buna  nail olmalarına  kömək etməkdir.

 Bələdiyyələr fəaliyyətlərini  genişləndirmək üçün  maliyyə dayanıqlığını   möhkəmləndirməlidirlər.

 Nəticədə  5  ideya  layihə təklifi  formasında təqdim olundu. Xırda qüsurlar olsa  da  ümumilikdə işlər  çox  qənaətbəxş idi . Bu ona ümüd  verirdi ki, Bələdiyyələr qrant müsabiqələrində  iştirak üçün hazırdırlar.                                                                                      

Tədbirlərin sonunda qiymətləndirmə üçün anket sorğu  vərəqələri iştirakçılar tərəfindən dolduruldu. İştirakçılara mövzu ilə bağlı müvafiq  paylama materialları və dəftərxana ləvazimatları paylandı.         

Tədbirin gedişində elektron vasitələrdən geniş istifadə olunması iştirakçılar tərəfindən məmnunluqla qarşılandı.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap edilir.

 

Bələdiyyələr fəaliyyətlərini  genişləndirmək üçün  maliyyə dayanıqlığını   möhkəmləndirməlidirlər.

 

R4suloffR4suloff

OXUNMA SAYI :506

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az