Buradakı əxlaqsız yuvasında hər gün biri 12 manatdan 100-ə yaxın kişi qəbul edilir


 Buradakı əxlaqsız yuvasında hər gün  biri 12 manatdan 100-ə yaxın kişi qəbul edilir

Əxlaqsızlıq yuvası altında fəaliyyət göstərən obyekt Biləsuvar rayonun qurtaracağında, Cəlilabad rayonu ərazisinə keçərkən yolun sağında yerləşir. ..

Ötən həftə redaksiyamıza Biləsuvar və Cəlilabad rayon sakinləri Biləsuvar rayonu ərazisində əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsi ilə bağlı şikayət məktubu ünvanlamışdılar. Şikayətin izinə düşən  əməkdaş Biləsuvar rayonuna yollanıb. Sakinlərin birgə iştirakı ilə kafe adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvasına gedib. Özünü müştəri kimi təqdim edən əməkdaşımız kafedə apardığı müşahidələrdən sonra sakinlərin haqlı olduğunu, həqiqətən də obyektin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyinin şahidi olub.

Sakinlər bildirirlər ki, obyekti İman adlı şəxs işlədir və elə bütün pulları da o, özü yığır. Əməkdaşımız İman adlı şəxslə də görüşüb. Əməkdaşımızı hədələməyə çalışan obyekt sahibi bildirib ki, onu hamı tanıyır, heç kimdən ehtiyat etməməsinə səbəb isə onu kimlərinsə himayə etməsidir. Kafedə iki qadın fəaliyyət göstərir və görüş 12 manatdır. Xüsusən axşam saatlarında burda növbə yaranır. Sakinlərin sözlərinə görə İman adlı şəxs artıq neçə illərdir ki, bu işlə məşğuldur və buna görə onun yaxşı imkanları var. 

Əxlaqsızlıq yuvası altında fəaliyyət göstərən obyekt Biləsuvar rayonun qurtaracağında, Cəlilabad rayonu ərazisinə keçərkən yolun sağında yerləşir.  Sakinlər bildiriblər ki, bu məsələni hüquq-mühafizə orqanlarının diqqətinə çatdıraq ki, tədbir görsünlər. Çünki bura üz tutan gənclərin çoxu xəstəliyə yoluxub. Təsəvvür edin bir gündə yüzə yaxın adamla görüşən bir qadında hansı xəstəliklər ola bilər. 

 

Biləsuvar kimi balaca bir rayonda belə bir əxlaqsızlıq yuvasının günün günorta çağı sərbəst şəkildə fəaliyyət göstərməsindən də aydın olur ki, obyektə “krişalıq” edən kimsə var. Sakinlər həmin kimsənin ifşa olunacağı günü gözləyirlər...

 

Moderator.az obyektin fotosunu təqdim edir

 

 

Vasif Əlihüseyn

 

R4suloffR4suloff

OXUNMA SAYI :1222

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az