Seçki payızı||--||


Seçki payızı||--||

Seçki payızı


 Lakin hələ də seçki coşqunluğu, seçki həyəcanı hiss edilmir. Heç kim demir ki, xalq məni sevir, xalq məni seçəcək. Əksəriyyət gözünü yuxarı -Yeni Azərbaycan Partiyasının təqdim edəcəyi siyahıya dikib. Bu siyahı da o deməkdir ki, hakim partiya filan dairədə filankəsi namizəd kimi dəstəkləyir. Vəziyyətin keçən ildəkindən fərqi odur ki, YAP bu ilki seçkilərdə partiya daxilində alternativi qəbul etmir. Ötən seçkilərdə isə vəziyyət fərqli idi. Bəzən bir seçki dairəsində bir neçə YAP-çı mübarizə aparır, hətta YAP-ın siyahısında biri olurdu, hakimiyyət başqasını dəstəkləyirdi. (Məsələn, 71 saylı Masallı seçki dairəsində YAP-ın namizədi Vəsatət Əzizov idi, amma yerli iqtidar yuxarının tapşırığı ilə Elmira Axundovanı dəstəklədi). Lakin yuxarıda qeyd etdiyim kimi bu seçkilərdə YAP-çının YAP-çıya alternativ olması az qala düşmənçilik sayılacaq və həmin YAP-çı partiya sıralarından xaric ediləcək.


Yəqin ki, yenə çoxlarını bir sual qayğılandırır: - deputatımız kim olacaq? YAP-ın siyahısı bəlli olmadığı və rəsmi qeydiyyat başlanmadığı üçün biz yenə ehtimallarla danışmalı olacağıq. Ölkənin müxalif qəzetlərinin yazdığına görə 70 saylı, hazırda Əhəd Abıyevin deputat olduğu dairədə Teymur Yəhyayev və Əliməmməd Nuriyev mübarizə aparacaq. Lakin bu məlumat reallığa uyğun deyil. Belə ki, Əliməmməd Nuriyevin boya-başa çatdığı Ərkivan qəsəbəsinin də yerləşdiyi 71 saylı seçki dairəsindən namizəd olacağı gözlənilir. (Hazırda bu dairənin deputatı Elmira Axundovadır ki, onun yenidən millət vəkili olması çoxdan sual altındadır). Eləcə də onun YAP tərəfindən dəstəklənəcəyi bildirilir. 70 saylı seçki dairəsindən Vəsadət Əzizovun dəstəklənəcəyi haqqında xeyli məlumatlar dolaşır. (Xatırladaq ki, 1990-1995-ci illərdə 71 saylı Seçki Dairəsindən deputat seçilən Vəsadət Əzizov sonrakı seçkidə Elmira Axundovaya uduzdu).

Onun deputat olduğu dairə ilə bağlı xeyli söz-söhbətlər dolansa da, Əhəd Abıyev yenə iddialı danışır və qətiyyətlə bildirir ki, namizədliyimi də irəli sürəcək, deputat da seçiləcəyəm. Ə. Abıyevə yaxın mənbələr onun vəziyyətinin elə də ümidsiz olmadığını bildirir. Yəqin ki, yaxın 10-15 günə bütün qaranlıqlar aydınlaşacaq.

Ən maraqlısı isə odur ki, 70 saylı Masallı şəhər seçki dairəsinə müxalifət namizəd tapa bilmir. Redaksiyaya sızan məlumatlara görə AXCP Masallı təşkilatının sədri Əlişir Bəşirovu bu dairədən müxalifətin namizədi olacaq:

�Azadlıq� qəzetinin açıqladığı, AXCP və Müsavat partiyasının razılaşdığı siyahıda isə cənub bölgəsindəki dairələrdə aşağıdakı şəxslərin dəstəklənəcəyi bildirilir:

66 saylI Biləsuvar SD - Yusif Mehdiyev,

68 saylı Cəlilabad kənd SD - Azər Əsgərov,

71 saylı Masallı kənd SD - Gülağa Aslanlı,

73 saylı Lənkəran şəhər SD - Yadigar Sadıqov,

74 saylı Lənkəran kənd SD - Arzuman Məcidli,

76 saylı Lənkəran-Astara SD - Xalyəddin Hüseynov,

77 saylı Astara SD - Tarif Əliyev,

78 saylı Lerik SD - Nabatəli Pələngov.

Bunlardan əlavə keçmiş cəbhəçi Qulamhüseyn Əlibəylinin 69 saylı Masallı-Cəlilabad-Biləsuvar, müğənni Ağadadadş Ağayevin 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyini irəli sürəcəyi barədə məlumatlar var.

Yazı çapa gedən ərəfədə məlumat aldıq ki, Masallı �Xan� sarayının rəhbəri Hacı Abı da deputat olmaq istəyir. Onunla söhbət əsasında hazırladığımız yazını növbəti sayımızda sizə təqdim etməyi planlaşdırırıq.

Mətləb


 

R4suloffR4suloff

OXUNMA SAYI :713

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az