Gəl. Gəl, ay seçki günləri!||--||


Gəl. Gəl, ay seçki günləri!||--||

Gəl. Gəl, ay seçki günləri!


Ə. Abıyev bu işlərin başında Əli Kərimlinin dayandığını və onun istəyi ilə adının siyahıya düşmədiyini iddia edib: �Əli Kərimlinin hazırlayıb ötürdüyü siyahıda mənim adım olmayıb. Bu mənə qarşı Əli Kərimli tərəfindən qurulan tələdir. Onlar Əli Kərimli ilə əlaqəyə girib Azərbaycan xalqına xəyanət etdilər�.

Abıyev deyib ki, adının siyahıda yer almamasına etiraz etməyəcək: �Mən bu qərara qarşı heç bir etiraz etməyəcəyəm. Bunu normal qarşılayıram.�

�Azadlıq� qəzeti məlumat yayıb ki, deputat itkisini unutdurmaq üçün ona Salyan rayonuunun icra başçılığı təklif olunub. (Onun �dədə-baba� qaydasına əməl etməsi şərti ilə). Salyan rayonun icra başçısı Əliağa Hüseynov isə rəsmən bildirib ki, deputatlığa öz namizədliyini irəli sürəcək və bununla bağlı DSK-ya ərizə ilə müraciət edib..

Bəs 70 saylı Masallı şəhər seçki dairəsindən YAP kimi dəstəkləyəcək? YAP-ın elan etdiyi siyahıda Masallıdakı �Nur-M� şirkətinin rəhbəri Nəriman Əliyevin adı yer alıb. Hələ ki, Nəriman Əliyevin əsas rəqibləri sırasında AXCP-MÜSAVAT blokunun təmsilçisi, AXCP Masallı PT-nin sədri Əlişir Bəşirovun adı bəllidir. Bundan əlavə 70 saylı DSK-ya işsiz Müşfiq Hacıyev adlı bir şəxs də müraciət edib.

Ən təəccüblüsü isə 71 saylı Masallı kənd seçki dairəsində Mehdiyev Şirzad Zeydi oğlunun YAP tərəfindən dəstəklənməsidir. Xatırladaq ki, Şirzad Mehdiyev Masallı Uşaq və Gənclər İdman Məktəbinin direktorudur və hər hansı ictimai fəallığı ilə seçilən kadr deyil. Tam əminliklə demək olar ki, o, bir qurbanlıq kimi siyahıya daxil edilib və hakimiyyətin dəstəkləyəcəyi bitərəf namizədə yerini verməli olacaq. Məhz buna görə onun namizədliyi olduqca iztehza ilə qarşılanır.

Ekspetlərin fikrincə isə 71 saylı Masallı kənd Seçki Dairəsindən Əlimməd Nuriyev, Vəsadət Əzizov və Elmira Axundovadan biri mandata sahib olacaq. Hələlik, ancaq Elmir Axundova imza toplamaq üçün ərizə verib. Müxalifətin bu dairədən təmsilçisi isə ötən seçkilərdə olduğu kimi yenə də Gülağa Aslanlıdır.

Digər cənub rayonlarından da maraqlı xəbərlər gəlir. Ötən il parlamentdə YAP-ın dəstəklədiyi şəxs kimi təmsil olunan cəlilabadlı, əvvəllər Biləcəri Hərbi Toplanış Məntəqəsinin rəhbəri olmuş Aydın Həsənov bu dəfə həmin siyahıya düşə bilməyib. Lakin o, müstəqil olaraq öz namizədliyini irəli sürmək fikrindədir və imza toplamaq üçün DSK-ya da müraciət edib..

Uzun illər müxtəlif rayonlarda-Lerikdə, Goranboyda, hazırda isə Şabranda icra başçısı işləyən Novruz Novruzovun da doğma rayonu Lerikdən öz namizədliyini verəcəyi haqqında söhbətlər dolaşsa da, YAP-ın siyahısında lerikli iş adamı İqbal Məmmədov yer alıb. Əvvəllər bu dairədən lerikliləri Miri Qənbərov təmsil edirdi. Bu rayondan müxalifətin namizədi Nabatəli Pələngovdur.

72 saylı Yardımlı-Masallı Seçki Dairəsində də mübarizənin gərgin olacağı gözlənilir. Uzun illərdir ki, bu dairədən Sabir Rüstəmxanlı parlamentə vəsiqə qazanır. YAP-ın siyahısında Əliyev Sərvət Məlikmməmməd oğlunun adı qeyd olunsa da, sonda qalibin yenə Sabir Rüstəmxanlı olacğı bildirilir. Bundan əlavə bu dairədən müsafatçı Elşad Paşasoy, keçmiş polis işçisi Mayılxan Əliyev, su idarəsinin keçmiş müdiri Sahib Ağayev, KXCP-nın təmsilçisi, əslən yardımlılı, hazırda Masallıda müəllim işləyən Səfa Əzimov, İshatçılar blokundan Ağasəf Ağayev, Yardımlıda kənd müəllimi olan Mirhüseyn Paşayev, Yardımlı Mərkəzi xəstəxanasının həkimi İsmaylo İsmayılov artıq DSK-ya rəsmi müraciət ediblər. Bu günlərdə cəbhəçi Gülbala Əhmədlinin, təhsil şöbə müdiri postu ilə vidalaşmış Kamal Aşurovun, �Yardımlının səsi� qəzetinin redaktoru Elman Eldaroğlunun da millət vəkiliyi uğrunda mübarizəyə qoşulacağı bildirilir

Bəs Ləkəranda vəziyyət necədir? Hələ ki, buradakı seçki dairələrində sakitlikdir. Belə ki, Lənkərandakı �köhnə� deputatlardan Hadı Rəcəbov, Cavanşir Paşazadə, Ziyafət Əsgərov yenə də YAP-ın siyahısndadır. Rüfət Quliyevin deputat seçildiyi 73 saylı DSK-da YAP-ın siyahısı üzrə Nibuvət Allahverdiyevin adı yazılsa da, o posta sonda yenə Rüfət Quliyevin sahib olacağı söylənilir. Lənkərandan AXCP-Musavat blokunun namizədləri isə Yadigar Sadıqov (73 saylı), Arzuman Məcidli (74 saylı), Nazim Həsənov (75 saylı), Xaləddin Hüseynovdur (76 saylı).

73 saylı Astara seçki dairəsindən YAP-ın siyahısına Səfərov Aslan Məmmədhəsən oğlunun adı düşüb. Müxalifətdən isə onun rəqibi müsafatçı Tarif Əliyevdir.

69 adlı Masalı-Cəlililabad-Biləsuvar Seçki Dairəsiunə isə sahib duran yoxdur. İstər YAP, istər müxalifət siyahısında bu dairədən heç kimin adı çəkilmir. Ehtimallara görə həmin dairədən Qulamhüseyn Əliyev namizədliyini irəli sürəcək.

Nəhayət, 66 saylı Biləsuvar seçki dairəsi barədə. YAP-ın siyahısında bu dairə boş göstərilsə də, yenə də Xanhüseyn Kazımlının bu dairədən namizəd göstəriləcəyi bildirilir. Hələlik isə DSK-ya Zəki Mirzəkulla Mirovla, Mehdiyev Əsgər Təzəxan oğlu, Aranlı Araz Azad oğlu müraciət edib. Müxalifətin bu dairədən namizədi Teyyub Muradovdur. 

R4suloffR4suloff

OXUNMA SAYI :1008

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az