Seçki dalğası||--||


Seçki dalğası||--||

 Seçki dalğası


 




Yəqin ki, cənublu oxucuları Astaradan Biləsuvaradək deputatlıq iddiasında olanlar daha çox maraqlandırır. Biz aşağıda bu barədə ətraflı məlumat verəcəyik. İndi isə ölkə üzrə maraq doğuran seçki xəbərlərini sizə çatdırırıq.

Məlumat verdiyimiz kimi Yeni Azərbaycan Partiyası növbəti parlament seçkilərində dəstəkləyəcəyi şəxslərin adlarını açıqladı. Məlum oldu ki, hazırkı cənublu deputatların 4-ü � Miri Qənbərov (Lerik), Vasif Əliyev (Astara), Əhəd Abıyev (Masallı), Aydın Həsənov (Cəlilabad) bu siyahıya düşə bilməyib. Ölkə üzrə isə 17 YAP-çı bu etimaddan mərhum olub.

O da bəlli idi ki, ötən seçkilərdən fərqli olaraq bu seçkilərdə YAP-çının YAP-çıya alternativ olmasına qadağa qoyulub. Buna baxmayaraq 29 YAP-çı bu qadağaya məhəl qoymayaraq müstəqil olaraq öz namizədliklərini irəli sürmək üçün imza vərəqi götürmüşdü. Həmin �müstəqillərdən� biri də cəlilabadlı, əvvəllər Respublika Toplanış Məntəqəsinin rəhbəri olmuş Aydın Həsənov idi. Birincilər sırasında müstəqil namizəd arzusuna düşən Aydın Həsənov elə birincilər sırasında da geri çəkildi. YAP-ın icraçı katibi Əli Əhmədov açıq bəyan edib ki, YAP-ın dəstəklədiyi namizədlərə alternativ olan YAP-çılar cəzalanacaq. Bu cəza isə ondan ibarət olacaq ki, həmin YAP-çı partiya sıralarından xaric ediləcək və həmin şəxsin işdə qalıb-qalmaması məsələsinə baxılacaq

Oktyabrın 7-də saat 18-00-dək imza vərəqələrinin götürülməsi və qaytarılması kompaniyası başa çatır və həmin günə kim ən cəsarətli və müstəqil YAP-çı hamıya bəlli olacaq.

Hakimiyyətə əsas rəqib olan AXCP-Musavat bloku isə 125 seçki dairəsindən 100-dən çoxuna vahid namizədlə gedir. Bir neçə gün öncə ölkə mətbuatda yayılan xəbərlərə görə hakimiyyət əsas müxalifət liderləri � Əli Kərimli və İsa Qəmbərə qarşı yenə də �qaydasız döyüşlərdən� istifadə etmək fikrindədir. Belə ki, Əli Kərimliyə alternativ olan YAP-çı Əhməd Vəliyevin və İsa Qəmbərə alternativ olan Gülər Əhmədovanın seçki dairəsini dəyişdirilərək həmin dairələrə müxalifəti söyməkdə ixtisaslaşmış Hafiz Hacıyev (Əli Kərimliyə qarşı) və Etibar Hüseynlinin (İsa Qəmbərə qarşı ) namizədlikləri irəli sürülüb.

Qəzet çapa gedən ərəfədə məlumat aldıq ki, Masallıda icra başçısı Qəzənfər Ağayevə açıq-aşkar uduzan Əhəd Abıyev də son şanslarını qorumaq üçün Əli Kərimlinin namizəd olduğu Suraxanı dairəsindən namizədliyini irəli sürüb. Deyəsən. iqtidara Əli Kərimlini şərləmək üçün Hafiz Hacıyev azlıq edib. Bir də nə əcəb Əhəd Abıyev YAP-ın əleyhinə gedib onların siyahısında olmaya-olmaya namizədliyini irəli sürüb? Adama deməzlər ki, zirək oğlansansa, gəl Masallıda sənin yerinə sahib çıxmış YAP-çı ilə alternativ ol, onu məğlub et!

Bundan əlavə YAP-ın dəstəklədiyi namizədlər içərisində 9 rektorun və onlarla iş adamının olması da digər mətləblərdən xəbər verir. MSK-nın mətbuatı isə bu günlərə daha bir maraqlı məlumat açıqlayıb. MSK-nın sözçüsü Sarıyev bildirib ki, ölkəmizdə 30 minə yaxın erməni var və onlar da seçkilərdə iştirak edəcək.


Bəs cənub da vəziyyət necədir?


Proqnozlaşdırıldığı kimi Lənkəranda sakitlik gözlənilir. Belə ki, buradakı 4 dairədən əvvəlki deputatlardan demək olar ki, hamısı yenə meydandadır. YAP-ın siyahısında Hadı Rəcəbovun, Ziyafət Əsgərovun və Cavanşir Paşazadənin adı dəstəklənir. İş adamı Rüfət Quliyev YAP-ın siyahısında olmasa da, iqtidaryönlü şəxs kimi hakimiyyətdən dəstək alacağı şəksizdir. Həmin dairələrdən deputatlıq arzusunda olanların siyahısına nəzər salsanız (səh 7-də) bu şəxslərə kimin rəqib ola biləcəyini özünüz də müəyyənləşdirə bilərsiniz.

Masallı rayonunda da �buludlar� yavaş-yavaş dağılır. Əhəd Abıyev meydandan uzaqlaşdırılandan və taleyi ilə barışandan sonra onun yerini iş adamı Nəriman Əliyevin tutacağı az adamda şübhə doğurur. Nəriman Əliyevi iqtidarla yanaşı Masallının ən aparıcı iş adamları da dəstəkləyir.

71 saylı Masallı kənd seçki dairəsində də bu ilki seçkilərin ağrısız keçəcəyi gözlənilir. Ötən il Elmira Axundovanın baş ağrısına çevrilən Vəsadət Əzizov bu dəfə deyəsən, 2 gün öncə layiq görüldüyü Əməkdar həkim adı ilə kifayətlənərək deputat olmaq arzusunun üstündən bir dəfəlik xətt çəkib-qardaşı Masallıda YAP-ın sədri və �Telekom�un müdiri olsa belə. Belə ki, həmin dairədən müxAlifətçi Gülağa Aslanlıdan özgə Elmira Axundovaya qarşı ciddi rəqibin olacağı gözlənilmir. Buradan YAP-ın dəstəklədiyi Şİrzad Mettiyevin də �Yusif Sərrac� rolu oynadığı hamıya bəllidir. Hər oğul belə təklifə razılaşmasa da, adının qarşısında �.Şir� olmasına baxmayaraq Şirzad bəy bu təklifə qol qoyub.

Yardımlı rayonunda deputat olmaq istəyənlərin sayı cənubda rekord miqdara çatsa da, YAP-ın siyahısında kənd müəllimi dəstəklənsə də, sonda iqtidarın Sabir Rüstəmxanlıya üstünlük verəcəyi şübhə doğurmur.

69 saylı Masallı-Cəlilabad- Biləsuvar seçki dairəsindən gözlənildiyi kimi nə müxalifət, nə də iqtidar ortaya güclü namizəd qoymadı. Artıq imza vərəqəsi götürmüş keçmiş cəbhəçi indi iqtidaryönlü hesab edilən Qulamhüsey Əlibəylinin deputata olacağı ehtimalı daha böyükdür. Hərçənd ki əvvəlki deputat Fəzail İbrahimli də yenə imza vərəqəsi götürüb.

Biləsuvarda isə yenə də İmişlidən olan Xanhüseyn Kazımlının öz mandatını qoruyacağı gözlənilir.

R4suloffR4suloff

OXUNMA SAYI :794

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az