Yazıq avtovağzal, yazıq sürücülər.||--||

Yazıq avtovağzal, yazıq sürücülər.

Hamı rəhbərliyin nədən belə əmr verdiyini başa düşmə-

yə çalışırdı. Bəlkə təzə ərazi hansısa üstünlüyə malikdi ? Əsla !

Hər cür şəraiti, imkanı olan əsl avtovağzaldan fərqli olaraq, yeni, ərazidə nə sərnişinlər, nə sürücülər, nə də maşınlar üçün heç bir şərait yox idi. Köçürülmənin �Xan çinar� bazarında alverə yaxşı təsir etməklə bağlı ola biləcəyini düşünmək də yanlış olardı. Çünki, müşahidələr bu yöndə heç bir irəliləyiş olmamasından xəbər verir.

Qaldı bir səbəb, o da ibarətdir avtovağzalın qazancına nəzarət edib, onu ələ keçirməkdən. Qazanc isə, deyəsən, bu bir ayda heç də ürəkaçan olmayıb. Ona görə də indi sürücülərin (söhbət ilk növbədə kəndlərarası marşrutlarda işləyən sürücülərdən gedir) �anası ağlayır�. Çünki bütün çanaqlar onların başında çatlayır. Ğündən-günə artan rüsumlar onlarda can qoymayıb. Məhz bu artan rüsumların əlindən lənkəranlı sahibkar Ağa ixtiyarında olan 12 mikroavtobusu marşurtdan, ümumiyyətlə Masalıdan çıxarıb,

satmağa apardı. Və belə gedərsə, yəqin ki, qalanları da belə addım atmağa məcbur olacaq. Məsələ burasındadır ki, 20-30 qəpiyə xidmət edən, necə deyərlər, çörəkləri qəpik-quruşdan çıxan bu binəva sürücülər heç bilmirlər nə etsinlər ki,

qazandıqlarından özlərinə, ailələrinə də nə isə qalsın.İş günü

əsasən günortayacan aktiv olan bu sürücülərin gündəlik qazan-

cı 25-30 manat həddində ola, ya olmaya. Onun 10-12 manatı ya-nacağa sərf edilir; 14-15 manat sahibkara icarə pulu verilir. Hər ay nəqliyyat departamentinə verilən, texniki xidmətə sərf edilən, bələdiyyələrə ödənilən pulu da nəzərə alsaq, onlara nə qaldığını başa düşmək çətin deyil.

Ancaq, məsələ bununla da qurtarmır. Sürücülərin dərdləri azmış kimi, təzə �avtovağzala� köçəndən onlardan tələb olunan �haqq� bir qədər də artıb. Məsələn, bu yaxınlarda məlum olub ki, Masallıı şəhər-Boradiğah, Masallı şəhər-Göytəpə, Şəhərlərarası kimi aktiv marşrutlarda işləmək istəyənlər

əziyyət çəkib müəyyən məbləğdə əlavə haqq verməlidirlər. Qalan marşrutlarda işləyənlərdən isə əvvəllər gündə 1-2 manat alındığı halda, indi gündə 3-4-5 manat alınır. Bu da təzə �vağzalla� köhnə və əsl avtovağzalın nəzərə çarpan ən əsas fərqlərindən biridir.

Bütün alınan rüsumların hansı normativlərlə müəyyənləşdirilməsi, nə dərəcədə qanunauyğun olub-olmadığı isə anlaşılmaz qalır. Gündən-günə artan və �yuxarıların� boynuna atılan bu rüsumlarla əlaqədar məsələ qəzetimizin tədqiqat məsələlərindən biri olacaq və biz yaxınlarda bu mövzunu daha ətraflı işıqlandırmağa çalışacağıq.

Təbii, bütün bu �verhaverdən� sonra evlərinə heç nə apara

bilməyən həmin sürücülərin, onlardan çörək uman uşaqlarına nağıl danışmaqdan başqa yolları qalmır. Həmin nağılları isə onlar belə bitirirlər : �Göydən üç alma düşdü : ən böyüyü icrakomun, ondan balacası bazarkomun, lap balacası isə avto-

vağzalkomun. O ki qaldı sizə, mənim əziz balalarım, səbrli olun, siz yeməsəniz də olar.Təki onların balaları yesinlər.�...

P.S. Biz baş verənlərlə əlaqədar məsul şəxslərlə əlaqə saxla-

mağa çalışsaq da, heç nəyə nail ola bilmədik. Bu yaşlı vaxtında

ikinci �sürgün� ömrünü yaşayan avtovağzalın rəhbəri Fərhad Nəcəfov nə qədər qayğılı, ağır və acınacaqlı taleyi ilə barışmış

kimi görünsə də, rayon rəhbərliyinin əmrinə həmişə hazır oldu-

ğunu bildirib,imkanı çatan qədər binəva sürücülərin qayğısına qalacağını vəd etdi...

Ə.Cavid.Yazıq avtovağzal, yazıq sürücülər.

5278 dəfə oxunub

Bu yaxınlarda Masallı sakinləri arasında ciddi müzakirələrə, söz-söhbətə səbəb olan bir hadisə bas verdi: rayon avtovağzalı öz tarixi ərzində ikinci dəfə kimlərinsə marağına, istəyinə uyğun olaraq öz yerindən, həm də qanunla muəyyənlasdirilmis yerindən didərgin salinaraq, �Xan çinar� bazarının ərazisinə köçürüldü. Əmrin rayon rəhbərliyindən gəlməsi sübhəsizdi. Köçürülmə əməliyyatının rayon polis söbəsinin vasitəsilə həyata kecirilməsi də buna dəlalət edirdi.

Hamı rəhbərliyin nədən belə əmr verdiyini başa düşmə-

yə çalışırdı. Bəlkə təzə ərazi hansısa üstünlüyə malikdi ? Əsla !

Hər cür şəraiti, imkanı olan əsl avtovağzaldan fərqli olaraq, yeni, ərazidə nə sərnişinlər, nə sürücülər, nə də maşınlar üçün heç bir şərait yox idi. Köçürülmənin �Xan çinar� bazarında alverə yaxşı təsir etməklə bağlı ola biləcəyini düşünmək də yanlış olardı. Çünki, müşahidələr bu yöndə heç bir irəliləyiş olmamasından xəbər verir.

Qaldı bir səbəb, o da ibarətdir avtovağzalın qazancına nəzarət edib, onu ələ keçirməkdən. Qazanc isə, deyəsən, bu bir ayda heç də ürəkaçan olmayıb. Ona görə də indi sürücülərin (söhbət ilk növbədə kəndlərarası marşrutlarda işləyən sürücülərdən gedir) �anası ağlayır�. Çünki bütün çanaqlar onların başında çatlayır. Ğündən-günə artan rüsumlar onlarda can qoymayıb. Məhz bu artan rüsumların əlindən lənkəranlı sahibkar Ağa ixtiyarında olan 12 mikroavtobusu marşurtdan, ümumiyyətlə Masalıdan çıxarıb,

satmağa apardı. Və belə gedərsə, yəqin ki, qalanları da belə addım atmağa məcbur olacaq. Məsələ burasındadır ki, 20-30 qəpiyə xidmət edən, necə deyərlər, çörəkləri qəpik-quruşdan çıxan bu binəva sürücülər heç bilmirlər nə etsinlər ki,

qazandıqlarından özlərinə, ailələrinə də nə isə qalsın.İş günü

əsasən günortayacan aktiv olan bu sürücülərin gündəlik qazan-

cı 25-30 manat həddində ola, ya olmaya. Onun 10-12 manatı ya-nacağa sərf edilir; 14-15 manat sahibkara icarə pulu verilir. Hər ay nəqliyyat departamentinə verilən, texniki xidmətə sərf edilən, bələdiyyələrə ödənilən pulu da nəzərə alsaq, onlara nə qaldığını başa düşmək çətin deyil.

Ancaq, məsələ bununla da qurtarmır. Sürücülərin dərdləri azmış kimi, təzə �avtovağzala� köçəndən onlardan tələb olunan �haqq� bir qədər də artıb. Məsələn, bu yaxınlarda məlum olub ki, Masallıı şəhər-Boradiğah, Masallı şəhər-Göytəpə, Şəhərlərarası kimi aktiv marşrutlarda işləmək istəyənlər

əziyyət çəkib müəyyən məbləğdə əlavə haqq verməlidirlər. Qalan marşrutlarda işləyənlərdən isə əvvəllər gündə 1-2 manat alındığı halda, indi gündə 3-4-5 manat alınır. Bu da təzə �vağzalla� köhnə və əsl avtovağzalın nəzərə çarpan ən əsas fərqlərindən biridir.

Bütün alınan rüsumların hansı normativlərlə müəyyənləşdirilməsi, nə dərəcədə qanunauyğun olub-olmadığı isə anlaşılmaz qalır. Gündən-günə artan və �yuxarıların� boynuna atılan bu rüsumlarla əlaqədar məsələ qəzetimizin tədqiqat məsələlərindən biri olacaq və biz yaxınlarda bu mövzunu daha ətraflı işıqlandırmağa çalışacağıq.

Təbii, bütün bu �verhaverdən� sonra evlərinə heç nə apara

bilməyən həmin sürücülərin, onlardan çörək uman uşaqlarına nağıl danışmaqdan başqa yolları qalmır. Həmin nağılları isə onlar belə bitirirlər : �Göydən üç alma düşdü : ən böyüyü icrakomun, ondan balacası bazarkomun, lap balacası isə avto-

vağzalkomun. O ki qaldı sizə, mənim əziz balalarım, səbrli olun, siz yeməsəniz də olar.Təki onların balaları yesinlər.�...

P.S. Biz baş verənlərlə əlaqədar məsul şəxslərlə əlaqə saxla-

mağa çalışsaq da, heç nəyə nail ola bilmədik. Bu yaşlı vaxtında

ikinci �sürgün� ömrünü yaşayan avtovağzalın rəhbəri Fərhad Nəcəfov nə qədər qayğılı, ağır və acınacaqlı taleyi ilə barışmış

kimi görünsə də, rayon rəhbərliyinin əmrinə həmişə hazır oldu-

ğunu bildirib,imkanı çatan qədər binəva sürücülərin qayğısına qalacağını vəd etdi...

Ə.Cavid. 

R4suloffR4suloff

OXUNMA SAYI :760

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az