Hərbi komissarlıqlar||--||


Hərbi komissarlıqlar||--||

Məlum olduğu kimi, bir neçə il öncə hərbi komissarlıqların adı dəyişilib “...Səfərbərlik idarəsi” adlanmağa başladı. Addan başqa isə o idarədə heç nə dəyişmədi. Necə deyərlər, uzun illər orada at oynadan köhnə dəllallar yenə əvvəlki işlərini özlərinə məxsus şərəflə yerinə yetirməyə başladılar, yenə əvvəlki bürokratik qaydalar davam etdi. Bu yazını yazmağa isə mən kiçik bir olay nəticəsində məcbur oldum. Belə ki, çağırışçı yaşı çatan nəvəmə məktəbdə deyiblər ki, hərbi komissiyadan keçmək üçün xasiyyətnamə gətir. Vaxtılə ali məktəbə gedən uşaqlardan da həm məktəbdən, həm komsomoldan xasiyyətnamə tələb edirdilər. İndi sual olunur, bu çağırışçının xasiyyəti pis olsa, yəni o söyüşçü, siqaretçəkən və sair olsa, onu hərbi xidmətə aparmayacaqlar?

Bu azmış kimi 15 yaşlı uşaqdan tərcümeyi-hal istəyirlər. Bu yaşda uşağın hansı tərcümeyi-halı ola bilər ki? Bir balaca anket doldurub, mümkün sualları ora yazıb, bunu əvəzləmək olmazmı?

Qeyd: daha oradakı yeni “tas”ları sadalayıb təzədən qanınızı qaraltmaq istəmirəm. Artıq biz deyənlər aşağılara da bəllidir, yuxarılara da.

 

R4suloffR4suloff

OXUNMA SAYI :1893

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az