Hərbi ekspert icra başçısına qarşı||--||


150 min manatlıq müavinlik məsələsi 


Hərbi ekspert icra başçısına qarşı||--||

Lənkəran təhsili yenə hədəfdədir

Lənkəran İcra Hakimiyyəti hərbi ekspertin fikirlərini təkzib etdi� Təkzibə təkzib


Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı T. Qaraşov digərlərindən fərqli daha maraqlı məmur ömrü yaşayır. Demək olar, iyirmi ilə yaxındır ki, o, cənub və cənubətrafı rayonlarda icra başçılığı edir. 90-cı ilin əvvəllərində onun Kürdəmir rayonundan başlanan icra başçılığı sonradan Cəlilabad, Neftçala, Astara, indi də iki ildir ki, Lənkəran rayonunda davam edir.

Son vaxtlar əslən lənkəranlı olan, tanınmış hərbi ekspert Üzeyir Cəfərov öz fezbok səhifələrində icra başçısının əməllərini açıq və kəskin tənqid atəşinə tutur. Onu da qeyd edək ki, Üzeyir müəllimin yazdıqları bir çox qəzetlərin və saytların səhifələrində özünə yer alıb. Biz Ü. Cəfərovla telefon əlaqəsi yaratdıqda o, yazılanların doğru olduğunu təsdiq etdi. Lənkəran icra hakimiyyəti

isə digər saytlarda Ü. Cəfərovun yazdıqlarını böhtan və yalan adlandırır.


150 min manatlıq müavinlik məsələsi

Lənkəran rayonunun Kərgəlan kənd sakini Səfərov Məmməd Həbib oğlu 150 minlik rüşvət qalmaqalının detalları haqda "Yeni Cümhuriyyət�ə məlumat verib. Onu da bildirək ki, M. Səfərov Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İctimai-Siyasi və Humanitar məsələlər Şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb və rüşvət qalmaqalı yarandıqdan sonra ötən il dekabrın 28-də vəzifəsindən azad edilib.

Lənkəran rayon Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının baş həkimi Qurbanov Nurəddin Ələkbər oğlu 2012-ci ilin avqust ayında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinin boş olmasını, həmçinin Taleh Qaraşov Cəlilabad RİH-in başçısı işlədiyi vaxtda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Sadatxan adlı şəxslə yaxın münasibətlərinin olmasını bildirərək göstərilən vəzifəyə təyin olunmağı M. Səfərova təklif edib. Nurəddin Qurbanov ona bildirib ki, bu vəzifəyə təyin olunması üçün o, Taleh Qaraşova 120 000 manat pul verməlidir. Ü. Cəfərov hadisələrin sonrakı gedişatı haqda bunları deyir:

"Mən (M.Səfərov) təkliflə razılaşdıqdan sonra göstərilən məbləği Nurəddin Qurbanova verdim. Bundan bir müddət sonra Taleh Qaraşov məni qəbul etdi və sənədlərimi Prezident Administrasiyasına aparacağını və məni müavin vəzifəsinə təyin edəcəyini bildirdi. Taleh Qaraşov Bakı şəhərinə gedib qayıtdıqdan sonra özü mənə bildirdi ki, Bakıdan həmin vəzifəyə başqa adamı tapşırıblar, odur ki, mənə başqa vəzifə verəcək. Lakin bir müddətdən sonra Taleh Qaraşov 120 000 manatı Nurəddin Qurbanova qaytardı və o, həmin pulları 22 mart 2013-cü il tarixdə mənə qaytardı. Bundan sonra Nurəddin Qurbanov Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşovla və Cəlilabad rayonunda biznes fəaliyyəti ilə məşğul olan Hacı Zaur adlı şəxslə münasibətlərinin yaxşı olmasını bildirərək mənə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini təklif edib. O, bu vəzifə üçün Taleh Qaraşova 150 000 manat pul verməli olacağımı da mənə dedi. Mən bu təkliflə razılaşdım və 2 nəfər dost-tanışımdan borc alaraq, həmçinin öz imkanlarım hesabına 150 000 manatı düzəltdim. Pulları 27 mart 2013-cü il tarixdə Lənkəran Dəmir Yol vağzalında Nurəddin Qurbanova verdim. Həmin vaxtdan bu günədək nə vəd verilən vəzifə təyinatı baş tutub, nə də verdiyim pullar qaytarılıb. Pullarımı qaytarması üçün dəfələrlə Taleh Qaraşovla görüşsəm də o, bundan imtina edib. Nurəddin Qurbanovun mənə bildirməsinə görə, məndən aldığı 150 000 manatı Taleh Qaraşova çatdırması üçün Hacı Zaura verib, lakin hazırda Hacı Zaur Nurəddindən pulları almadığını bildirir. Lakin Nurəddin Qurbanovu 150 000 manatı Zaura Lənkəran Rayon Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının təsərrüfat müdiri Məmmədov Dadaş Böyükağa oğlunun iştirakı ilə verdiyini deyir.

Mən Taleh Qaraşovdan və Nurəddin Qurbanovdan pullarımı tələb etdikdən və vəzifəli şəxslərin dələduzluq və rüşvətalma cinayətləri barədə Lənkəran Rayon Prokurorluğuna ərizə ilə müraciət etdikdən sonra Nurəddin Qurbanov Lənkəran şəhərində yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsində özünə məxsus 3 otaqlı mənzilini Taleh Qaraşovun və polis rəisi Möhübbət Hüseynovun təkidi ilə bağışlama yolu ilə qaynım Ağayev Vüqar Balağa oğlunun adına keçirib�.

Onu da bildirək ki, M. Səfərov pozulmuş hüquqlarının bərpası və qrup şəklində cinayət əməlinə yol vermiş şəxslərin barəsində cinayət işinin başlanması ilə bağlı Respublika Prokurorluğuna müraciət edib. Hazırda bu işlə bağlı istintaq aparılır. Nurəddin Qurbanov saxlanılıb və onun işi ilə bağlı məhkəmə prosesi gedir. Bu günlərdə Lənkəran şəhərində keçirilən həmin prosesdə N. Qurbanov səhhətinin normal olmadığını bildirərək ifadə verməyib. Redaksiyamıza daxil olan məlumata görə, rayonda hər kəs bu rüşvət qalmaqalının necə sonuclanacağını gözləyir, çünki məsələdə icra başçısının adı hallanır. Rayon icra hakimiyyətindəki mənbəmiz bildirir ki, T. Qaraşov özü yaxın çevrəsində bu haqda danışıb: İcra başçısı bildirib ki, narahat olmasınlar, bu məsələdə ona ziyan dəyməyəcək. Qaraşov deyib: �"Gülərqeyt� olayında pulu alan tutuldu, pul kimə çatıb, həmin şəxs yox ki?.. İndi də Nurəddinə yüngül bir cəza verdirəcəyik, vəssalam�.

Lənkəran təhsili yenə hədəfdədir

Bir sıra qəzetlərdə və sosial şəbəkələrdə Lənkəran Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədovanın bir sıra qanunsuz əməlləri barəsində yazılar gedir. Təhsil şöbəsinə bu faktlarla və şikayətlərlə bağlı ardıcıl yoxlamalar gəlir. Lakin ya obyektiv, ya da subyektiv səbəblərdən yazılanlar öz təsdiqini tapmır. Sadə bir həqiqəti də unutmayaq ki, Lənkəran Dövlət Universitetində saysız-hesabsız korrupsiya haqqında məlumatlar dolaşsa da (hətta həbs olunanlar olsa da), cəzalananlar Lənkəranın kollec rəhbərləri olur. Belə ki, hazırda Lənkəran Humanitar və Tibb Kolleclərinin rəhbərləri vəzifələrindən kənarlaşdırılsa da, yerləri hələ də boşdur. Bir neçə aydır ki, bu vəzifələrə layiqli kadrlar tapılmır. Saxta diplomlarla təyinatlar, məktəblərdən müxtəlif adlar altında yerli-yersiz pul yığılmaları adi normaya çevrilib. Bu və ya digər məlumatlar özlüyündə Lənkəran təhsilinin �nələrlə nəfəs aldığını� göstərir.

Onu da qeyd edək ki, sosial şəbəkələrdə Ş. Əhmədova ilə bağlı qeyd olunur ki, artıq Şahanə Əhmədovanın məsələsi ən yuxarı səviyyələrdə müzakirəyə çıxarılıb. Çünki o, bir sıra neqativ hallara rəvac verib. Məsələn, bu il Novruz bayramından bir qədər sonra şöbə müdiri məktəb direktorlarına deyib ki, siz əlavə dərslər, dərnəklər yazırsız, onların pullarını gətirin mənə, şəhəri rəngləyirəm. Beləliklə, şöbə müdiri Bala-Şürük, Avrora, Mağanojba, Girdəni, Liman 2, Ürgə, Boladi, Darquba, Qurumba, Şovu, Lənkəran şəhər 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 saylı, Sütəmurdov, Velədi orta məktəblərinin direktorlarını çağıraraq kənd məktəblərinin direktorlarından 2000 manat, şəhər məktəblərinin direktorlarından isə 3000 manat tələb edib. Şahanə Əhmədova bildirib ki, bu pullar şəhərin abadılq işləri üçün yığılır və ona verilən tapşırıq belədir�.


Lənkəran İcra Hakimiyyəti hərbi ekspertin fikirlərini təkzib etdi�




Lənkəran İcra Hakimiyyəti hərbi ekspert Ü. Cəfərovun fikirlərini Yenilik.az saytında təkzib edib. Həmin təkzibdən bəzi məqamları təqdim edirik.

İcra hakimiyyəti təkzibində bildirir ki, Lənkəran son bir neçə ildə sürətlə inkişaf edərək özünün ən gözəl dövrünü yaşayır. Hər yanda təmizlik, səliqə-sahman işləri görülür, yeni-yeni parklar, bağlar salınır, çoxlu sayda sosial əhəmiyyətli obyektlər tikilir, əhali üçün iş yerləri açılır, insanların həyat şəraitini yaxşılaşdırmaq üçün yeni qaz, su xəttləri çəkilir, ən müasir tələblərə cavab verən asfalt yollar, körpülər salınır. Cənab Prezidentin müvafiq sərəncamları ilə rayonda iri həcmdə tikinti-quraşdırma işləri aparılıb, şəhərdə küçə və meydanlar yenidən qurulmuş, yollara asfalt çəkilmiş, səkilərə tametlər düzülmüşdür. Qısa müddətdə rayonun əsas magistral yolları olan Şürük-Vel-Kamuşovka, Lənkəran-Vilvan-Osakücə-Türkəncil, Vilvan-Zövlə-Boladı-Liman, Liman-Nərimanabad-Balıqçılar avtomobil yolları tamamilə yenidən qurularaq asfaltlanmışdır. Həmçinin digər görülmüş işlər sadalanır. Təkzib məktubunun sonunda digər uğurlar da sadalandıqdan sonra qeyd olunur ki, məgər Üzeyir Cəfərov bunları görmür? Nəzərə almaq lazımdır ki, rayonda həyata keçirilən işlərin hamısını kiçik bir yazıda işıqlandırmaq qeyri-mümkündür.

Ən maraqlısı budur ki, icra hakimiyyəti əvvəlki məlumatda verilmiş pul qalmaqalı ilə bağlı heç bir konkret münasibət bildirmir.

Təkzibə təkzib

Lənkəran icra hakimiyyətinin təkzibinə hərbi ekspert Ü. Cəfərov �İcra başçısı özünü Lənkəranın ağası kimi aparır� yazısında mövqe bildirir: �Qaraşov hansı uğurdan danışır ki, Lənkəranın Gərmətük kəndində qaz çəkilşinin başa çatmasını göstərmək üçün yalançı görünüş yaradaraq qaz balonundan istifadə etmişdir. Beləliklə, o, nəinki adi kəndliləri, hətta Prezidenti də aldatmışdır. O, hansı uğurdan danışır ki, Xəzər sahili boyu çimərliklər, Bakı-Astara beynəlxalq avtomobil magistral yolu yarıtmaz vəziyyətdədir. Məmur özbaşınalığı, bürokratçılıq və digər mənfi hallardan istənilən qədər nümunələr gətirmək olar. Gör iş hansı həddə çatıb ki, Lənkəranda narkomaniya adi hala çevrilib, sələmçilik üstündə isə adam öldürürlər�.

Ü. Cəfərov sonda bildirir ki, mən Azərbaycanın adını uzaq Ukraynada �Şərəf Lövhəsi�nə yazdıran ilk Azərbaycanlı hərbi jurnalist zabitəm. Keçmiş SSRİ məkanında 10-dan artıq şəhərdə, o cümlədən Prezident Yanında İdarəçilik Akademiyasında, MTN-nin Mətbuat Xidmətində İctimayyətlə Əlaqə və Məlumatın yayılması şöbəsinin rəisi vəzifələrində vicdanla xidmət keçmişəm.

Yazı çapa gedən ərəfədə Ü. Cəfərov zəng edib bizə bildirdi ki, mən mayın 10-na kimi Lənkərana gələcəyəm.T. Qaraşovla və onun etibar etdiyi məmurlarla təkidlə görüş tələb edəcəyəm. Əgər onlar dediklərimin birini təkzib edə bilsələr, mətbuat vasitəsilə onlardan üzr istəyəcəyəm.

��Cənub xəbərləri� qəzeti

 

R4suloffR4suloff

OXUNMA SAYI :785

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff