Qarabağ döyüşçüsü olan||--||


Qarabağ döyüşçüsü olan||--||

Yaşar Kərimovun 48 yaşı var. Ali təhsilli mühəndisidir. Övlad atasıdır. Masallı rayonun Hacıtəpə kəndindəndir. 1992-ci ildə könüllü olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar zabiti kimi fəaliyyətə başlayıb. Ön cəbhəyə ezam olun. Rəhbərlik etdiyi bölük Ağdərənin ermənilərdən azad olunması üçün 1993-cü ilin yanvar-mart aylarında xüsusi igidlik göstərmişdir. Yaşar ən ağır döyüşlərdən birini – Mehmanə kəndinin azad olunması uğrunda gedən vuruşmada keçirib.Bu döyüş bir çox əsgərimiz həlak olub və itkin düşüb. Yaşar özü isə bu ölüm-dirim döyüşündə mina partlamasından ağır yaralanıb. Qəlpələr kəllə sümüyünü əzib. Kəllə-beyin silkələnməsi diaqnozu ilə Lənkəran hərbi qospitalında müalicə olunub. Sağalandan sonra yenidən öz hərbi hissəsinə qayıdan Yaşar atəşkəsdən sonra da hərbi xidmətini davam etdirmiş, Daxili Qoşunların müxtəlif hərbi hissələrində qulluq etmiş, hərbi hissə komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Mayor rütbəsindədir. Yaşarı yaxında tanıyanlar onu olduqca dürüst, saf, fədakar və namuslu bir insan kimi səciyyələndirirlər.

2004-cü ildən öz arzusu ilə ordudan tərxis olunmuş – təqaüdə çıxmışdır. Qarabağ müharibəsi veteranıdır.

Hazırda Yaşar Kərimov olduqca ağır xəstədir. Bir neçə il əvvəl hər iki böyrəyi fəaliyyətini itirdiyi üçün böyrəyini dəyişdirib. Hazırda onun böyrəkləri yenə də fəaliyyətini itirmək üzrədir. Həyat yoldaşı öz böyrəyinin birini ona verməyə hazırdır. Lakin böyrəyini dəyişməsi üçün Yaşar Kərimova 10 min manat pul lazımdır. Onu isə bu vəsaiti yoxdur. Yaşar Kərimova kömək etmək istəyənlər aşağıdakı hesaba pul köçürə bilərlər:

Hesablaşma hesabı – AZ38A11B45090219446100007161

VÖEN- 9900003611

Bank rekvizitləri aşağıdakı kimidir:

Kapital Bankın Masallı rayonundakı filialı

KOD 200617

VÖEN 9900003611

Müxbir hesabı AZ37NABZ01350100000000001944

S.W.I. F.T. BIK AIIBAZ 2 X 

R4suloffR4suloff

OXUNMA SAYI :848

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff