“Komissarlıqda məndən rüşvət istədilər”


“Komissarlıqda məndən rüşvət istədilər”S. Məmmədov hərbi komissar Rəsul Quliyevdən və onun əməkdaşı İbrahim Səfərovdan narazıdır.
Yazını şikayətçinin dilindən təqdim edirik:
“Mən Məmmədov Səmirağa Nəsrəddin oğlu Masallı rayonunun Sığdaş kəndinəm. 60 yaşım var. 9 övlad atasıyam. Onlardan 5-i oğlan, 4-ü qızdır. Tale elə gətirib ki, oğlanlarımdan 1-i hərbi xidmət etsə də, digər oğlanlarım hərbi xidmətə gedə bilməyib. Anası uşaqlıqdan ciyər xəstəsi olduğundan övladlarımın çoxu da xəstə olub. Digər oğlanlarım hərbi xidmətə yararsız sayılıblar. Hazırda çağırışçı olan oğlum Məmmədov Ağasifin də ciddi xəstəliyi var. Belə ki, onun sidik kisəsində ciddi problemlər yaranıb. Bu xəstəliklər ən peşəkar həkimlər tərəfindən təsdiqini tapıb. Lakin Masallı rayon hərbi komissarlığı bu sənədləri tanımaq istəmir.
Mən bir neçə hərbi komissarın yanında olmuşam. Hazırkı komissarın da qəbuluna girmişəm. Komissar Rəsul Quliyev qəribə də olsa özü həkim funksiyasını yerinə yetirdi. Uşağın xayasını elə sıxdı ki, ardını yazmağa utanıram.
Daha sonra hərbi komissarlıqda məxfi kargüzar işləyən İbrahim Səfərov məni komissarlığın 1-ci mərtəbəsinin sol tərəfindəki otaqlardan birinə aparıb dedi ki, əgər istəyirsənsə uşağına hərbi bilet verək, get, onun şəxsiyyət vəsiqəsini, ya da ərazi nümayəliyindən şəkilli arayış gətir. Çünki onun şəxsiyyət vəsiqəsinə “Stop” qoyulub. Dedi ki, saxta hərbi biletə görə sağlam olanlardan 5 min manat alırıq, sənin uşağının xəstəliyi olduğu üçün, sən 3 min manat pul gətirərsən. Bilirəm ki, uşağın xəstədir.
Dedim ki, mən 3 min manat yox, 2 min 500 manat verə bilərəm. Onun da 2 min manatın kredit götürmüşəm. Əvvəl onu verim, 500 manatı da əmək haqqımı alanda verərəm.
Dedi yaxşı, onda sabah səhər 7-də, uzaqbaşı 8-də burada olarsan, 2 min manatı verərsən. 500 manatı sonra gətirərsən. Komissarin da haqqını hələlik mən verərəm.
Səhəri gün səhər açılar-açılmaz, səhər 7-yə işləmiş İbrahim mənə zəng vurdu ki, harada qalmısan, gəlmirsən? Dedim, anam ölüb, bu gün gələ bilməyəcəm. İbrahim ərazi nümayəndəliyinə zəng edərək öyrənib ki, anam yox, qaynanam ölüb. Təzədən zəng vurdu ki, qaynana ölüb-ölüb də, tez pulu çatdır, Bakıya söz vermişəm, ora aparmalıyam.
Dedim ki, məndə pul yoxdur, sadəcə, dilindən söz almaq istəyirdim, səninlə telefon danışığını lentə almışam və əlaqədar təşkilatlara çatdırmışam. Dedi sənin qohumun Əlirzaya deyərəm, sənin başını kəsər.
Çox xahişçilər gətirdi axşam qapıma, hətta ağladı.
Daha sonra mən Səfərbərlik və Hərbi Xidmətə Çağırışa üzrə dövlət xidmətinin rəisi Arzu Rəhimova yazılı müraciət etdim və 9 nəfərlik komissiya gəldi. Dedilər, sən uşağını yolla təzədən Bakıda komissiyadan keçirək. Dedim, İbrahimin qardaşı orda Mərkəzi Hərbi həkim komissiyasında məsul vəzifədə işləyir, o imkan verməyəcək ki, oğlum normal müayinə edilsin və İbrahimin yalanı təsdiq olunsun. Həm də bildirdim ki, sizin göndərişlə mən Bakıdan, M.C.Cavadzadə adına Respublika Klinik uroloji xəstəxanadan uşağımın ciddi xəstə olması barədə rəy almışam. Ölkənin ən nüfuzlu xəstəxanasının nüfuzlu 5 həkimi bunu təsdiq edib. Onlar saxta diaqnozu təsdiq ediblərsə, versinlər həmin həkimləri məhkəməyə.
Lakin hərbi komissarlıq bu deyilənləri qəbul etmir.
Biz qarşı tərəfin də fikrini öyrəndik. Yazıda adları hallanan şəxslərlə görüşdük. İbrahim Səfərov onun haqqında deyilənəri qəti təkzib etdi. Hərbi komissar Rəsul Quliyev də şikayətçi Səmirağa Məmmədov haqqında xoş olmayan sözlər işlədərək onun haqlı olmadığını, onları şantaj etdiyini bildirdi.
Bütün bunları S. Məmmədova bildirdik. O qəti şəkildə bəyan etdi ki, komissarlıq günahını boynuna almamaq üçün məni şantaj edir, məni isə mübarizəmi davam etdirib, haqqımı sonadək tələb edəcəyəm. Nə olsun ki, onun vəzifəli qohumları var.
Qeyd: Masallı Rayon Hərbi Komissarlığının əlavə sözü olarsa, onlara da yer ayırmağa hazırıq.
“Komissarlıqda məndən rüşvət istədilər”













Hazırladı: BəhlulR4suloffR4suloff

OXUNMA SAYI :6733

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff