Masallıda nələr olur?


Masallıda nələr olur?Bərbadlıqdan abadlığa doğru vədlər və əməllər

215 mindən artıq əhalisi olan Masallı əhalisinin sayına gör ölkənin ən böyük rayonlarından biri sayılır. Son vaxtlar Masallıda ürəkaçan işlər də, ürəkbulandıran işlər də az olmayıb. Son vaxtlar isə rayon mərkəzinə kanalizasiya və su xətti çəkilməsi ilə bağlı aparılan qazıntı işlərindən sonra küçələrin olduqca bərbad vəziyyətə düşməsi insanlarda haqlı narazılıqlar yaradıb. Masallı icra hakimiyyətinin rəsmisi Nəsir Muxtarlı bu ilin aprel ayından şəhər mərkəzindəki küçələrin asfaltlanacağını bildirib. Bəs Masallıda yaxın vaxtlarda daha hansı yeniliklər olacaq, bu yeniliklər yeni iş Masallıda nələr olur?yerlərinin yaranmasına, insanların həyat şəraitinin yaxşılaşmasına hansı təsirləri göstərəcək.

“Sənaye məhəlləsi” nə deməkdir?
Bu layihə Masallıda nə vaxt reallaşacaq?

Mətbuatdan bəlli olduğu kimi Masallıda “Sənaye məhəlləsi” inşa ediləcək. Bu layihə nə vaxt reallaşacaq, layihənin əsas mahiyyəti nədən ibarətdir? Masallıda nələr olur?Bu suallara aydınlıq gətirmək üçün Masallı İcra hakimiyyətinin Başçısının müavini Nəsir Muxtarlıya müraciət etdik. Onun bildirdiklərini sizə təqdim edirik. “Sənaye məhəlləsi” ölkənin 2 rayonunda, Masallıda və Masallıda inşa ediləcək. Bu məqsədlə Bakı-Astara yolunun Seybətin-Oncəqala hissəsinin şərq tərəfində 10 hektar torpaq sahəsi ayrılıb. Bu yaxınlarda isə İqtisadi İnkişaf Nazirliyinin Masallıda tikiləcək “Sənaye məhəlləsi” ilə bağlı layihəsi təsdiqlənəcək və bununla bağlı müvafiq vəsait ayrılacaq.
Masallıda nələr olur?Olduqca orijinal layihə olacaq bu obyekt nələri əhatə edəcək? Deməli, 10 hektar sahədə əsasən emal sənayesi ilə bağlı hər cür infrastruktur yaradılacaq – elektrik xətti, qaz təminatın, yol, mühafizə, su, yardımçı tikililər və sair. Burada dövlət vəsaiti hesabına binalar tikiləcək. Həmin binalar emal sənayesi yaratmaq üçün ayrı-ayrı sahibkarlara çox uzuz qiymətə icarəyə veriləcək. Tikintiyə bu ilin may ayında star veriləcək. Onun istifadəyə verilməsi isə 2017-ci ilin əvəllərinə nəzərdə tutulub. Masallıdakı “Sənaye məhəlləsi”ndə 800 nəfərin işlə təmin olunması gözlənilir. Yəni məqssəd həm yeni iş yerləri yaratmaq və rayonda emal sənayesini inkişaf etdirməkdir

Nəsir Muxtarlı daha sonra Masallıda artıq inşası yekunlaşmaqda olan “ASAN Həyat” kompleksinin və istifadəyə hazır olan digər tikililırin detalları Masallıda nələr olur?haqqında məlumat verərək bildirdi ki, Masallıda inşa edilən, layihə dəyəri 15 milyon manat olan “ASAN Həyat” kompleksinin inşası başa çatmaq üzrədir. Olimpiya İdman kompleksinin qərb tərəfində yerləşən, 2,5 hektar sahəni əhatə edən bu obyektdə nələr olacaq?
- “ASAN Həyat”ın baş ofisi Masallıda nələr olur?
- Restoran-kafe
- Kino-teatr
- Geniş əyləncə mərkəzi
- Kitabxana
- Azər-Türk Bankı
- Mağazalar
- Uşaq əyləncə mərkəzi
- Hər cür xidmət obyektləri
- Burada 80 nəfəri könüllülər olmaq 280 nəfərə yaxın şəxs çalışacaq.
Bakı-Astara magistralının yeni çəkilən yolunun şəhərə çıxışı bu istiqamətdən olacaq.Masallıda nələr olur?
Binanın açılışı bu ilin may-iyun aylarına gözlənilir.
Daha hansı obyektlər istifadəyə hazırdır?-
- Masallı Tatix-Diyarşünaslıq Muzeyi;
- Masallı Uşaq İncəsənət Mərkəzi;
- Şatıroba,Dəlləkoba, Çayqiraq və Zuvandlı kəndlərində əsas məktəblərinin binası;Masallıda nələr olur?
- Masallı 2 saylı Uşaq Bağçasının və İsgəndirlidə yeni inşa edilmiş uşaq bağçasının binaları;
- Su- kanalizasiya xətti;
- Bayraq meydanı;
- Viləş park-bulvar kompleksi ilkin işləri;
Masallıda nələr olur?(100 minə yaxın Muğan kəndlərində yaşayan əhalini təmin edəçək içməli su xəttinin isə 2017-ci ildə istifadəyə verilməsi gözlənilir).
Bu ilin aprel ayından isə Masallı şəhərinin mərkəzinə asfalt döşənməyə başlayacaq.R4suloffR4suloff

OXUNMA SAYI :4078

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff