İcra başçısı-Abıyev||--||


İcra başçısı-Abıyev||--||



İndi isə əksəriyyət icra başçısı - Abıyevlər məsələsinin nə yerdə olduğu ilə maraqlanır.

Məlum olduğu kimi ötən ilin sonlarında millət vəkili Əhəd Abıyev Mədəniyyət Evi qarşısında etirazçılarla görüşdə Masallının icra başçısını açıq-aşkar təhqir etdi. Bundan sonra icra başçısı nəhayət, müxtəlif tədbirlərdə ciddi şəkildə onu tənqid etməyə başladı və onun qardaşlarını işdən çıxarmaqla hədələdi.

Bir həftə öncə icra hakimiyyətində keçirilən icra başçısının hesabat iclasında mehriban düşmənlər yenə qoşa oturdular. (Oxu: Bir taleyin oyununda cütlənmiş zərik, yüz il qoşa atılsaq da qoşa düşmərik). Bir-birlərindən aralı olanda əks tərəfi topa tutsalar da, qoşa əyləşəndə kimsə kimsənin bostanına daş atmağa cəsarət etmədi.

Çoxları millət vəkili Əhəd Abıyevin icra başçısının 1-ci müavini işləyən qardaşı Nadir Abıyevin məzuniyyətdən qayıtmasını səbirsizliklə gözləyirdi. Belə söhbətlər yayılmışdı ki, o istirahətdən qayıdan kimi vəzifəsindən kənarlaşdırılacaq. Amma gözlənilənlər olmadı. Nadir Abıyev bir neçə həftədir məzuniyyətdən qayıdıb və yenə də postundadır.

Bizə çatan məlumatlara görə icra başçısı Qəzənfər Ağayev onu aparat iclaslarına çağırmır, tapşırıq vermir, üstünə məktub yazmır, qəbuluna şikayətçi yollamır... Əksər işçilər onunla olduqca soyuq rəftar edirlər.

Görəsən, bu hal nə vaxta qədər davam edəcək? Adının çəkilməsini istəməyən mənbənin bildirdiyinə görə i-ci müavinin işdən kənarlaşdırılması təkcə icra başçısının gücü daxilində deyil. Buna yuxarının da razılığı olmalıdır. Lakin Qəzənfər Ağayev o gücə və nüfuza malik deyil ki, gedib Prezident aparatında işləmək istəmədiyi hansısa idarə rəhbərinin qara kağızını alıb gətirsin.

Hazırda Nadir Abıyevin daşıdığı vəzifə, 1-ci müavinlik uğrunda qızğın mübarizə gedir. Bu yaxınlarda poçt müdirliyindən Telekoma rəis gedən, YAP Masallı təşkilatının sədri Əmanət Əzizovun adı namizədlər içərisində daha çox hallanır.

P.S. Ötən həftə isə millət vəkili Əhəd Abıyev

Milli Məclisdə maraqlı açıqlama verib. Jurnalistlərin fəaliyyətini daha da məhdudlaşdıran qanunların müzakirəsi zamanı, o yenə də şərin tərəfində olub. Belə ki, həmin düzəlişlərdə nəzərdə tutulur ki, jurnalist kimin səsini yazırsa, şəklini çəkirsə mütləq həmin şəxsdən icazə almalıdır. Yəni, 2 nəfər bir-birinə atəş açırsa, yaxud deputatla icra başçısı bir-birini söyürsə, müxbir onlardan xahiş edib, dava-dalaşı saxlatdırıb, çəkil çəkmək üçün icazə alımalı, sonra davanı davam etdirməyi məsləhət bilməlidir. Belə mürtəce qanunu müdafiə edə-edə insanlara şərəf və ləyaqət dərsi verən Əhəd Abıyev ötən ilin sonunda Mədəniyyət Evinin həyətindəki meydanda, yüzlərlə insanın qarşısında Masallının icra başçısının ünvanına O... yeyir, qələt eləyir deyəndə (bundan 2 ay sonra isə icra başçısının hesabatı zamanı onunla qoşa əyləşəndə) heç şərəf və ləyaqət barədə düşündümü?

Əhəd Abıyev Milli Məclisdəki çıxışında heç mətləbə dəxli olmadan xatırladıb ki, bu yaxınlarda Kəmaləddin Heydərovla görüşüb. Guya o bu söhbətdə Fövqəlnazirlə Masallıda təbii fəlakətin törətdiyi qəzaların aradan qaldırılması məsələlərini müzakirə edib. Başqa nələrdən danışıblar? Bunu Allah bilər. (Xatırladaq ki, 2 ay öncə onun qardaşı, rayondakı Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyev elə bu sahədə yol verdiyi nöqsanlara görə komissiya sədrliyindən azad edilmişdi).

Elə həmin ərəfədə Əhəd Abıyev Masallıda keçirilən tədbirdə K. Heydərovun ünvanına xoş sözlər söyləyib. Bəs 2 ay əvvəl onun topa tutduğu xalq malını talayan bəzi oliqarx görəsən kim imiş?

Bax, beləcə icra başçısı - Abıyevlər arasında soyuq müharibə arabir ilmanqı olsa da, buzlaşsa da, elə soyuqluğa doğru gedir.

Çoxlarını isə bir sual düşündürür-bu gedişlərin Abıyevlərə xeyri olacaqmı? Yaxud Abıyevlər məqam düşən kimi icra başçısının gözəgirən nöqsanlarından faydalanıb çerezsebya zərbə vuracaq? Hər 2 tərəf dənizdən işarəni gözləyir. 

R4suloffR4suloff

OXUNMA SAYI :868

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff