Gecikmiş şikayət||--||


Gecikmiş şikayət||--||

Bəziləri bunu bu şəhərdə işlərin yaxşı getməsi ilə, əksəriyyət isə burada rəhbərlərin yaratdığı qorxu mühiti ilə izah edir. Təsadüf də elə gətirir ki, biz həmin şikayətləri çapa hazırlayana kimi, necə deyərlər, bir əmma çıxır. Lənkərandakı Notariat kontorundakı özbaşınalıqlar haqqında yazı dərc edəcəyimiz barədə anons verdik. Lakin yazı işıq üzü görənə qədər həmin konturun sahibi rəhmətə getdi. Ötən ay Lənkəranın icra başçısı Süleyman Mikayılovla bağlı bir şikayəti qəbul etdik. Bu barədə 20 fevral sayımızda anons da verdik. Sonra isə yazıya qarşı tərəfin rəyini öyrənmək üçün materialı Lənkəran Şəhər İcra hakimiyyəti başçısının elektron poçtuna yollayıb və əlavə olaraq bu aparatın şöbə müdiri Əlimərdan müəllimi məlumatlandırdıq ki, yazılanlara münasibət bildirsinlər. Lakin cavab gəlmədi. Yenə də yubandıq. Belə ki, yazı çapa gedənə qədər Süleyman müəllim Lənkəranı tərk etdi. Şikayətçi Hacı Mirəsgər isə təkidlə yazının çapını tələb edir. O deyir ki, Süleyman müəllim Lənkərandan getsə də, bilsin ki, onun əməllərindən narazılar var və o, bu əməlləri Qaradağ da etməsin. Qarşı tərəf isə hələ ki məktubu cavablandırmır. Biz isə oxucumuzun məktubun ixtisarla da olsa dərc etmək zorundayıq. Eləcə də qarşı tərəfin sözü olarsa, ona da yer ayırmağa hazırıq. Lənkəran rayonun Sütəmurdov kənd sakini Miriyev HacıMirƏsgər Mirqədir oğlu redaksiyaya müraciət edərək bildirib ki, Lənkəran icra hakimiyyəti başçısı Süleyman Mikayılov (indi sabiq icra başçısı) tərəfindən ona qarşı ədalətsizlik edilir.

Miriyev ı Mirəsgər Mirqədir oğlu məktubunda YAP üzvü olduğunu, lakin əlil övladlarına kifayət qədər kömək edilmədiyini bildirir. Şikayətçi məktubunda göstərir ki, ona və 2 nəfər 1-ci qrup əlil olan övladına dövlət tərəfindən ayrılan müavinətlərin ailəyə normal şəkildə çatmasına Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən imkan verilmir. Onun şikayətləri lazımınca araşdırılmır, yuxarı təşkilatlara yazdığı ərizələr yenidən şikayət etdiyi adamların üzərinə göndərilir, lakin icra başçısı nə şikayəti təmin edir, nə də mənə cavab verir.

Şikayətçi göstərir ki, icra başçısı ölkə rəhbərinin sərəncamını pozaraq torpaq satmağın müvəqqəti dayandırıldığı 2008-ci ildə qanunsuz olaraq müxtəlif adamlara, hətta burada qeydiyyatda olmayanlara torpaq satılmasına şərait yaratmış və bu işləri əvvəlki tarixlərə sənədləşdirmişdir. Şikayətçi daha sonra bildirir ki, Lənkəranın 8 kəndində torpaq islahatı aparılmamış, payıbəlli verilməli olan torpaqlar gecələr gizli olaraq fənərlə ölçülərək kənar şəxslərə satılmışdır. Sutəmurdov bələdiyyəsinin sədri Emin Məmmədov bu işlərdə daha çox fəallıq göstərmişdir. Hansı ki, bu adam əvvəllər seçki məntəqəsində sədr olanda saxtakarlığa görə onun rəhbərlik etdiyi məntəqə MSK tərəfindən ləğv edilib. İndi bu adam deyilənə görə Süleyman Mikayılova 35 min manat verərək, seçki yolu ilə yox, təyinetmə yolu ilə bu vəzifəyə yiyələnib və bu bələdiyyə sədri 50 hektar bələdiyyə torpağını sənədləşmədə göstəriləndən dəfələrlə bahasına saxtakarlıqla satıb. �Mənə, evində 2 nəfər 1-ci qrup ruhi xəstə olan şəxsə isə torpağı hətta 2 dəfə bahasına satmağa da razı olmur�.

Şikayətçini narazı salan məsələlərdən biri də Velədi kəndinin qəbiristanlığı üçün Süleyman Mikayılovun sərəncamı ilə ayrılmış 1.5 hektar torpaq sahəsini elə onun sərəncamı ilə də ləğv olunmasıdır. �Başçı bunu belə əsaslandırdı ki, o vaxt ağlım başımda olmayıb, səhv etmişəm, get kimə deyirsən de, sizə qəbiristanlıq yeri verməyəcəyəm� Bütün bu işlərə etiraz etdiyim üçün 1-ci qrup olan övladlarıma pulsuz dərman verilmir, onlara himayəçi təyin edilmir, digər imtiyazların alınmasına maneçilik törədilir və ş. Mənə qarşı qərəzin nəticəsidir ki, nəvəm xarici dil üzrə orta-ixtisas məktəbini fərqlənmə diplomu ilə qurtarsa da, onu işlə təmin etmir, həmin məktəbi ölüm-zülmlə bitirənlər dərhal şəhər mərkəzində işlə təmin edir�. Şikayətçi həmçinin icra başçısının himayəsi ilə Gərmətük kəndində payıbəlli torpaq sahəsində Şadliq Zalı tikildiyini, bazar ətrafındakı yolun bir neçə dəfə asfalt döşənməsinə baxmayaraq bir neçə aydan sonra sökülüb dağıldığını bildirir.

M. Miriyev sonda ünvanlı yardımdan tutmuş seçkilərə qədər bütün sahələrdə ciddi saxtakarlıq və özbaşınalıq hallarını, eləcə də icra başçısı Süleyman Mikayılovun vətəndaşlarla olduqca kobud rəftar etdiyini göstərib.  

R4suloffR4suloff

OXUNMA SAYI :651

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff