Masallı açılışlar və təməlqoymalar astanasında


Yaxın həftələrdə Masallı rayonunda 10-dan artıq obyektin açılışı və yaxud təməlqoyma mərasimi olacaq
Yazı Masallı Rayon İcra hakimiyyəti tərəfindən hazırlanmışdır. Yazı ödənişli əsaslarla çap edilir.
Masallı açılışlar və təməlqoymalar astanasında
Açılışı olacaq obyektlər:
“ASAN həyat” kompleksi;
İncəsənət Məktəbi;
Tarix və Diyarşünaslıq muzeyi;
Bayraq Meydanı;
Su xətti;
Kənd-Su xətti;
4 məktəb binası;
3 uşaq bağçası;
Kənd Təsərrüfatı İdarəsinin binası;
3 həkim məntəqəsi.
Təməlqoyma mərasimi olacaq
Və tikintisi davam etdiriləcək obyeklər:

Sənaye məhəlləsinin;
Sosial mənzillərin;
Yeni doqquz mərtəbəli 3 binanın (sosial mənzillər üçün);
Viləşcay Dəryaçasının 2-ci bəndinin;
“Viləşçay” sahilindəki Bulvarın növbəti mərhələsinin;
O cümlədən,
Məhkəmə binasının inşası davam edəcək;
Mərkəzi Xəstəxananın təmiri başa çatacaq;
Şəhərdaxili yolların asfaltlanması davam edəcək;
Ərkivan qəsəbəsində elektrik məftilləri ZİP kabellə əvəzlənəcək. SMARTCART-lar tətbiq olunacaq.

İndi isə daha ətrafı
Masallı açılışlar və təməlqoymalar astanasındaYaxın həftələrdə Masallı rayonunda çoxlu obyektin açılışı gözlənilir. Onlardan ən möhtəşəmi “ASAN həyat” kompleksidir. Əvvəldən məlumat verdiyimiz kimi, Masallıda inşa edilən “ASAN həyat” kompleksi digər ASAN Xidmət mərkəzlərindən fərqli olaraq daha çox ərazini - 8 rayonu əhatə edəcək və onun ətrafında daha çox sosial obyektlər inşa ediləcək. Artıq bu işlər reallaşmaq, nəzərdə tutulan tikililər tamamlanmaq üzrədir. Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Astara, Neftçala, Biləsuvar rayonlarını əhatə edəcək “ASAN həyat”-ın əsas xidmət obyekti ilə yanaşı burada Kino-teatr, Əyləncə Mərkəzi, Kafe-restoran, kitabxana, Bank və digər xidmət sahələri də yerləşəcək. Obyektin avqust ayında istifadəyə verilməsi planlaşdırılır. Burada 200-dən artıq işçi çalışacaq.
İncəsənət Mərkəzi
Masallı açılışlar və təməlqoymalar astanasındaMəlum olduğu kimi 215 min əhalisi olan Masallının cəmi bir 7 illik İncəsənət Məktəbi var idi ki, bu da Masallının keçmiş köhnə hamamında, yararsız binada yerləşirdi. İndi 2 mərtəbəli yeni İncəsənət Məktəbi 7 illik yox, 11 illik olacaq. Burada 320 nəfər yox, 640 nəfər təhsil olacaq. Yeni binada 42 sinif otağı, 150 nəfərlik konsert zalı, digər zəruri otaqlar yerləşib. Bundan əlavə İncəsənət Məktəbində heykəltəraşlıq və rəssamlıq fənləri də tədris ediləcək.
Masallı şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi
Ərkivan qəsəbəsindən keçməklə 216 km uzunluğunda olan içməli Su Xətti Şəhər Mərkəzini etibarlı şəkildə içməli su ilə təmin edəcək. Bu xəttin istifadəsi də bu ilin iyul ayına planlaşdırılıb. Eyni zamanda mərkəzləşdirilmiş kanalizasiya sistemində işlər artıq yekunlaşmaq üzrədir.
Kənd Su layihəsi
Bu layihə rayonun Muğan adlanan ərazisindəki Xırmandalı, Həsənli, Qarğalıq, Şərəfə və s. kəndləri əhatə edəcək. Artıq Həsənli Ərazi Vahidində Məmmədxanlı kəndində, Qarğalıq Ərazi Vahidində Kürdəbaz kəndində, Şərəfə Ərazi Vahidində Şərəfə, Çaxırlı Ərazi Vahidin Bala-Təklə kəndlərində evlərə içməli su xətti çəkilişi başa çatmaq üzrədir. 24 kilometr uzunluğunda, 100 minə qədər əhalini əhatə edəcək bu xətt də 2016-cı ilin iyulunda istifadəyə veriləcək.
4 məktəb binası
Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləçək 120 şagird yerlik Köhnə Zuvand, 140 şagird yerlik Dəlləkoba və Çayqıraq, 180 şagird yerlik Şatıroba ümumi orta məktəbləri istifadəyə tam hazırdır.
3 yeni uşaq bağçası
Masallı açılışlar və təməlqoymalar astanasında60 yerlik Şəhər 2 saylı, 40 yerlik Sərçuvar Uşaq bağçaları da yaxın günlərdə uşaqların istifadəsinə veriləcək. Bundan əlavə şəhərin İsgəndərli ərazisində, H. Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 100 yerlik Uşaq bağçası da istifadəyə hazırdır. Yəqin ki bu uşaq bağçası özəl bağça kimi fəaliyyət göstərəcək.
Tarix və Diyarşünaslıq Muzeyi
Masallı açılışlar və təməlqoymalar astanasındaBu Muzey cənub bölgəsində həcminə və texniki üstünlüklərinə görə (iki mərtəbəli + mansard tikinti altı sahəsi 620, ümumi sahəsi 1860 kvm) ən mükəmməl və əhatəli muzeydir. Bu tikilidə dünya muzeylərinin standartlarına uyğun soyutma, isitmə, eləcə də kamera sistemi qurulub. Texniki imkanlardan istifadə etməklə rayonumuzun qədim tarixinə və bu günümüzə dair çoxlu görüntülərlə, eləcə də qədim tariximizin şahidi olan 20 minə yaxın eksponatlarla tanış olmaq mümkündür. Muzeyin “Qədim Masallı” guşəsi bu sahədə ziyarətçilərin yaxşı köməkçisi olacaq.
Bayraq Meydanı
Masallı açılışlar və təməlqoymalar astanasındaMasallının yeni girişinin - Musaküçə döngəsi deyilən yerin cənub tərəfində yerləşən Bayraq meydanında və onun yaxınlığında Rəmzlər Muzeyi istifadəyə tam hazırdır. Bu muzey və meydan da yaxın həftələrdə istifadəyə veriləcək.
Kənd Təsərrüfatı İdarəsi
Masallı açılışlar və təməlqoymalar astanasındaMasallıda 4 mərtəbəli, hər cür texniki imkanlara, geniş iclas zalına malik kənd təsərrüfatı idarəsi inşa edilmişdir. Bu binada yeni yaradılmış, rayonun bütün təsərrüfat strukturlarını əhatə edən kənd təsərrüfatı idarəsinə bacarıqlı mütəxəssis, uzun müddət RİHB-nin müavini işləmiş Seymur Nuriyev rəhbərlik edəcək.
Sənaye məhəlləsi
Masallıda “Sənaye məhəlləsi” yaradılacaq. Bu barədə ölkə başçısı İlham Əliyevin də sərəncamı olmuşdur
“Sənaye məhəlləsi” nə deməkdir?
Masallı İcra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlının bildirdiyinə görə, Masallıda təşkil ediləcək “Sənaye məhəlləsi” Bakı-Astara yolunun Seybətin-Öncəqala hissəsinin şərq tərəfində, 10 hektar torpaq sahəsində yerləşəcək. Həmin 10 hektar sahədə, əsasən, sənaye, emal və xidmət sahəsi ilə bağlı hər cür infrastruktur yaradılacaq – elektrik xətti, qaz təminatı, yol, mühafizə, su, yardımçı tikililər və sair. Burada İqtisadi İnkişaf Nazirliyinin ayırdığı vəsait hesabına binalar tikiləcək. Həmin binalar xidmət obyektləri və emal sənayesi yaratmaq üçün ayrı-ayrı sahibkarlara icarəyə veriləcək. Tikintiyə bu ilin iyul ayında start veriləcək. Onun istifadəyə verilməsi isə 2017-ci ilin əvvəllərinə nəzərdə tutulub. Masallıdakı “Sənaye məhəlləsi”-ndə 800 nəfərin işlə təmin olunması planlaşdırılıb.
Bu “Sənaye məhəlləsi” Neftçaladan sonra ölkədə 2-ci belə mərkəz olacaq.
Yaxın günlərdə sənaye məhəlləsinin təməlqoyma mərasimi keçiriləcək.

Sosial evlər
Masallı şəhərində bir neçə sosial bina tikiləcək. Hər biri 25-30 min manat dəyərində olub, uzun müddətli kreditlərlə veriləcək bu binalara hər ay üçün ödəniş haqqı 100-150 manat arası olacaq. Bu binalar üçün rayonun bir neçə yerində ərazi nəzərdə tutulub. Onlardan biri də Mərkəzi Xəstəxananın yanında, Əlillər Evinin şərqindəki ərazidir.
Masallıda daha 3 doqquzmərtəbəli bina tikiləcək.
Bu binalar Olimpiya Kompleksinin qərb tərəfində inşa ediləcək. Yaxın vaxtlarda inşasına başlanılacaq bu binalar 500-ə yaxın kiçik otaqlı mənzillərdən ibarət olacaq ki, bundan da hamı faydalana bilsin.
Masallı nəhəng tikinti layihəsini reallaşdırmaq ərəfəsində
Hazırda Masallıdakı Viləşçay Dəryaçasının 2-ci bəndinin layihəsi üzərində işlənilir. 300 milyon manata yaxın dəyəri olan bu tikintidə yüzlərlə insan çalışacaq. Müqayisə üçün bildirək ki, əgər Viləşin 1-ci bəndi 46 milyon kubmetr su tuturdusa, 2-ci bəndi ondan təxminən 3 dəfə böyük olacaq və 120 milyon kubmetr su tutacaq. Yeni bənddə yüzlərlə işçi çalışacaq. Bu bənd sayəsində nəinki Masallının, eləcə də qonşu Cəlilabad və Biləsuvar rayonlarının da suvarma problemləri həll olunacaq. Masallının turizm zonası olduğunu nəzərə alsaq, yeni bənd nəticəsində xeyli genişlənəcək, dəryaca turizm üçün yeni imkanlar acacaq.
Yeni məhkəmə binasının təməli qoyuldu
Masallı açılışlar və təməlqoymalar astanasındaMasallıda Olimpiya İdman Kompleksinin qərb tərəfində müasir tələblərə uyğun yeni məhkəmə binasının təməli qoyulub. 3 mərtəbəli bu binada 4 iclas zalı və digər yardımçı otaqlar inşa olunacaq. Bu binanın gələn ilin sonlarına istifadəyə verilməsi planlaşdırılır. İndikindən fərqli olaraq yeni binada 3 yox, 4 hakim işləyəcək. Məhkəmənin köhnə binasının isə Qeydiyyat idarəsinə, Notariusa və vəkillərə veriləcəyi gözlənilir.
Mərkəzi Xəstəxana əsaslı təmirdən sonra ilin sonunda yenidən qapılarını masallıların üzünə açacaq
Masallı açılışlar və təməlqoymalar astanasındaSəmidxan, Gəyəçöl və Xıl kəndlərində isə 3 həkim məntəqəsi iyunun 21-də istifadəyə verilib. Yeyənkənd həkim məntəqəsi, Lürən və digər bir neçə kənddə tibb məntəqələri tikilib ilin sonuna kimi istifadəyə veriləcək.
İki il öncə əsaslı təmirə dayanmış Masallı Mərkəzi Xəstəxanasında isə əsaslı təmir işləri nəzərəçarpacaq dərəcədə sürətlənmişdir. Hazırda burada 150 nəfərlik təmir briqadası çalışır. İşlərin 2016-ci ilin noyabrına kimi başa çatdırılması planlaşdırılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi C.Nəzərovun bildirdiyinə görə, xəstəxananın təmirdən çıxan korpusları müasir dövrün ən son model tibbi avadanlıqları ilə təmin olunacaq. Burada kompüter tomoqrafiya, endoskoplar (daxilə baxış), ən son model rentgen aparatları, 10 ədəd dializ aparatları (hansı ki bu vaxta qədər Masallıda olmayıb və 100-ə yaxın dializ xəstəsi olan masallılı müalicə üçün qonşu rayonlara gedib), eləcə də təmir zamanı korpuslara 5 lift quraşdırılacaq. Xəstəxananın özünün ayrıca elektrik təsərrüfatı, işıqlar sönən zaman dərhal əvəzləyici generatorları olacaq, daim istilik və soyutma sistemlərini təmin edəcək qurğular quraşdırılacaq, xəstəxananın bütün otaqlarına daimi içməli su vermək imkanı yaranacaq.
Təmirdən çıxmış xəstəxanada çalışan həkimlərin 6-sı Türkiyədə peşəkar kurslardan keçib. Bu proses davam etdirilir.
Xəstəxanada eyni vaxtda 250 xəstə müalicə ala biləcək. Burada hər şey ən son dünya standartlarına uyğun qurulur.
Masallı bulvarında yeni ildən işlər davam edəcək.
Masallı açılışlar və təməlqoymalar astanasındaÖtən il inşasına başlanılmış Viləş çayının üzərindəki əsas körpünün cənub tərəfində inşa edilən Bulvar ərazisində 2017-ci ildən quruculuq işləri davam etdiriləcək. Burada əyləncə mərkəzləri, kafe-restoran və sair xidmət sahələri fəaliyyət göstərəcək.
Asfalt işləri
Masallı rayonunun Seybətin dairəsindən Musaküçə dairəsinədək olan yolun asfaltlanması yaxın vaxtlarda başa çatacaq. Bundan əlavə Masallının şəhərdaxili 25 km yolun asfaltlanmasına görə vəsait ayrılması üçün Azərbaycan Nazirlər Kabinetinə layihə təqdim edilmişdir.
Ərkivan ZİP kabellə elektrikləşəcək
Masallı açılışlar və təməlqoymalar astanasındaÖncə qəsəbənin Göllü, İsoba və Abbaslı məhəllələrində xətlər yenilənir
Masallının ən böyük qəsəbəsi olan Ərkivanın elektrikləşməsində yeni mərhələ başlanıb. Belə ki, artıq qəsəbənin bir sıra məhəllələrində elektrik xətləri ZİP kabellə əvəzlənir.
Öncə qəsəbənin mərkəzindən keçən-Qəriblər kəndinə gedən yolun sağ və sol tərəfindəki məhəllələr-Göllü, Abbaslı, İsoba məhəllələrindəki xətlər dəyişdirilir. Hazırda həmin məhəllələrdə yeni formalı, daha yaxşı görünüşlü dirəklər basdırılır. Daha sonra bu dirəklərlə ZİP kabellər çəkiləcək, SMARTCART-la işləyən yeni sayğaclar(yəni ödədiyin qədər elektrik işlədə biləcəksən) quraşdırılacaq. Azərİşıq ASC-nin Masallı şöbəsinin rəisi Allahverdi müəllimin verdiyi məlumata görə, elektrik xətlərinin dəyişdirildiyi məhəllələrdə ən son model transformatorlar quraşdırılacaq. Artıq həmin transformatorlar rayona gətirilib və onların gücü əvvəlkilərdən ən azı 1,5 dəfə çoxdur. Həmçinin bu avadanlıqların digər texniki imkanları xeyli yüksəkdir. Bu, 3 məhəllədə görüləcək işlər bu ilin sentyabrına kimi yekunlaşacaq, digər məhəllələrdə isə xətlərin yenilənməsi ilin sonunadək başa çatacaq. Ərkivan qəsəbəsi Masallı şəhərindən sonra rayonda SMARTCART-la təmin edilən 2-ci ərazidir.R4suloffR4suloff

OXUNMA SAYI :3311

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff