Masallıda sağlığında evi olmayan şəhidin ailəsi üçün ev tikildi


Masallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildi
Bir az da xeyriyyəçi - sahibkar Hacı Ramazan Mirzəyevin xeyriyyə işləri və Masallı Cümə məscidində aparılacaq abadlıq işləri barədə

Masallının aprel (2016) şəhidlərindən olan Firdovsi Bağırzadənin ailəsi üçün onun doğulduğu Güllütəpə kəndində ikimərtəbəli bina inşa edilib. Xatırladaq ki, şəhid Firdovsinin 20 yaşı var idi. 1 ilə yaxın Idi ki, hərbi xidmətdə qulluq edirdi. Bu il, Masallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildiaprel döyüşlərində böyük igidlik göstərərək şəhid olmuşdu. Atasını vaxtsız itirən Firdovsi ailənin yeganə oğlu idi. Firdovsi həlak olan vaxtı yeganə bacısı nişanlı idi. Bu ailənin evi olmayıb. Onlar kirayədə yaşayırdılar. Bunu nəzərə alaraq Masallı Rayon İcra Hakimiyyəti bu ailə üçün ev tikmək qərarına gəlib. Bu təşəbbüsə ilk qoşulan Masallı Rayonunun Köçəkli kəndində boya-başa çatan, sahibkar-xeyriyyəçi Hacı Ramazan Mirzəyev qoşulub. Qısa müddətdə şəhidin ana-bacısı üçün onun doğulduğu Güllütəpə kəndində ikimərtəbəli ev tikilib.
Məlumat üçün bildirək ki, bu, Hacı Ramazan Mirzəyevin Masallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildi ilk xeyriyyəçiliyi deyil. Bundan əvvəl o, Masallının Həsənli Ərazi vahidində 5 kasıb ailə üçün ev tikib. Köçəkli kəndində xeyir-şər evi inşa edib, bir məscidi təmir etdirib, birini isə tam öz vəsaiti ilə tikib, kəndə asfalt yol çəkdirib, 4-5 artezian quyu qazdıraraq kəndin su problemini həll edib, Eminli-Köçəkli kəndləri arasında yolun abadlaşdırılımasında yaxından iştirak edib. Köçəkli-Həsənli kəndi arasındakı yolun 2 kilometrə yaxın hissəsində yaşıllıq zolağın yaradılmasına təşəbbüs göstərərək şəxsi vəsaiti hesabına ağacların əkilməsinə nail olmuşdur. Ağacların qorunması üçünMasallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildi ətrafını tikanlı məftillərlə hasarlatdırmışdır! Yaşıl zolağın qorunması və sulanması qayğısına qalaraq, bu işə kənd camaatından bir nəfəri xüsusi gözətçi kimi ayırmışdır. Bundan əlavə 5 kasıb qızın toy cehizini almış və kəndin 3 şəhidi üçün mərmər başdaşı hazırlatmışdır.
O, yüzlərlə kimsəsizə vaxtaşırı yardımlar edir. Hacı Ramazan Mirzəyev gördüyü işlərin reklamının əleyhinə olduğu üçün biz onun xeyriyyəçiliyi barədə bu qısa məlumatları yerli sakinlərdən öyrənə bildik.
Bu gün (24 sentyabr) Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov başda olmaqla Masallının əksər idarə və müəssisə rəhbərləri, iş adamları, dindarlar, ictimaiyyət nümayəndələri Güllütəpə kəndində olmuş, şəhid ailəsi üçün inşa edilmiş həmin binanı ziyarət etmişlər. Xeyriyyəçilər yeni mənzilə müxtəlif məişət avadanlıqları hədiyyə ediblər. Bu görüşdə şəhidin yaxınları, eləcə də Masallı İH-in başçısı Rafil Hüseynov, cənub bölgəsinin qazısı Mirqiyas Ağa, millət vəkili Nəriman Əliyev və başqaları çıxış ediblər.
Elə həmin gün İcra başçısı Rafil Hüseynovla sahibkarların Masallı Cümə məscidində görüşü olub. Görüş zamanı şəhərin bu məscidində yenidənqurma işlərinin aparılması da qərara alınıb. Xüsusən, məscidin həyətində geniş abadlıq işlərininMasallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildi görülməsi ön plana çəkilib. Sahibkarlar Hacı Ramazan Mirzəyev burada aparılacaq əsas işləri öhdəsinə götürüb. Digər sahibkarlar - Xudayar Rəhimov, Hacı Ramazan Zeynalov, eləcə də millət vəkili Nəriman Əliyev bu abadlıq işlərinə hərtərəfli dəstək olacaqlarını bildiriblər. Sahibkar Fəxrəddin Baxşiyev isə Masallı şəhərində Yuxarıbaş məscidində abadlıq işləri aparacağını öhdəsinə götürüb.Masallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildi

Zahir Əmənov
Qeyd : Şəhidin xatirinə zəhmət olmasa paylaşın.


Masallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildi
Masallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildi
Masallıda sağlığında evi olmayan şəhidin  ailəsi üçün ev tikildiR4suloffR4suloff

OXUNMA SAYI :2816

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff