“Məhəlləmizdə gülüstan yaradacam”


“Məhəlləmizdə gülüstan yaradacam”“Məhəlləmizdə gülüstan yaradacam”
“Məhəlləmizin hər hansı gənci qəbul imtahanında 600 və onda artıq bal yığarsa, ona hər ay 100 manat təqaüd verəcəyəm”
40-a yaxın yaşım var. Çox çətinliklə və kasıb ailədə böyümüşəm. Son illər Rusiyada çalışdım. Ömrüm boyu arzum o olub ki, kaş elə imkan qazanım, xeyriyyəçilik edə bilim. Ən çox qibtə etdiyim adamlar xeyriyyəçilər olub. İndi bir az imkanım var. Məhəllə ağsaqqalları və ziyalıları ilə məsləhətləşmişəm ki, aşağıdakı xeyriyyə işlərinə yardımçı olum.
- Kitab ehsanı edəcəyəm.
- Öz həyətimizdə məhəllə sakinləri üçün istirahət guşəsi və orada uşaqlar üçün əyləncə yeri hazırlayacağam.
- 600 baldan yuxarı bal yığan, məhəllənin (Ərkivan, Abbaslı məhəlləsi) hər gənci üçün aylıq 100, 500 baldan yuxarı yığanlar üçün isə 50 manat təqaüd ayırmışam.

- Məhəllə qızları üçün ingilis dili və kompüter kursları təşkil edəcəyəm.
- Məhəllənin yas çadırı üçün stollar və digər avadanlıqlar alacağam.
- İldə bir dəfə şagirdlərin ətraf rayonlara səyahətini təşkil edəcəyəm.
- Əlaçı şagirdlərə ildə 2 dəfə pulsuz bədii ədəbiyyat bağışlayacağam.
- Bacarıqlı idmançılara dəstək verəcəyəm.
- Məhəlləarası yolu, körpünü təmir etdirəcəyəm, yoların işıqlanmasını təmin etmək üçün elektrik dirəklərindən lampaların asılmasını təşkil edəcəyəm.
Bu işlərim ancaq Abbaslı məhəlləsini əhatə edəcək. Xahiş edirəm, digər məhəllə sakinləri mənə müraciət etməsin.
Bu işdə keçmiş sinif yoldaşlarım, digər yaxın dostlarım da mənə yardımçı olmağa çalışacaq.
Məlumat üçün bildirək ki, Pərviz Qurbanov artıq bu işlərə başlayıb. Məhəlləarası, onlarla şagirdin məktəbə getdiyi bərbad yol abadlaşmaq üzrədir. Digər işlərin də əsası qoyulub. Pərviz bəy, görəsən, bütün vədlərini reallaşdıra biləcəkmi? Necə deyərlər, yalansa da, doğru olsun.
Elcan
Qeyd: Bu, həm də bir nümunədir ki, xeyriyyəçilik edənlər bilsin ki, hansı sahələrə yardımçı olsunlarR4suloffR4suloff

OXUNMA SAYI :603

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff