Yanğından zərər çəkənlər üçün 4 çadır-ev quraşdırıldı


Yanğından zərər çəkənlər üçün 4 çadır-ev quraşdırıldıYanğından zərər çəkənlər üçün 4 çadır-ev quraşdırıldıXəbər verdiyimiz kimi bu il may ayının 20-də Masallı rayonun Yuxarı Baş hissəsində 5 ailənin yaşadığı bina əşyaları ilə birgə yanıb.
Masallı şəhərinin Qurtuluş küçəsində (yuxarı baş məscidinin yanı) yerləşən binada baş verən yanğında Rəhman Abdullayev, İmamverdi Fərəcov, Təyyar Əliyev, Cəhalət Yaqubov və Paşa Abdullayeva məxsus birmərtəbəli mənzillər bir anda içindəki əşyalarla birlikdə yanıb kül olmuşdu.
Hadisə yerinə Masallı və Lənkəran rayonlarının yanğından mühafizə hissəsinin yanğınsöndürən briqadaları cəlb olunub. Yanğının yaxınlıqdakı obyektlərə keçməsinin qarşısı alınıb. Hadisəyə səbəb kimi elektrik enerjisində yaranan qısaqapanmay göstərilmişdi.
Həmin ailələr ilk günlər yaxınlarının evində yerləşdirilmişdi. Mayın 31-də isə Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğından zərərçəkmiş ailələrin 4-ü üçün müvəqqəti yaşamaqdan ötrü ev-çadırlar quraşdırılmışdır. 1 ailə oğlunun evində yerləşdiyi üçün ev-çadırdan imtina etmişdir. Hazırda daxili imkanlar hesabına zərərçəkən ailələri yardım göstərilməsi planlaşdırılır. Bununla bağlı Kapital Bankın Masallı şöbəsində müvafiq hesab açılmışdır. Məlumatlar Masallı İHB-nin şəhər üzrə nümayəndəsi Kamal Mazanovdan alınmışdır.


AynurR4suloffR4suloff

OXUNMA SAYI :595

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff