Qəzaya düşən işıqforun bəxti açılır


Yaxın günlərdə 4 yolun da işıqforu olacaq


2 il öncə Masallıda bir neçə yerdə, hətta Astara-Bakı yolunda bir neçə işıqfor qoyuldu və müsbət də qarşılandı.
Bu ilin əvvəlində isə şəhərdaxili yollarda işıqforların sayı artırıldı. İskəndərli ərazisində, Qarabağ küçəsində və Heydər Əliyev prospektində işıqforlar qoyuldu.


Lakin bütün bunlara baxmayaraq Masallı şəhərinin 4 yol deyilən (Xan Sarayının yanı) ərazisinə qoyulan işıqforun işıqları yanmadı. Qəzaların aradan qaldırılmasına xidmət edən işıqfor özü qəzaya düşdü. Bəlkə işıqforun işə düşməsinə bir gün qalmış yaxınlıqdakı dükanda gəlin maşını kimi bəzənən avtomobil arxaya hərəkət edərkən işıqforun dirəyinə çırpılıb.

Beləliklə, yeni işıqfor doğulmamış “komaya” düşüb. Uzun çəkişmələrdən, cərimələrdən, sığortalardan sonra işıqforun təmirdən çıxan dirəyi rayona gətirilib. Sonda məlum olub ki, təmirdən çıxan dirəyi düzgün yığılmayıb.

Qəzaya düşən işıqforun bəxti açılır


Belə ki, hər tərəfə dayanmaq üçün 20 saniyə müəyyənləşdirilib. Dirək yenidən Bakıya göndərilib.

İndi onun beyni dəyişdirilərək əsas istiqamət üzrə 70, köməkçi istiqamət üzrə 20 saniyə müddət qoyulmaqla yığılacaq. Yəqin ki, yaxın günlərdə, Qurban bayramında nəhayət ki, başıbəlalı işıqfor şəhər mərkəzinin ən qaynar nöqtəsində - Xan Sarayı yaxınlığında hərəkəti tənzimləyəcək.


Yolunuz həmişə yaşıl olsun !

Ən müasir yol duası: Heç vaxt həyat yolunda radara düşməyəsiniz.
R4suloffR4suloff

OXUNMA SAYI :546

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff