Pinəçi ingilis dilindən dərs demək istəyir||--||


Pinəçi ingilis dilindən dərs demək istəyir||--||

 Zeyni qardaşımız bildirir ki, qəzetimiz çox xoşuna gəlir və buna görə də onun hər sayını böyük həvəslə oxutdurur. Bəli, oxumur, oxutdurur. Çünki Zeyni qardaş latın qrafikasını bilmir. Məktubu da elə köhnə əlifba ilə yazıb. Qəzetimizin bu il 28 fevral sayında, Çəpərüstü yazısında Yardımlıya �Novruzəlilər� göndərmək, yəni burada şikayət məktublarının cırılıb atılması məsələsi Zeyniyə ləzzət edib. O yazır: �Yardımlıda yaşasaq da bizdə məktublar Bakıya gəmi ilə, çerez �Xəzər� (xatırladaq ki, bu rayonun başçısı Xəzər müəllimdir) gedir. Dənizdə də suyun səviyyəsi qalxdığı üçün məktubumuz mənzilə yetişmir�. Zeyni qardaş daha sonra yazır: �Yollarımızı da su basdığından yolun altında özümə yer düzəldib ayaqqabı təmir edirəm ki, Xəzər müəllim bu tərəflərdən rahat keçsin. Rayonumuzda imkanı olan pul yığmaqla məşğuldur. Deyirlər ki, bu yaxınlarda �Xəzər� yenə çoşub-daşacaq, sudan qorunmaq üçün vəsait lazımdır. Hətta ünvanlı yardım istəyənlərə də �baş ünvanlı yardım verən� Cavanşir müəllim deyir ki, alacağın pulun 6 ayını bizə bağışla ki, bu sel-sudan qorunaq. Amma mənim dərdim başqadır. Daha doğrusu, bir təklifim var-onu icra etsələr, Xəzər müəllimin də işi düzələr, mənim də. Belə ki, istəyirəm məni rayonun ən yüksək hissəsində yerləşən Dəlləkli kəndinə ingilis dili müəllimi təyin etsinlər. Yəqin deyəcəksiniz ki, sən heç yeni əlifbanı bilmirsən, səndən necə ingilis dili müəllimi olar? Cavab: - Guya Azərbaycan dili dərsini deyənin normal savadı var ki, ingilis dili deyənin savadı olsun. Onsuz da o məktəbdə ağıllı-başlı dərs keçilmir. Müəllimlərin biri uşaqları xəstəliyə salır, o birisi ağızlarına tüpürüb müalicə edir. Ölkənin bütün ali məktəblərini gəzsəniz, bir nəfər də Dəlləklidən olan tələbə tapa bilməzsiniz. Şükür Allaha ki, türmədə də dəlləklidən olan yoxdur. Bizimkilərin əsas �paytaxtı� və əbədi məskəni Xalqlar Dostluğu metrosunun yanındakı qul bazarıdır. Zeyni Şükür oğlu Zaurov�.

Redaksiyadan: Xeyli qüsurları və dağınıq ifadələri olmasına baxmayaraq, ironiya ilə yazılmış bu məktubu ona görə çap etdik ki, əlifbanı bilməsə də qəzet oxuyan, pinəçi işləsə belə gücü çatan səviyyədə haqsızlığa etiraz etməyi bacaran bu sadə peşə adamını həmişə şərin tərəfində duran, saxtakarlara, riyakarlara himayədarlıq edən titullu, orden-medallı ziyalılarımıza, bəzi üzdəniraq hacılarımıza nümunə göstərək. Bəli, hətta pinəçilər danışır, siz niyə susursunuz, əziz və hörmətli �ziyalılar�?

R4suloffR4suloff

OXUNMA SAYI :888

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az