İsveçdə yaşayan ərkivanlı||--||


İsveçdə yaşayan ərkivanlı||--||

İsveçdən salamlar


Bu yazımla bütün həmvətənlərimizi salamlayır və saytını çox həvəslə oxuduğum (daha doğrusu burada azərbaycanlılarla birgə oxuduğum) Cənub xəbələri qəzetinə yardımçı olmaq məqsədi ilə hazırda yaşadığım İsveçin gündəlik həyatı, bu ölkənin qanunları, eləcə də bu ölkədə yaşayan azərbaycanlılar haqqında sizə məlumat vermək istəyir, bir daha qəzetinizə tutduğunuz bu çətin yolda uğurlar arzulayıram.

Mən özüm İsveçə 2000-ci illərdə gəlmişəm. Azərbaycanda ali məktəbi bitirdikdən və uzun illər orada yaşadıqdan (daha doğrusu hamı kimi süründükdən) sonra, qərara gəldim ki, Azərbaycandan getməliyəm (və nə yaxşı ki, bu qərara gəldim).

İsveç haqqında əsas onu deyə bilərəm ki, bura Nağıllar ölkəsidir - İnsan bütün arzularını İsveçdə heç kimə əyilmədən, yaltaqlanmadan, sınmadan, heç kimə rüşvət vermədən heyata keçirə bilər. Burada, hətta istəsən belə kiməsə rüşvət vermək mümkün deyil. Çünki bütün işlər elə qurulub ki, rüşvət vermək istədiyin adamı tapmaq özü müşkül məsələyə çevrilib.

Məsələn, bizdə rüşvətin tüğyan etdiyi təhsil məsələsini götürək. Burada ali məktəbə qəbul zamanı imtahan məsələsi yoxdur.

Gənclər orta məktəbi (gimnaziyanı) bitridikdən sonra hansı ali məktəbə girmək istəyirlərsə, öz arzularını internet, yaxud məktub vasitəsi ilə həmin təhsil ocağına bildirirlər. Ali məktəb rəhbərliyi də həmin şəxsin orta məktəbdə aldığı qiymətlərin yekun balına uyğun olaraq onu ali məktəbin müvafiq fakultəsinə qəbul edir. Nəzərdə tutulan fakultələrə ballar bərabər olarsa, məsələ püşkatma yolu ilə həll edilir.

Ali məktəbi bitirən gənclərin ən azı 90 faizi ixtisasına görə işlə təmin edilir. Çünki buradakı ali məktəblərdə ancaq ehtiyac olan sahələr üzrə mütəxəssislər hazırlanır. İsveçdə bir-birini təkrarlayan, formal qaydada, kağız üzərində tələbə yetişdirən təhsil ocağına rast gəlmək mümkünsüzdür.

Bir neçə kəlmə də Azərbaycanda hamının qan ağladığı yol polisi və sürücü münasibətləri barədə.

Öncə maşın alqı-satqısı əməliyyatına nəzər salaq. İsveçdə hər bir avtomobilə fabrikdən çıxdıqdan ta ki, həmin maşının zibilliyə atılmasına qədər, yalnız bir dəfə qeydiyyat nömrəsi verilir və hər bir maşın sahibi onu satmaq istədikdə avtomobilin qeydiyyat vəsiqəsini alıcı ilə birlikdə imzalayaraq (hec bir Polis Şöbəsinə və digər təşkilata getmədən) Transportstyrelsen adlanan bir təskilata poçt vasitəsilə göndərir və 5 gün ərzində qeydə alınmış bütün sənədlər yenə də poçt vasitəsilə avtomobilin yeni sahibinin yaşadiği ünvana çatdırılır.

Götürək avtomobillərin sürət həddini aşması və ya digər yol hərəkəti qaydalarının pozulması hallarını. Polis yüngül yol xətaları törədən sürücülərin əksəriyyətinə xəbərdarlıq edir, başa salır, heç onları cərimələmir də. Amma sürücü ciddi pozuntuya yol veribsə, onu heç nə xilas edə bilmir. Həmin şəxs ölkənin baş naziri, digər nüfuzlu vəzifə sahibi olsa belə. Yaxud da həmin şəxsə elə cərimə yazılır ki, həmin vətəndaş ömrü boyu bu cəriməni unutmur. Məsələn, avtomobili sərxoş halda idarə edən sürücülər 6 aydan 2 ilədək müddətə həbs edilirlər. Sürət limitini aşsan, 3 gün sonra ən azı 300 dollarlıq cərimə kağızı evinizə göndərilir.

Hətta sürücü istəsə belə hər hansı formada cəzaları rüşvətlə həll edə bilmir. Təəssüf ki, bütün bunlar sizə bir nağıl kimi görünür. Çünki bizdə polisdə işə düzələnlər o qədər xərcə düşür ki, sürücüdən pul almayıb, neyləsinlər?


Anar Əliyev. İsveç

Ardı var 

R4suloffR4suloff

OXUNMA SAYI :766

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff