Qədim Muğan||--||


Qədim Muğan||--||

Qədim Muğan




Muğan haqqında xüsusi kitab yazmış Əsgər Zahidov ərəb coğrafiyaşünası və səyyahı Əl-Məsudiyə istinadən Muğaniyyə haqqında belə məlumat verir: �Bura Qəbələ ilə qonşu olan Muğan ölkəsidir. Bu ölkə Muğaniyyə adlandırılmışdır və Xəzər dənizi sahilindəki ölkə deyildir. Muğaniyyə Kür çayından şimalda Girdman və Göyçay çaylarının aşağı axarı boyunca uzanır. O biri Muğan şəhəri olan Xəzər dənizinin sahilində yerləşən ölkədir. Mərhum professor Mahmud İsmayıl Muğandan bəhs edərkən yazmışdır:

�Azərbaycanda Muğan adı altında həm şəhər, həm də böyük düz olmuşdur. lX yüzilliyin ərəb səlnaməçisi İbn-Xordadbeh Xəzər sahilində Dərdbəndlə Ərdəbil arasında Muğan şəhərinin adını çəkir.

Tarixi ədəbiyyatda Muğan oronimi hələ miladdan qabaq V1 yüzillikdə yaşamış Hekatey Miletlinin və V yüzillikdə yaşamış tarixçi Herodotun qeyd etdiyi myuklar, muğlar soyunun adı ilə əlaqələndirilir. Həmin müəlliflər bu ərazidə myukların � muğların məskun olmalarını qeyd edir�

Azərbaycan Sovet Ensiklopediyasında yazılmışdır:

�Muğan düzü � Azərbaycan SSR-də düzənlik sahədə yerləşir, cənub-şərqdə Lənkəran ovalığına və Səlyan düzünə qarışır. Cənub-qərb davamı İran ərazisindədir. Muğan düzünün bir hissəsi okean səviyyəsindən alçaqdadır � (V11 cild, Bakı, 1983, səh. 84).

�Elm və həyat� jurnalının 1993-cü il 1-2-ci sayında Əsgər Zahidovun �Muğan və Muğaniyyə� adlı məqaləsində oxuyuruq: �Tarixən Muğan ərazisi çox geniş olmuşdur. O, Kür və Araz çaylarının sağ və sol tərəflərinə, o cümlədən, cənubi Azərbaycandan Şirvan düzünədək uzanan ərazini əhatə etmişdir.� Verilən məlumatlardan belə anlaşılır ki, bizim eranın X əsrində Lənkəran ovalığının yaranması ilə geniş və çox böyük Muğan düzü iki hissəyə ayrılmış, bir hissəsi Lənkəran ovalığından cənubda - cənubi Azərbaycan ərazisində qalmışdır. Təsadüfi deyildir ki, həmin ərazidə indi də Muğan adlı yaşayış məntəqəsi və toponimlər vardır. Lənkəran ovalığından şimalda olan hissə Salyan və Mil ərazilərinə qədər indiki Muğan ərazisidir. Bir daha qeyd edirik ki, uzaq keçmişdə Lənkəran ovalığı da Muğan düzünün sahəsinə daxil imiş.

Lənkəran ovalığında yerləşən indiki Masallı rayonunun ərazisinin çox hissəsi hətta X1X yüzillikdə belə bəzi mənbələrdə Muğan kimi təqdim olunmuşdur. Məsələn, Talış xanlığının tarixindən bəhs edən kitablarda- Səidəli Kazımbəyoğlunun �Cavahirnameyi-Lənkəran� (1869) və Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun �Lənkaran və Talış ölkələrinə məxsus Əxbərnamə� (1882) əsərlərində biz bunun şahidi oluruq:

1. �Muğanın Yeddioymaq ərazisində (Masallı rayonunun cənub-şərq hissəsində dənizə yaxın kənddir � Ə.A.) mülkləri olması haqda qeyd etdiyimiz kitabda məlumatlar vardır�.

2. �İş o yerə çatmışdı ki, Mir Həsən xan Muğan, yəni Ərkivandan Lənkərana gəldikdə Lənkəran bazarından keçərkən bazar camaatı onun nökərlərinə tərəzi gözlərini çalırdı� Bölgənin bütövlükdə �Muğan� adlanması o demək deyildir ki, sözü gedən ərazidə ayrı-ayrı yaşayış məskənləri olmamışdır. Məxəzlərdən aydın olur ki, bölgədə eramızın 1-ci minilliyinin əvvəllərində bir sıra yaşayış məntəqələri var imiş. Lakin onlar indiki kimi Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar adlandırılmamışdır. Öyrəndiyimizə görə, Lənkəranın, Astaranın adları 1X əsrin sonu-X

əsrdən, Masallının adı isə X1X əsrdən xəritələrə düşmüşdür.

Araşdırmalardan məlum olur ki, indiki Biləsuvar rayonu ərazisində qədim Şəhriyar, indiki Cəlilabad rayonu ərazisində Həməşərə, Bacrəvan, Bərzənd və s., Masallı rayonu ərazisində Qızılağac, Ərkivan, Hacıtəpə, Boradigah, Güllütəpə, Cəmcəm, Şəhriyar, Alvadı və s., Lənkəran rayonu ərazisində Aşağı Nüvədi, Suxtamurdab (Sütəmurdov), Boladi, Cil (Sütəgilon), Vilvan, Qozək (Ürgə), Xolmili, Mamusta, Siyavrud (Siyavar), Kosalar, Bəlləbul, Rvo, Şovu (Şuvbi) və s., Astara rayonu ərazisində qədim Arsarata (Astara), Butəsər (Penser), Ərçivan, Artupa, Təngərud, Siyəkü, Hamuşam, Alaşa, Sim, Sekaşan (Sakaşan), Sərək (Səka), Şüvi (Suvbi) və s. yaşayış məskənlərinin tarixi eramızın ilk yüzilliklərinə və ortalarına gedib çıxır.

Oxuculara ancaq Muğan ölkəsinin və Muğan şəhərinin aqibəti haqqında yığcam məlumat verməyi vacib bilirik.

Hörmətli Əsgər Zahidov X1 əsr Azərbaycan şairi Qətran Təbrizinin �Əbunəsr Məmlan İbn Vəhsutanın mədhi� şeirinə istinadən məlumat verir ki, X1 əsrdə Təbriz şahı ilə döyüşdə məğlub olan Muğan şahlığı Rəvvadilər dövlətinin tərkibinə daxil edilmişdir. Şeirdən məlum olur ki, Muğanda Dəlulə nəslindən olan feodallar ağalıq edirmiş. Dəlulənin oğlu Əmir Sipəhbud Təbriz şəhərinə tabe olmadığı üçün Vəhsutanın oğlu Əbunəsr Məmlanın (Məhəmmədin) ordusu Muğana hücum edir və Muğan şəhərində döyüş olur. Muğan şahı Sipəhbud məğlub edilir. Beləliklə, həmin vaxtdan Muğan şahlığı tarixdən silinir. Lakin böyük bir vilayət olaraq Muğan və onun çoxlu sayda tayfalardan ibarət olan sakinləri Azərbaycanın tarixi mərhələlərində və inkişafında həmişə fəal olmuşdur.

2. Muğan düzü uzaq keçmişdə

Coğrafiyaçı � toponimist alim Nadir Məmmədov Muğan düzü haqqında qeyd edir ki, coğrafi adı Azərbaycanın qədim paleotoponimlərindən biridir.

Əsgər Zahidovun fikrincə, �İlk dəfə adı 3500-4000 il bundan əvvəl çəkilən bu ərazi (söhbət ərazidən gedir, onda adı Muğan olmamışdır � Ə.A) tarixi mənbələrdə bütöv, bəzən də ayrı-ayrı dövlətlərin tərkibində olsa da, özünün tarixi keçmişini qoruyub saxlamışdır.

Köçərilik dəbdə olan vaxtlar burada sürü-sürü heyvanlar saxlanılırmış. Muğanın təbii sərvəti, əlverişli şəraiti diqqəti cəlb etdiyindən o, tez-tez əldən-ələ keçmişdir. İnamla demək olar ki, vaxtilə qaynar bir həyat yaşamış bu yerin sakinləri Azərbaycan xalqının və Azərbaycan dilinin təşəkkül tapıb formalaşmasında, onun inkişafında fəal rol oynamışdır.� (Müəllifin adını göstərdiyimiz kitabı). 

R4suloffR4suloff

OXUNMA SAYI :1453

PAYLAŞ
Digər Xəbərlər
Çox oxunanlar
1/5
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az