“Arkivan.az”la bağlı giley var


“Arkivan.az”la bağlı giley varDoğrudanmı öz tariximizə, mədəniyyətimizə bu qədər biganəyik?


Arkivan.az - saytının yaradılması ilə bağlı yəqin ki, çoxları məlumatlıdır. Artıq saytın ilkin maketi hazırdır və sayta 6-7 material (Qəsəbənin tarixi, çoğrafiyası, din xadimləri və sair haqqında yazılar) yerləşdirilib.
Bu işin nə qədər geniş miqyaslı və tutumlu bir fəaliyyət olması çoxlarına bəllidir. Biz əgər mükəmməl bir tanıtım saytı yaratmaq istəyiriksə, bunun üçün ən azı mini bir redaksiya lazımdır. Təəssüf ki, ilk addımdan çətinliklərlə üzləşmişik. Hələ ki, saytın təşkili mənim və komputerçi, tələbə Tural Rəsulzadənin üzərindədir. Bir neçə saytda, sosial şəbəkədə bu barədə dəfələrlə məlumat yaysaq da, hansısa ərkivanlının nə mənəvi, nə də maddi kömək yoxdur.
Ərkivan qəsəbə ərazi nümayəndəliyi, Ərkivan qəsəbə bələdiyyəsi sanki bəzi xüsusi tapşırıqları yerinə yetirmək üçündür – bu qəsəbənin tarixinin, mədəniyyətinin onlara heç dəxli yoxdur.
Bu yaxınlarda onlarla insan Ərkivan qəsəbə bələdiyyəsinə seçilmək üçün sözün həqiqi mənasında “can” qoyurdular. Onlardan biri- Sübhan Şiriyevin bir yazının redaktəsinə cüzi köməyini nəzərə almasaq, heç bir bələdiyyə aşiqi arkivan.az saytına sadəcə köməyini belə təklif etmədi. Ərazi nümayəndəsi bu barədə görüş təklifi günbəgün uzatdı. 2 ərkivanlı sabiq polis işçisi Ərkivanın polis tarixini yazmaq təklifimizə “alqış” desə də, 1 aydır ki, onlardan da soraq yoxdur. Eləcə də Ərkivan təhsil tarixini işləməyi üzərinə götürən ərkivanlı məktəb direktoru da susmağa üstünlük verir.
Bu il parlament seçkiləri ilidir. Ötən seçkilərdə 10-a yaxın ərkivanlı deputat olmaq eşqinə düşmüşdü. Görəsən, onlardan bircəsi Arkivan.az-ın təşkili üçün kömək etmək istərdimi.
Adını xeyriyyəçi qoyan bir-iki nəfər isə elə ağlaşma qurdu ki, az qaldı onlara yazğımız gəlsin, onlara yardım edək.
Amma, bu günlərdə kəndin tarixinə biganə olsa da, öz yubileyini keçirtməyə maraqlı olan ərkivanlılar az deyil.
Açığını desək, bu sayt mənə əziyyətdən başqa heç nə vermir. Bir qəzetçi kimi cenubxeberleri.com adlı normal saytım və eyni adlı qəzetim var. Ona çalışdım ki, 20 il öncə “Ərkivan” adlı 12 səhifəlik qəzet buraxıb kəndin tarixinin öyrənilməsinə ilk işıq saldığım kimi, onun elektron tarixini də yaratmağa cəhd etdim.
Hələ ki, ümidimizi tam üzməmişik. İnanırıq ki, 16 min əhalisi olan qəsəbənin tarixinin, mədəniyyətinin öyrənilməsinə maraqlı olan ən azı 10-15 nəfər tapa biləcəyik. Bu sahədə bacarığı olub, kölgədə gizlənənlər isə, necə deyərlər, sonra deməsinlər ki “Dilbər demədi”
Zahir ƏmənovR4suloffR4suloff

OXUNMA SAYI :1484

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az