Masallının coğrafiyası||--||


Masallının coğrafiyası||--||

 Tərtibatları olduqca gözəl olsa da, bu kitabların çoxu peşəkarlıqdan çox kənardır. Yaxud da bu kitablar sifariş əsasında, layiq oldu-olmadı hansı pullununsa dədəsinə, babasına həsr olunur. Fevralın ilk günlərində isə bizə daha bir kitab təqdim olundu - Masallı rayonunun Həsənli kənd orta məktəbinin müəllimi Fazil Məhərrəmovun tərtib etdiyi Masallı coğrafiyası.

Biz Fazil müəllimi, eləcə də ailəsini yaxşı tanıyırıq. Həyat yoldaşı Əfruzə xanım ictimaiyyətçidir, qadın hüquqlarını müdafiə edir. Qızı da arabir şeir yaradıcılığı ilə məşğul olur. Digər övladları da saf, zəhmətkeş uşaqlardır.


...Fazil müəllim bu kitabı ilə göstərdi ki, təkcə uşaqlara yox, elə bəzi müəllimlərə və ziyalılara da dərs demək qabiliyyətindədir. İndi, pisləri kənara qoysaq, yaxşı coğrafiya müəllimlərinin ən faydalı işi, dərsdənkənar, bəzən də elə dərs vaxtı, məktəb, yaxud evdə hər uşaqdan 20-30 manat alıb

repetitorluqdan o tərəfə keçə bilmir. Məhz belə fərdiyyətçiliyin nəticəsidir ki, şagirdlərimiz Amerikadakı, Afrikadakı çayların adını əzbər bilsələr də, öz doğma rayonundakı çaylardan, coğrafi məkanlardan xəbərsiz olurlar. Bir neçə il öncə cənub bölgəsindəki çaylar barədə qəzet üçün yazı hazırlatdırmaq istədik. Yalnız Astaradan Əfqan Şəfiyev, Masallıdan isə Fazil Məhərrəmov səsimizə səs verdi. Digər rayonlardan normal coğrafiya müəllimi tapılmadı ki, yaşadığı rayonun ərazisindəki çaylar haqqında normal bir yazı hazırlayıb təqdim etsin.

...Deyəsən, mətləbdən çox uzaq düşdük. Fazil Məhərrəmov Masallı coğrafiyası kitabında nələrdən bəhs edir? Bu kitabda Masallının coğrafi mövqeyi, relyefi, geoloji quruluşu, faydalı qazıntıları, iqlimi, çayları, gölləri, yeraltı suları, bulaqları, su anbarları, eləcə də torpağı, bitkiləri, burada yaşamış və yaşayan heyvanlar barədə ətraflı məlumat tapmaq mümkündür.

Kitabda maraqlı yazılardan biri də Masallıda işlədilən xalq coğrafiya terminləri lüğəti yazısıdır. Rayonun 10-a yaxın kəndi haqqında əfsanələr, rəvayətlər də kitabda yer alan maraqlı yazılardandır.

Həmçinin bu kitabda coğrafiyaya aid maraqlı testlər də yerləşdirilib.

Bu kitab yaxın vaxtlarda 70 yaşı tamam olacaq Fazil müəllimin yubileyində özünün özünə ən gözəl hədiyyəsidir. Biz Fazil müəllimi təbrik etməklə yanaşı, arzu edərdik ki, bölgəmizin digər müəllimləri də cənubun tarixi, mədəniyyəti, coğrafiyası... haqqında kitablar, heç olmasa məqalələr hazırlasın, internet saytları yaratsınlar. Sübut etsinlər ki, kim kimdir. 

R4suloffR4suloff

OXUNMA SAYI :936

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff