Masonluğun gizli tarixi...||--||


Masonluğun gizli tarixi...||--||

MASONLUQ REALLIQDIR...


Bu qanad tərəfdarları isə daha çox üstünlük təşkil edir və iddia edilir ki, Masonluğun tarixi çox qədim dövrə gedib çıxır. Sadəcə olaraq 18-ci əsrə qədər bu təşkilat mükəmməl strukturlaşmadığına görə diqqəti cəlb etməyib. Masonluğun fəlsəfi sütununun isə Tövrat olduğu bildirilir. Amma Quranda deyildiyi kimi, təhrif olunmuş Tövrat...

MASONLUĞUN YARANMASI...


1. İBTİDAİ DÖVR...


İddia edilir ki, masonluq ideyası peşəkar formada işlənərək ortaya ilk dəfə 2500 il öncə çıxarılıb. Amma həmin dövrdə masonluq bütövlükdə kahinlərin nəzarətində olduğundan daha çox dini cərəyan kimi gündəmə gəlib. Xristian dininin sürətlə yayılması zamanı daha da ciddi şəkildə təşkilatlandırılan Masonluğun ilk məqsədlərindən biri və birincisi xristian dininin inkişafını əngəlləmək, bu mümkün olmayanda isə bu dini təhrif edərək Mason prinsipləri səviyyəsinə gətirmək olub. Buna görə ciddi kapital sahibi olmaq, düşünən insanların təsir altına salınması əsas məqsəd və şərt olub. Masonluğun ilk fəaliyyət mərhələsi bu prinsiplərlə tamamlanıb. Növbəti mərhələdə isə xristianlıqla savaş aparan Masonluq qarşısına yeni dinin yaranmamasını məqsəd qoyur. Çünki istər həqiqi Tövratda, istərsə dəİncildə İslam dininin yaranacağı ilə bağlı xəbərdarlıqların müəyyən cizgiləri görünməyə başlayır və yeni peyğəmbərin zühuru sadəcə olaraq yəhudi sisteminin pozulması kimi dəyərləndirilir. Dinşünaslar da bildirirlər ki, həqiqətən də İslam dini yaranışını bəyan etməmişdən qabaq Mason xətti ilə Şərqdə onlarla saxta peyğəmbər ortaya çıxır və gəlişi gözlənilən peyğəmbər olduqlarını bildirirlər. Amma buna güc tam çatmır. Çünki Mason adlandırdığımız bu qüvvə həm də xristianlığa qarşı savaş açmışdı. Eyni vaxtda iki istiqamətdə aparılan savaş heç də uğurlu olmur. Diqqət yetirin, tarixi faktlar da sübut edir ki, yəhudi timsalında Masonluq, İslam dininin yarandığı ilk mərhələdə ona qarşı açıq savaş aparsa da, xristian dünyası yəhudilərə dəstək vermir. Çünki yəhudi-xristian savaşı daha dərin köklərə malik idi.


MASONLUĞUN YAXIN TARİXİ...


Masonluğun peşəkar fəaliyyət tarixi XVIII əsrə aid edilir. Bildirilir ki, XVIII əsrdə İngiltərədə yaranan təşkilat lojalara bölünüb. Və Qərbdə ilk loja Böyük Britaniya lojası adlandırılıb. Məhz həmin dövrlərdə, daha doğrusu, 1718-ci ildə Masonluqla bağlı miflər yaranmağa başlayıb. İngiltərədə yaranan lojanın fəaliyyətinin ilk illərində eyni addım Fransada da atılıb. Amma Fransada yaranan BÖYÜK ŞƏRQ LOJASI , İngiltərədə yaranan BÖYÜK LOJAdan daha güclü olub. Hətta Böyük Şərq Lojası Böyük Fransa inqilabının memarlarından birinə çevrilib. Avropada sürətlə genişlənən Masonluq Almaniyada da ciddi uğurlar əldə edə bilib. Nəticədə Almaniyada İngiltərə və Fransa lojalarından ayrı YORK LOJAsı təşkil edilib. Bildirilir ki. ilk mərhələdə bu lojaların birgə fəaliyyətində ciddi problemlər ortaya çıxıb. Tutalım, İngiltərədə yaranan loja daha çox mühafizəkar qaydalara əməl etməklə dərin dövləti ələ keçirtməyi əsas sayırdısa, Fransa lojası fiziki imkanlardan bəhrələnməyi, inqilablar yolu ilə Avropanı işğal etməyi əsas sayırdı. Almaniya lojası isə bir sıra ideoloji cərəyanlar yaradıb kütləvi itaətsizlik sisteminə əsaslanaraq nəticə əldə etməyi vacib sayır. Digər tərəfdən, yaranan lojaların müstəmləkələr uğrunda savaşı da diqqəti cəlb edir. Məhz bu ərəfədə mərkəzləşmiş PİRAMİDA sisteminin yaranmasına start verilir.

MASONÇULUQDA MƏQSƏDLƏR VƏ HƏDƏFLƏR YENİLƏNİR...

Masonluğun yarandığı ilk məqamdakı fəaliyyətini qısa da olsa nəzərinizə çatdırmışdıq. Amma 18-ci əsrin əvvəlində yaranan Mason təşkilatlarının həm də fəaliyyət proqramları ciddi şəkildə yeniləndi. Beləliklə, müasir Masonluq 3 istiqamətdə fəaliyyətə başladı:

- Dini istiqamətdə;

- Kapitala nəzarət üzrə;

- Dünyanın idarə olunmasına tam sahiblənmək sahəsində.

Əslində bunlar bir-biri ilə bağlı məsələlərdir və kökündə sadəcə hər şeyə sahiblənmək durur. Amma başlıca fərqlərdən biri bu oldu ki, Masonlarla Katolik dünyası ortaq məxrəcə gələ bildilər. Nəticədə katoliklərin üstünlük təşkil etdiyi İtaliya, İspaniya, Fransa sözün həqiqi mənasında Mason beşiyinə çevrildi. Həmçinin ideoloji yanaşmada ilk uğur xristian-Mason qarşıdurmasının aradan götürülməsi oldu. Bununla da hədəflərdən biri dəyişdi.

2500 illik xristianlığa qarşı dirəniş katolik-mason razılaşması ilə sona çatdı. Nəticədə əldə olan razılaşma aşağıdakı bəndlərlə sonuclandı:

1. Avropa və Amerikada bərabər fəaliyyət.

2. Xristian dininin hegemon din olaraq qəbulu.

3. Biznes sahəsində bərabər-rəqabətsiz fəaliyyət.

4. İdarəetmədə Mason imkanlarına daha geniş yerin ayrılması.

Masonluğun prinsiplərində başqa bir yenilik də ortaya çıxdı. Bununla da kahinlərin ali kürsüsü daha çox dünyəvi dəyərlərə üstünlük verən gizli və sərhədsiz dövlətə çevrildi.

19-cu əsrə qədər mərkəzləşən Masonçuluq iki prinsipi ana xətt elan etdi:

1. Gizlilik.

2. İtaət.

Daha sonra isə strukturun formalaşmasına, idarəetmənin dağınıq olmamasını təmin etmək üçün kollektiv idarəetmənin ləğvinə start verildi. Bu isə piramida fiqurunun gündəmə gəlməsi ilə sona çatdı.

MASONLUĞUN İDARƏ OLUNMASI

Masonluq dünyada 6 əsas ənənəvi loja tərəfindən idarə edilir. Bu lojalar isə özlüyündə vahid mərkəzdən idarə olunur. Bunlar Böyük, York , Böyük Şərq, Amerika, Qırmızılar və İç lojalarıdır. Həmçinin bu lojaların təsirində geniş hüquqlara malik olmayan yardımçı lojalar da var ki, burda da təşəbbüs türk və ərəbdilli ölkələrdə fəaliyyət göstərir.

LOJALARIN DAXİLİ STRUKTURU...

Piramida şəkilli idarəetmədə bütün bölgülər dərəcələr üzrə aparılır. Bu günə qədər açıq lojalarda 33 dərəcənin olduğu göstərilir. Amma qapalı lojalarda, başqa cür desək, 33 dərəcəli lojalara belə nəzarət edən başqa dərəcələr də var ki, bunlarla da bağlı fərziyyələrimizi nəzərinizə çatdıracağıq. İndi isə gəlin 33 dərəcəyə diqqət yetirək. Ən mükəmməl dərəcə 33-cü dərəcədir ki, bu dərəcə sahibinə

-Ali kahin;

-Müstəqil General;

-Baş inspektor deyilir. Yəni hərfi tərcümələrdə əsasən bu üç çağırışdan istifadə edilir. Müstəqil General deyə çağıracağımız 33-cü dərəcə sahibi istənilən qərarın çıxarılmasını həyata keçirməklə yanaşı, həm də digər 32 dərəcə sahibləri qarşısında hər hansı məsuliyyət daşımır. Onun dedikləri müzakirə olunmur. Hətta mənasını anlamasan da icra etməlisən.

32-ci dərəcə sahibi daha çox dini, fəlsəfi əsasların hazırlanması ilə məşğul olur və Müstəqil Generalın varisi hesab edilir. Nəzəri bilgilərin hazırlanması, yayılması məsələlərində varis həlledici sima hesab olunur. 31-ci dərəcə sahibi isə nəzəri bilgilərdən kənarda duran və Müstəqil Generalın qərarlarını həyata keçirən, təşkilatın dəmir qaydalarını nəzarətdə saxlayan bir sima olur. Beləliklə də vəzifələr dərəcələrə uyğun olaraq bölünür. Çox maraqlıdır ki, 20-ci əsrin əvvəlinə qədər əksər araşdırmaçılar hesab edirdilər ki, Masonçuluqda ən yüksək dərəcə ALİ USTA dərəcəsidir. Daha sonra isə bildirildi ki, ən uca dərəcə BÖYÜK USTAya məxsusdur. Amma 20-30 illik fasilədən sonra məlum olur ki, ALİ USTA lojalarda 5-ci dərəcə, BÖYÜK USTA isə 12-ci dərəcə sahibinə deyilir. Çox maraqlıdır ki, bu dərəcələr arasında diqqəti daha çox cəlb edən dərəcə 17-ci dərəcədir. Ən azı Azərbaycan və qonşu ölkələr üçün. Çünki bu dərəcə sahibi məhz Şərq və Qərb Mason hərəkatının fəaliyyətini tənzimləyən həlledici dərəcə sahibi sayılır. Buna görə də 17-ci dərəcə sahibi ŞƏRQ-QƏRB PƏLƏNGİ və ya CƏNGAVƏRİ adlanır.


MASONLARIN QULLARI


Mason lojaları , dərəcələr və dərəcələrdən yüksəkdə dayanan birliklərə növbəti yazılarımızda yenə aydınlıqlar gətirəcəyik. İndi isə 19-cu əsrdə Masonların kütləviləşməsinə və 20-ci əsrin sonunda dünya sahibliyini ələ keçirtmək üçün etdikləri prinsipial dəyişikliklərdən növbətisinə diqqət yetirək. Söhbət bizim Masonların sosial bazası adlandırdığımız, onların isə nökər, itaətkar və ya şagird adlandırdıqları təbəqədən gedir. Bu təbəqə Masonluğa xidmət edən milyonlarla, bəlkə də yüz milyonlarla insan deməkdir. Və bunların 80-90 faizi istənilən din sahibi olan, başqa-başqa millətlərin nümayəndələridir. Edilən prinsipial dəyişiklik də məhz bu oldu ki. Mason yalnız yəhudilərin təşkilatı olmamalıdır. Yəni başqa dindən olan, başqa millətləri təmsil edən insanlar da Masonluğa xidmət edə bilərlər. Məhz bundan sonra belə bir rəy yarandı ki, Mason təşkilatı müxtəlif millətlərdən təşkil olunmuş siyasi-dini- kriminal birləşmədir. Amma son 50 ildə tam çılpaqlığı ilə sübut olunacaqdı ki, bu təşkilat yenə də yəhudi prinsiplərini qoruyan təşkilatdır. Və edilən dəyişiklik sadəcə olaraq itaətkar bazanı genişləndirmək üçün lazımdır Aparılan araşdırmalar da sübut edir ki, piramida şəkilli təşkilatlarda qeyri - yəhudi millətindən olanlar bəlli dərəcəyə qədər yüksələ bilərlər. Bunun üçün isə çox ağır şərtlər qəbul etdirilir. Qeyd olunur ki, qeyri-yəhudilərin qazandığı ən ali dərəcə 12-ci dərəcə olub. Bu dərəcəyə gəlib çatan şəxs qəti şəkildə millətindən, dinindən və dövlətindən imtina edir. Ona hansısa dinə, dövlətə xidmət etmək əmri də verilmir. Onun tək vəzifəsi 13-cü dərəcənin əmrlərini sorğu-sualsız həyata keçirməkdir...  

R4suloffR4suloff

OXUNMA SAYI :704

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff