1990-cı ilin Lənkəran faciəsi


1990-cı ilin Lənkəran faciəsi


















Lənkəran cəbhəçiləri Lənkəranda hökumət idarələrini niyə boykot etdilər?
Haftoni meşəsində rus qoşunları ilə cəbhəçilər niyə atışdı?
Əlikram Hümbətov cəbhəçilər üçün hansı problemləri yaratdı?
Ulyanovska aparılan 37 Lənkəran cəbhəçisindən biri necə boğuldu?
Haftonidəki atışmadan sonra Lənkəran cəbhəçiləri 2 ay Masallıda kimin evində və kimin köməyi ilə gizləndi?
60 Lənkəran cəbhəçiləri Lənkəranda hökumət idarələrini niyə boykot etdilər?
Haftoni meşəsində rus qoşunları ilə cəbhəçilər niyə atışdı?
Əlikram Hümbətov cəbhəçilər üçün hansı problemləri yaratdı?
Ulyanovska aparılan 37 Lənkəran cəbhəçisindən biri necə boğuldu?
Haftonidəki atışmadan sonra Lənkəran cəbhəçiləri 2 ay Masallıda kimin evində və kimin köməyiilə gizləndi?


Bu sualları LXC-nin o vaxtkı liderlərindən biri, 1992-1993-cü illərdə Lənkəran icra hakimiyyətinə başçılıq etmiş, kimya elmləri namizədi Hüseynqulu Məmmədov cavablandırır:

- 1989-cu ilin dekabr ayında Ermənistan SSR Ali Soveti Qarabağı özünə birləşdirməklə bağlı qərar qəbul etmişdi. Bu qərar Azərbaycan xalqı, o cümlədən, lənkəranlılar tərəfindən etirazla qarşılandı. Ancaq Vəzirov hakimiyyəti vəziyyətdən çıxış yolunu Dağlıq Qarabağa iqtisadi yardımlar göstərməkdə görürdü. Buna mane olmaq üçün etiraz aksiyaları keçirtməyi qərara aldıq. Sübut etmək istəyirdik ki, həqiqətən Dağlıq Qarabağ Ermənistanın yox, Azərbaycanın tərkibhissəsidir. Beləliklə, bizlənkəranlılaretirazəlamətiolaraq 1990-cı ilinyanvarayının 11-dən etibarən bir sıra tələbləri rəlisürməklə Lənkəran dasiyasi hakimiyyətin fəaliyyətini dondurduq. Rayondakı aparıcı hökumət idarələrinin fəaliyyət göstərməsinə imkan vermədik. Bu məqsədlə Lənkəran rayon rəhbərliyilə görüşdük və onlar da bizə dəstək verdilər. Bizim tələblərə sasən iş yerlərində, fabriklərdə, zavodlarda tətillər həyatakeçirməklə irəli sürülürdü. Yəni zavod və fabriklərin işçiləri etiraz əlaməti olaraq tətilə çıxırdılar, işə getmirdilər. Bu da o zaman üçün çox ciddi bir iş idi. Ən əsası ondan ibarət idi ki, bu iş də rayon partiya komitəsi, təhlükəsizlik orqanları da xalqa dəstək olurdu və beləliklə Lənkəranda rəsmi hökumət strukturları rəsmi olaraq öz fəaliyyətlərini dondurmağa məcbur oldular.
Yanvarın 11-də başlayan aksiyalar yanvarın 25-nə qədər davam etdi. Bu müddət ərzində ölkəmizdə böyük bir faciə yaşandı.
Bildiyiniz kimi yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıda kütləvi qırğın törətdilər. Bu hadisələr zamanı 131 nəfər dünyasınıdəyişdi, 250 nəfərə yaxın insan yaralandı.
Sovetqoşunları 20 yanvar hadisəsindən sonra ölkənin bir sıra rayonlarında da qırğınlar həyata keçirtdilər. Ancaq bu hadisələr Lənkəranda baş vermədi. Bunun qarşısını necə ala bildiniz? Sualımızı Hüseynqulu bəy belə cavablandırdı: - Bir sıra rayonlarda rusqoşunları qırğınlar törətdi. Xüsusilə Neftçalada faciəli hadisələr baş verdi. Bizimdə belə bir qorxumuz varidi, çünki, Lənkəran yeganə rayon idi ki, bu siyasi hakimiyyətə rəsmən etiraz etmişdi. Bu səbəbdən biz çıxış yolu tapmalı idik və belə qərara gəldik ki, həmin dövrdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Lənkəranda olan nümayəndəliyi ilə görüş keçirək. Lənkəran tərəfdən görüşdə rayon xalq cəbhəsinin idarə heyətinin üzvləri, mən Hüseynqulu Məmmədov, Arif İsmayılov və Lənkəran şəhər XDS İK sədri və onun müavini, SSRİ tərəfindənisə DTK-nın nümayəndələri və Lənkəran Sərhəd Dəstəsinin komandiri, polkovnik Totski iştirakedirdi.
Bu görüşdə məqsəd bundan ibarətidi ki, qarşılıqlı bir protokol imzalayaq. Bu protokolun əsas şərti bu idi ki, LXC-nin nümayəndələr onlarda olan silahları təhvil verir və bunun qarşılığında sovet ordusu şəhərə daxil olmur. Bu görüş 1990-cı ilin yanvar ayının 25-də, gecə saat 12 radələrində başladı və gecə saat 3-ə qədərdavametdi. Nəhayət, razılaşma protokolu imzalandı. Səhəri gün, yanvarın 26-da günorta saat 3-ə qədər bütün silahlar toplandı. Amma.... Təəssüfki, ayın 26-sı LXC-nin üzvlərindən olan Əlikram Hümbətov razılaşmanı pozaraq silahlı dəstəi lə Haftoni meşəsinə çəkildi. Biz saat 2-yə qədər onunla danışıqlar apardıq ki, silahları təhvil versin, ancaq bud anışıqlar heç bir nəticə vermədi. Beləliklə, yanvar ayının 26-sı gündüz saat 2-də Haftoni meşəsində SSRİ qoşunu ilə Əlikram Hümbətovun dəstəsi arasın da silahlı toqquşma başladı və atışma nəticəsində LXC-nin üç üzvü həlak oldu, daha iki nəfər isə sürdükləri motisikletdə alovlu silahlar vasitəsiilə öldürüldü. Əks tərəfdənisə 1 nəfər komandır həlak oldu. Bu olayda əslində günahkarın kimliyini demək tam düzgün deyil. Əlikram Hümbətov ona görə meşəyə çəkilmişdi ki, o, Moskvanın verdiyi sözü tutacağına inanmırdı. Meşəyə də ona görə üz tutmuşdu ki, əgər hücum olarsa, döyüş şəhərin daxilində olmasın.Yəni o, şəhərə olacaq hücumun istiqamətini dəyişmək istəyirdi. Təəssüf ki, xoşagəlməz hadisələr bununla bitmədi. Əslində isə biz hər şeyin bitdiyini zənn etmişdik. Ancaq, aksiyalardan sonra LXC-nin 37 üzvü həbs olunaraq helikopter vasitəsiilə Bakıya, oradan da Rusiyanın Ulyanovsk həbsxanasına aparıldı. Həmin 37 nəfərə ağır işgəncələr verilib. Qolları arxadan bağlanaraq ipin bir ucu boğazlarına keçirilərək adi yük kimi həmin helikopterə yükləyiblər. Onlardan Tariyel adlı cəbhəçi helikopterdə boğularaq öldü, digər 36 nəfər isə təqribən bir aydan sonra Lənkərana qaytarıldı.
90-cı ilin yanvar hadisələri mənim fikrimcə Lənkəranın qızıl səhifələridir. Bunun da iki əsas səbəbi var: əvvəla ona görə ki, Lənkəran
demək olar böyük bir qırğından xilas oldu. İkincisiisə, Lənkəran camaatı böyük birlik, əzm nümayiş etdirdi. Əslində keçən 20 il zaman baxımından elə də böyük məsafə deyil. Ancaq bu zaman kəsiyində insanların hadisələrə baxışı tamam fərqli bir forma alıb. Sankii nsanların vətənpərvərlik ruhu ölüb. Bunun da əsas səbəbkarı bu günkü siyasi, monopolist və korrupsiyaya uğramış hakimiyyətdir. Məsələn, neçə illərdir ki, ölkədə ki seçkilər saxtalaşdırılır, insanların hüquqları bir çox sahələrdə olduqca kobud şəkildə pozulur. Bu səbəbdən əhali çox məsələdə daha çox seyrçi mövqeyində qalmağı üstün tutur. Söhbətin sonunda Hüseynqulu bəy icra başçısı işlədiyi dövrdən də danışaraq bildirdiki, cəmi 1 il 1 ay müddətində Lənkəranın icra başçıs ıişləyib. Bizim işimizin də əsas prioriteti demokratik dəyərləri bərqərar etməkidi. İkinci əsas istiqamətisə təsərrüfat sahələrinin inkişafına və xalqın rifahına nail olmaq idi.

Bir zamanlar Lənkəranda Murdov gölü olub. Bu göl sovet hakimiyyəti illərində qurudulmuşdu. Gölün əsas əhəmiyyəti əkin sahələrinin suvarılması idi. Biz o dövrlər gölü bərpa etməklə ilk dəfə olaraq Lənkəranda çəltikçiliyin əsasını qoyduq. Bundan əlavə çayçılığın, heyvandarlığın inkişafı üçün müəyyən addımlara tdıq. Məsələn, mən Lənkəranın icra başçısı postunu təhvil alanda bu rayonun 7000 hektar çay sahəsi vardı. İcra hakimiyyəti postunu təhvil verəndə isə bu ərazi 7200 hektara bərabər idi. Bir il üçün bu normal göstəriciidi. Anca qtəəssüflər olsun ki, məndən sonra icra başçısı işləyən Dilruba Camalovanın dövründə bu əkin sahələri demək olar ki, məhv edildi. Hazırkı Lənkəran işığı sönmüş bir otaqdır. Bu gün Lənkəran sakinlərinin sanki gələcəyə ümidləri tükənib. İnsanlar rəhbərlik dən xilas yolunu düşünürlər. Əhali fikirləşirki, görəsən biz nə vaxt bu korrupsiyadan, monopoliyadan qurtulacağıq.
Hazırladı: Zahir.
Yazı 2011-ci ildə, Hüseyqulu Məmmədli ilə müsahibə əsasında hazırlanıb və həmin ilin yanvarında “Cənub xəbərləri” qəzetində çap olunmuşdur. Saytımızı yaxın vaxtlarda daha bir neçə yazını sizə təqdim etməyi planlaşdırır.R4suloffR4suloff

OXUNMA SAYI :2193

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff