Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb




Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova

işdən azad olunub


Lənkəran təhsil şöbəsinin müdiri işdən çıxarılıb


Bu barədə "Qafqazinfo”ya məlumatı hazırda həmin vəzifəni müvəqqəti icra edən Təhsil Şöbəsinin müavini Güloğlan Bağırov verib.

O bildirib ki, eks rəhbər oktyabrın 9-da ərizəsi ilə işdən ayrılıb.

Hələ ki, rəhbər vəzifəsinə rəsmi təyinat olunmayıb.

“Cenubxeberleri.com”dan: Xəbər verdiyimiz kimi bir neçə ay öncə Lerik rayon Təhsil Şöbəsinin müdiri Balaşirin müəllim də vəzifəsindən azad edilmişdi. O da bəllidir ki, Təhsil Şöbələrinin birləşmə layihəsində Lənkəran, Lerik və Astara bir qrupa daxil edilmişdi. Həm də mərkəz Astara seçilmişdi.

İndi bu qrupda Lerik və Lənkəran rayonlarında Təhsil Şöbəsinin müdiri yeri boşdur. Deməli, Astaranın bu qrupda öz namizədini rəhbər seeçmək şansı daha real görünür.

R4suloffR4suloff

OXUNMA SAYI :1035

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff