ASAN Könüllüləri Təşkilatı gənclərə müraciət edir



Azərbaycan Universiteti, ASAN Könüllüləri Təşkilatı və “Azərbaycan Universitetləri” təhsil-facebook səhifəsi (facebook.com) birlikdə tələbələrin şəxsi və təhsil inkişafına dəstək məqsədi ilə "Könüllü" tələbə-təqaüd proqramı elan edəcək.

ASAN Könüllüləri Təşkilatı gənclərə müraciət edir


Belə ki, cənab prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramın 5.7.5-ci bəndinə ictimai dəstəyin göstərilməsi məqsədi ilə, “Könüllü” Tələbə təqaüd proqramın elan edilməsi planlaşdırılır.

“Könüllü” Tələbə təqaüd proqramına ölkəmizdə fəaliyyət göstərən ail təhsil müəssisələrinin müəyyən ixtisasları üzrə təhsil alan tələbələrinin müraciət etməsi nəzərdə tutulur.

Qeyd edək ki, ixtisaslar sizdən daxil olan təkliflər əsasında formalaşdırılacaqdır.

Təqaüd fondunun ilkin vəsaiti Dr. Nadir Adilov tərəfindən yazılan,“Gəncsən? Başla!” kitabının satışından əldə edilən vəsait əsasında formalaşdırılacaq.

Təqaüd fondunun ümümi məbləği 3000 manatdır.

Təqaüd proqramında hansı ixtisasların iştirak etməsini arzu edirsiniz?

Şərh və təkliflərinizi yazın.

#GəncsənBaşla #AzərbaycanUniversiteti #ASANyouth #ASAN #eduaz #AzeUni

R4suloffR4suloff

OXUNMA SAYI :557

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff