“Uğur” Tədris Mərkəzi nələr vəd edir?||--||


“Uğur” Tədris Mərkəzi nələr vəd edir?||--||
“Uğur” Tədris Mərkəzi nələr vəd edir?||--||

 


Son vaxtlar Masallı Rayon İcra hakimiyyətindən Təzə bazara gedən yolun sol tərəfində 2 mərtəbəli və yaraşıqlı bir bina diqqəti cəlb edir. Bu, “Uğur” Tədris Mərkəzinin binasıdır.

Yeni tədris ilindən, bu il sentyabrın 15-dən fəaliyyətə başlayacaq bu mərkəz özəl, ödənişli təhsil ocağı kimi aşağıdakıları planlaşdırır:


- “Uğur” Tədris Mərkəzinə məktəbəqədər, 5 yaşlı uşaqlardan tutmuş 11-ci sinfədək şagirdlər qəbul edilir;

- Dərslər hər gün 5 saat olmaqla, həftədə 3 dəfə nahardan sonra, saat 15.00-20.00 arası keçiriləcək.

Məşğələlər bir neçə yaş üzrə bölünüb:

- 5 yaş - məktəbəqədər uşaqlar üçün;

- İbtidai sinif şagirdləri üçün;

- 5-6-7-ci sinif şagirdləri üçün;

- 8-9-10-11-ci sinif şagirdləri üçün;


8-ci sinifdən başlayaraq məşğələlər şagirdlərin seçdikləri qruplardakı fənlər üzrə qruplaşdırılacaq.

Dərslər imtahan nəticəsində seçilmiş ən peşəkar yerli müəllimlər tərəfindən tədris olunacaq.

Təhsil haqqı üçün aylıq ödəniş:

- 5 yaşa qədər və ibtidai siniflər üçün hər ay 40 manat;

- 5-6-7-ci siniflər üçün hər ay 70 manat;

- 8-9-cu siniflər üçün hər ay 90 manat;

- 10-cu siniflər üçün hər ay 110 manat;

- 11-ci siniflər üçün hər ay 140 manat.

Şəhid ailələrinin uşaqları bu mərkəzdə 30 faiz güzəştlə təhsil alacaq.

Bir ailədən 2 uşaq təhsil alacaqsa, onların hər birinə 20 faiz güzəşt ediləcək.

Şagirdlər hər gün, hər həftə və hər ay öyrəndikləri fənlər üzrə test ediləcək.

Ayın yekununa görə ən yüksək göstərici əldə edən şagird növbəti ay üçün ödəniş haqqı verməyəcək. 2-ci, 3-cü nəticə göstərənlərə isə müvafiq olaraq 20-30 faiz güzəşt ediləcək.

Bu mərkəzi bitirən və ali məktəbə qəbul zamanı ən yüksək nəticə göstərəcək şagird xarici ölkəyə pulsuz səfərlə mükafatlandırılacaq.

Bu mərkəzdən övladlarının təhsil almasını istəyən valideynlər aşağıdakı sənədləri təqdim etməlidir:

- Şagirdin doğum şəhadətnaməsinin surəti;

- Hər 2 valideynin şəxsiyyət vəsiqələrinin surətləri;

Sənədlər bu il sentyabr ayının 10-na kimi qəbul edilir.

- Mərkəzin əlaqə telefonu: 0 55 630 44 27,

- 0 25 21 5 50 77.

- E-mail: tural-isa@mail.ru


 


 

R4suloffR4suloff

OXUNMA SAYI :821

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff