Narazılar və... Narazılardan narazılarla görüş||--||


Narazılar və... Narazılardan narazılarla görüş||--||



Narazılar və... Narazılardan narazılarla görüş


Tədbiri qəzetin baş redaktoru Zahir Əmənov açaraq öncə təhsil işçilərinə söz verib �Hansı uğurlarınızla öyünürsünüz?� sualını cavablandırmağı xahiş etdi.

Bu sualı cavablandıran RTŞ-nin metodisti Hüseyn Hüseynov bildirdi ki, bizim başlıca məqsədimiz təhsilimizi Avropa standartlarına uyğunlaşdırmaqdır. Məktəblərimizin maddi texniki bazası nəzərəçarpacaq dərəcədə yaxşılaşır, yeni məktəblər tikilir. Digərləri əsaslı təmir edilir. Pedoqoji fəlaiyyətimizdə isə öncə aşağı siniflərdə kirikulum metodu ilə təhsilin təkmilləşməsinə diqqət yetiririk. Bu il krikilium kurslarından keçmiş 260 müəllim ibtidai siniflərdə dərs deyəcək. Onlar şagirdlərə yazıb oxumağı öyrətməklə yanaşı onların nitq mədəniyyətini də inkişaf etdirməyə ciddi diqqət yetirəcək. Bu gün bacarıqlı müəllimlərin çox olsa da aşağı səviyyəli müəllimlər də az deyil. Müəllimlik ixtisası qazananlar ilbəil çoxalır, məktəblərdə isə əksinə şagirdlərin sayı ilbəil azalır. Bu da bir sıra problemlər yaradır. Biz də çalışırıq ki, müəllimlər arasında ciddi işsizlik yaranmasın. Bəzi qocaman müəllimlər, məsələn Tükoba kəndində �Əməkdar müəllim�, Qurban müəllim, Çaxırlıdan Yarımşah müəllim, Ərkivan əsas məktəbindən Nərçə müəllim könüllü olaraq dərs deməkdən imtina etdilər. Təəssüf ki, hələ də fiziki imkanları imkan verməyən bəzi qocaman müəllimlər məktəblə vidalaşmaq istəmir.

İndi müəllimlər Təhsil nazirliyi tərəfindən test üsulu ilə seçilir. Bu testdən keçən Sumqayıtlı bir qadın hazırda Xıl məktəbində dərs deyir. Təəssüf ki, müəllimlik arzusunda olanlar bəzən elementar suallara cavab verə bilmir.


İmtahanların mərkəzləşdirilmiş qaydada keçirilməsi təhsilin səviyyəsini yüksəltməkdir. Təhsil şöbəsi də yeni qayda ilə işləməyə çalışır. Məsələn, bu il rayonun 9-cu siniflərini bitirən 2400 şagirddən 1000 nəfərdən çoxu 25 sualdan 5-nə belə cavab verə bilməyərək payıza qalıb.

Uşaqlar aşağı sinifdən zəif gəlir. Təklif etdik ki, 4-cü sinifdən 5-ci sinfə keçid də imtahanla olsun.

Müəllimləri öyrətməklə yanaşı ciddi və ardıcıl yoxlamalar aparırıq. Oktyabrın 1-dən başlayaraq rayonun bütün məktəblərində kütləvi frontal yoxlamalara başlayacağıq. Yoxlamanın vaxtı məktəblərə əvvəldən bəlli olmayacaq. Hamı işini həmişə etibarlı qurmalıdır ki, qəfil yoxlamalara hazır olsun.

Zakir Abuşovun. Zakir müəllim öncə siniflərin necə bölünməsi ilə bağlı suala cavab istədi. Hüseyn müəllim bildirdi ki, 1-IX-cu siniflərdə şagirdlərin sayı 38-40 olduqda yeni sinif aşmaq olar. Yuxarı siniflərdə isə şagirdlərin sayı 15 və daha çox olduqda qruplara bölünür

Hamı yekdilliklə razılaşdı ki, aşağı siniflərdə şagirdlərin sayının 30-35 nəfər olması normal təhsilə imkan vermir.

Zakir Abuşov daha sonra oyuncaq �Gəncə filialını� bitirənlərin müəllimlik məsələsinə toxundu. Qeyd etdi ki, elə şagird var, məktəbi ölüm-zülm bitirib, indi o da Gəncə filialının bir diplomunu alıb, mənimlə birlikdə işləyir. Belələrindən hansı səviyyəli pedaqoqluq gözləmək olar?

Hüsey Hüseynov- Belələrinə Dövlət Komissiyası sənəd verib. Biz onun diplomunu ala bilmərik. Məktəblərdə metodiki mərkəzlər olmalı, təcrübəli müəllimlər onları öyrətməlidir.

Zakir Abuşov:- Bizdə isə vətəndaş-dövlət münasibətlərinin formalaşması pis vəziyyətdədir. Dövlətimizi ürəkdən sevirikmi?

Hüseyn Hüseynov: - Ölkəmiz cavan ölkədir İndi Avropaya inteqrasiya edirik. Müəllim -Vətəndaş yerində olanda bir çox nöqsanlar öz-özünə yaranacaq.

Zakir Abuşov:- Vəzifəli şəxs kimi yox, vətəndaş kimi danışaq. Həmişə nöqsanlar kiminsə boynuna atılır. 50 ildir ki müəllim işləyirəm. Həmişə ciddi nöqsanlar olub. Hələ sovet dövründə şagirdlər �şparkalkasız� unşa yazmırdı. Necə olur 2-dən 9-dək heç kim, (ən yaxşı halda 4-5 nəfər sinifdə qalır), a mma 9-cu siniflərin buraxılış imtahanlarında birdən-birə şagirdlərin az qala yarısın 1000 nəfəri imtahan verə bilmir.Məktəbin qarısına qoyulan tələblər düzgün deyil. İstər müəllim, istər siz metodistlər 100-200 manat əmək haqqı ilə təhsili irəli apara bilməzsiniz. Eləcə də elə müəllim adını daşıyan var ki, ona nəinki 5 uşaq etibar etməməkk, hətta belələrini məktəbdən qovmaq lazımdır. Niyə bu gün başı üstündə nə metodist, nə inspektor olmayan, ancaq vicdanının hökmü ilə işləyən repetitor müəllim yüksək nəticələr əldə edir, lakin 10 cür nəzarətçi ilə işləyən məktəb yox?

Eyni nöqsanlar səhiyyədə də, mədəniyyətdə də, digər sahələrdə də var. Kökləri tapmalıyıq. Təsadüfi adamlar təhsilə ayaq açmamaldır.

Hüseyn Hüseynov:- 2000-ci ildən 2005-ci ilə kimi respublikada təhsil sahəsində boşluq olub. Bir çox qabaqcıl müəllimlər məktəbi tərk etdi. Bu zaman təsadüfi adamlar məktəbə ayaq açdı.

Ulduzxan müəllim:- (Masallı şəhər 1 saylı orta məktəbin müəllimi): Bəzən əks fikirli insanlar da olur. Bizdə fərqli düşüncəli insanları dinləməyi rəsmilər çox da maraqlı deyil. Tərif də tənqid də faktlara əsaslanmalıdır. TəHsilin vəziyyətini müəllim qədər bilən olmaz. İlk tənə də müəllimə vurulur. 40 ildir müəllim işləyirəm. İndi hansı zamandır ki, dərslərin başlanmasından 2 həftəyə yaxın vaxt keçib, lakin yenə də onlarla uşağa kitab çatmır. Kitab çatmırsa, niyə bəs bazarda istənilən qədər dərs kitabı satılır? Elə məktəb kitabxanaları var orada siçovullar at oynadır. Hələ uşaqları iş dəftərlərinə və digər dərs ləvazimatlarına xərclədikləri pulları demirik.

Səfayıl Eyvazov: � Təəssüf ki, hələ də 5-ci siniflər üçün kitab yoxdur. Bu il gəlməyib. Bir də elə özəl mətbəələr var ki, özləri həmin dərsliklərdən çap edir.

Zahir Əmənov əlavə etdi ki, özəl mətbəənin Təhsil nazirliyinin razılığı olmadan kitab çap etməsi cinayətdir.

Mirzəkişi Mirzəyev isə təhsildə rüşvətxorluq hallarına toxunaraq sual etdi ki, ibtidai siniflərdə dərs demək üçün razılıq məktubu alan 260 nəfərin hər birinə həmin sənəd neçəyə başa gəlib?

Hüseyn Hüseynov:- Masallı yeganə rayondur ki, burada imtahanlar tam real və obyektiv keçib. Krikulum təhsil nazirliyindən gəlmişdi Bir qrup kəsildi, sonra təkrar keçdi

Mirzəkişi Mirzəyev bir daha �Gəncə filialı� məsələsinə toxundu :- �Gəncə filialını� qurtaran Gəncənin yerini bilmir. 2001-ci ildə Misir Mərdənov göstəriş verdi ki, bu oyuncaq məktəbi bitirənlərin diplomu etibarsız sayılsın.

Asif Abbaszadə: - O məsələni mən qaldırmışam. Əvvəl ekspert rəyini göstərdilər ki, doğrudan da bu məktəbin diplomu etibarsızdır. Sonra işi ötürdülər Lənkəran prokurorluğuna. Orada işi necə düzüb qoşdularsa, həmin etibarsız oldu etibarlı. Təkcə mənim araşdırmama nəticəsində qondarma �Gəncə filialını� bitirən 162 nəfər aşkarlanmışdı. Onlar indi də kal armud kimi məktəblərin boğazındadır.

Səfayıl Eyvazov: - Bu problemlər bizi də narahat edir. Rayonun Xırmandalı kəndindən bu mövzuda kifayət qədər şikayət var idi. Gedib orada test keçirtmək istədik. Həmin zəif müəllimlər heç testə gəlmədilər. Lakin gəlməyənlərə cəza verə bilmədik. Yəni bu işdə dəqiq mexanizm yoxdur. Deyirlər ki, metod birləşməyə tapşır, sonra metodisti ona dərs keçməlidir, sonra kollegiya baxmalıdır və sair Gərək 6-7 ay bu işin dalınca gedəsən ki, bir səriştəsiz müəllimi məktəbdən kənarlaşdırasan.

Zakir Abuşov bir daha söhbətə qoşularaq bildir ki, siz deyənlər bir-biri ilə düz gəlmir. Onda pul yığmayın. Əslində bu var.

Mirzəkişi Mirəzyev bildirdi ki, abunə adı ilə yığılan pula görə qəzet ala bilmirlər.

Bundan əlavə Ərkivan orta məktəbində may ayında qərəzli yoxlama aparıb 15 müəllimin pulun tutdular. Möhürü elə bəzi adamlara ona görə verməyiblər ki, hara gəldi vursun.

Hüseyn Hüseynov:- Ərkivan məktəbində frontal yoxlama aparılıb. Həmin nöqsanlara uyğun da qərar qəbul edilib.

Zakir Abuşov:- Hansı müəllimə kabinet səhv həvalə edilibsə, bu qərarı verən kimdir? O niyə cəzalanmır? Niyə bu ilin sonuncu ayında yada düşür? Əsas dərdlər isə bu deyil. Azərbaycanı təhsili pis günə qoyan rüşvətdir. Əgər məktəbdə nəinki valideyndən hətta şagirddən rüşvət alınırsa, bu faciədir. Çalışdığım məktəbdə hamı açıq-aşkar deyirdi ki, attestat almaq üçün 100 manat pul vermək lazımdır. Bakıya gedib oradakı məktəblərlə tanış olanda isə məlum oldu ki, burada tas daha yuxarıdır.

Hüseyn Hüseynov: - Masallı təhsil şöbəsinin müdiri dəfələrlə iclasda açıq bəyan edib ki, attestat üçün pul almayın. Hansı direktorun bu məsələdə əməli aşkarlansa cəzalanacaq.

Zahir Əmənov təklif etdi ki, belə hallara qarşı real mübarizə aparmaq istəyirsinizsə, yaxşı olar ki, təhsil şöbəsində həmin vaxtlar �Qaynar xətt� yaradın. İstənilən şəxs istənilən probleminİ sizə asanlıqla çatdıra bilsin.

Hacı Məhəmməd Hüseynov bəzi məktəblər qızların məktəbə hicabla gəlməsinə qadağa qoyulduğunu bildirdi. Hüseyn Hüseynov belə qadağanın olmadığını bildirdi

Xanəli Talış: � Əslində belə görüşlər çoxdan olmalı idi. Biz bir çox problemlərimizi belə üzbəüz, sivil qaydada aydınlaşdırmalıyıq. Qaldı ki, məktəblərdə kütləvi yoxlamalar aparılmasına, bu mənə çox qəribə gəlir. Mən də məktəb direktoru işləmişəm. Təsəvvür edin, məktəbə 10 nəfərlik yoxlama gəlir və bir neçə gün yoxlama aparır. Hələ başqa işləri qoyaq kənara, bunların bircə günorta yeməyi bilirsiniz nə qədər tutur? Direktor bu pulu haradan verəcək? Yəqin ki müəllimlərdən yığacaq. Yoxlamaya pul verən müəllim o nöqsanı hansı sevgi ilə düzəldəcək?

Məktəb direktorlarının da yerinə ehtiyat kadrlar hazırlanmır. Bəzən bu vəzifələrə təsadüfi və işbaz adamlar ayaq açır.

Həsən Abdullayev çıxışında bildirdi ki, biz bəlkə də yeganə millətik ki, pul veririk ki, uşağımızı savadsız edək. Pul verib saxta attestat, pul verib saxta diplom alırıq. İnsanın sağalam və xəstə üzvləri olduğu kimi, təhsilin də xəstə cəhətlərini sağaltmalıyıq. Amma bəzən təhsildə rüşvətin aradan qaldırılmasından daha çox, onun daha da artmasından ehtiyatlanırıq.

Hüseyn Hüseynov: - Bizə təhsildə keyfiyyət lazımdır. Təhsil qanuna uyğun bu sahədə islahatlar aparılır. Yəqin ki, yaxın vaxtlarda yuxarı siniflərdə təmayül sinifləri yaradılacaq.

Qaldı ki, rüşvət məsələsinə, bir az nikbin olaq. Müəllim niyə nöqsana yol verir ki, ona görə də rüşvət təklif etsin. Övladının hazırlığına arxayınsansa, niyə attestat üçün pul təklif edirsən?

Tədbirdə razılaşdırıldı ki, belə görüşlər tez-tez olsun. Həmdə ayrı məktəblərdə və təhsilin müxtəlif sahələrini əhatə etsin.

Hazırladı: Cəfər


Qəzetimizin 7-ci səhifəsində bu �Dəyirmi masa� ilə bağlı kiçik şərhlə tanış ola bilərsiniz. 

R4suloffR4suloff

OXUNMA SAYI :1073

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az