Direktor problemi||--||


Direktor problemi||--||

399 dəfə oxunub


Təbii ki, rəhbərlər də öz işçilərindən. Lakin gedənlərin yerinə kadr tapmaq müsibət olub. Xüsusən də məktəblərdə. 50-60 nəfərlik bir kollektivdən bəzən bu posta layiq adam tapılmır. Bəs səbəb nədir?

Adil Xəlilov(müəllim):-Direktora nə gəlib? Vəzifə verəndə pul almasınlar, hər ay direktoru dilənçiliyə məcbur etdirib, müəllimlərdən qəzet pulu, təhsil şöbəsi üçün çay pulu..., valideynlərdən süpürgə pulu, odun pulu yığmasınlar, direktor işləmək istəyən onlarla adam tapmaq olar.

Kifayət Hüseynova (texniki işçi):- Kadr haradan olacaq ki, təhsil ocaqlarını Gəncə filialı və sair oyuncaq məktəbləri qurtaranlarla doldurublar. Belələrinin çoxu əlifbanı ağıllı-başlı bilmir, o gəlib nə direktor olacaq?

Fərhad Bəbirov (mühəndis):- Bu gün direktordan pedaqoji iş tələb edən yoxdur ki. Təhsil şöbəsinə çatan kimi soruşurlar:- qəzet pulun gətirmisən, ya yox? Filan iş üçün müəllimlərdən pul yığmısan, ya yox?

Məhz belə münasibətin nəticəsidir ki, hazırda təkcə Masallı rayonunda 6 məktəbdə direktor yeri boşdur. Deyilənə görə, bu işi əvəz edənlərin sənədləri 3-4 aydır ki, göndərilib təhsil nazirliyinə. Həmin müddətdə ölkə başçısı 10-a yaxın ölkənin səfirini təsdiqləyib, lakin təhsil nazirliyi təkcə bir rayonda 6 direktoru təsdiqləyib qurtara bilmir. Təsəvvür edirsiniz ki, əvəzçiliklə işləyən direktor hürkə-hürkə necə işləyir?

Qəzetimizin 20 iyul 2009-cu il sayında çap olunan Şəxsiyyət qıtlığı yazısı yadınızdadırmı? Bax, həmin yazıda deyilən zamandır; gözəl məktəblər, gözəl kitablar var, amma gözəl müəllimləri, gözəl direktorları çıraqla tapmaq olmur. İndi bu vəzifəyə elələri verilir ki, əvvəlkinə həsəd aparırsan.

Yardımlı rayonunun Alçabulaq kəndindəki məktəbdə də eyni tale yaşanır. Həmin məktəbdə çalışan Elşad Hüseynov redaksiyaya ünvanladığı məktubda yazır ki, həmişə yaxşı ənənələri ilə tanınan bu məktəbin məzunlarının sorağı Rusiyadan və digər ölkələrdən gəlir. 2006-cı ildə isə məktəbə Seyidxanım Talıbova direktor təyin olunması ilə təhsil ocağının qara günləri başladı. Dərs bölgüsündən tutmuş maliyyə məsələlərinədək bütün sahələrdə saxtakarlıq baş alıb gedir. Direktor təhsildən çox öz maraqlarına xidmət edən işlərlə məşğul olurdu. Kollektiv bu vəziyyətə dözməyərək onun əməlləri barədə əlaqədar təşkilatlara kütləvi şəkildə şikayətlər göndərdi. Nəhayət, rayon icra hakimiyyətinin göstərişi ilə təhsil şöbəsinin 20-yə yaxın şəxsdən ibarət yoxlama briqadası məktəbə gəldi. Yazılanları araşdırdı və məlum oldu ki, direktor haqqında yazılan tənqidlər həqiqətdir. Bunları nəzərə alıb ötən ay onu daşıdığı vəzifədən azad etdilər. Elşad Hüseynov yazır ki, məsələni bununla bitmiş hesab etmək olmaz. Belə çıxır ki, hər gələn məktəbi çapıb-talayıb, sonra da çəkilməlidir kənara. Biz tələb edirik sabiq direktor işdə yol verdiyi maliyyə pozuntularına görə daha ciddi cəzalandırılsın. İkinci maraqlı məqam odur ki, sabiq direktorun 2 aydan artıq müddətə vəzifəsindən kənarlaşdırılmasına baxmayaraq hələ də onun yerinə kadr tapılmır. Rayonun bir neçə məktəbində də eyni vəziyyət mövcuddur. Görəsən, nə vaxta qədər məktəblər direktorsuz qalacaq? Doğrudan da onlarla ali təhsillisi olan məktəblərə direktor tapmaq belə çətindir?

 

R4suloffR4suloff

OXUNMA SAYI :734

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff